Trendyoldan sifariş etdiyim məhsul iyun ayının 5-də xaricdəki karqo anbarına çatıb və məndə Smart Customs bəyan etmişəm. Ayın 7-də Smart Customs da ölkə ərazisində gömrüyə daxil olduğu və ayın 8-də gömrüyü tərk etdiyi deyilir. Amma kargo şirkətində artıq 7-ci gündür ki, məhsul gömrükdədir yazırlır və kaqo ilə əlaqə saxladığım zaman məhsulun Türkiyə gömrüyündə saxlanıldığı söylənilir. İndi bu məhsul əgər saxlanılıbsa Smart Customs tətbiqində niyə gömrüyü tərk etiyi və yerli daşıyıcıya təhvil verilidiyi deyilir? Kargo nümayəndəsinə bu sualı verdikdə isə deyirki məhsul fiziki olaraq gömrüyü keçməyib. Xahiş edirəm bu mövzuda təcürbəsi olanlar bir fikir bildirsin. Şəkilləri sizlə paylaşıram.
Şəkil 1 – https://prnt.sc/L1NP49rYVvi5
Şəkil 2 – https://prnt.sc/0XWLZF4QvLuz
Şəkil 3 – https://prnt.sc/6qpjrfD4FDHp
Kargo Paneli Şəkli – https://prnt.sc/w8awgCNqII2B
Verilmiş cavablar və yazılan şərhlər (2 cavab var)
1
Yazılanlara inansaq mal bakıdadır Türkiyədə yox.
0
Kagro panelinə məlumat gəldi ki Türkiyədə məhsul saxlanıb. Hazırda isə məhsul xarici anbardadır. Məhsulu yeniden göndərəcəklər dedilər. Hələki Türkiyə saxlanc statusunda məhsul qalıb. Bele başa düşdüm ki, gömrük proqramı düzgün işləmirmiş yada yoxlanışı sənədlər üzrə edirlər yəni fiziki yoxlanış olmur. Tam olaraq bilmirəm nə edim hələdə gözləyirəm.
Sual verin
Cavab verin