Salam. Mənim Azercell nömrəmin tarifi İstəSən tarifidir və aylıq abunə haqqı 8.50 AZN.
Hər ayın eyni günündə tarif yenilənməlidir. Və balansda kifayət qədər məbləğ olmağına baxmayaraq tarif paketi yenilənmir. Artıq ikinci dəfədir ki bu problem yaranıb. Halbuki bundan əvvəl belə problem yox idi. Nömrəmə SMS də gəlir ki yenilənmə üçün balansda kifayət qədər məbləğ yoxdur halbuki var 8.50 AZN. Eyni telefonu istifadə etmişəm. Bu gün Azercell müştəri xidmətinə zəng etmişəm operator mənə dedi ki bu smartfon modelindən asılıdır. Mən başa düşmürəm bunun nömrə ilə əlaqəsi yoxdur ki smartfonun nə aidiyyəti var?
Smartfon modelinə görədirsə əvvəl niyə yox idi bu problem?
Smartfonla necə əlaqəsi ola bilər bu problemin? Necə həll edə bilərəm problemi. Hər dəfə mən nəyə görə balansa əlavə 1 AZN yükləməliyəm ki tarif paketi yenilənsin.
Zəhmət olmasa bilənlər cavablar yazsın
Verilmiş cavablar və yazılan şərhlər (1 cavab var)
0
8.51 manat edin ki, yeniləsin. 🙂
Ola bilər ki, azercell tərəfi kodda yazıb ki, balans lazım olan məbləğdən böyük olduqda çıxsın. 8.50 isə 8.50-dən böyük deyil, bərabərdir. Yox əgər balansınızda məbləğ daha çoxdursa, o halda texniki problemdir Azercell tərəfdə, və smartfonla təbii ki heç bir əlaqəsi yoxdur
Sual verin
Cavab verin