Aliexpressdən PayPal ilə məhsul almışdım. Buna görə Kapital bank 18% komissiya tutdu. Müşdəri xidmətlərinə müraciət etdim dedilər ödənişin təsdiqlənməsini gözləyin daha sonra bizə müraciət edin. Dedilər ödəniş maksimum 30 gün ərzində təstiqlənir. Mən təsdiqlənməsini müşdəri xidmətlərindən soruşmadan özüm necə yoxlaya bilərəm?
Verilmiş cavablar və yazılan şərhlər (2 cavab var)
0
İlk olaraq uyğun olardı ki, birbaşa Kapital Bank kartı ilə ödəniş edəsiniz. PayPal-a nə ehtiyac olduğunu anlamadım.
1)PayPal hesabınızda ödənişin statusunu yoxlayın. Əgər ödəniş təsdiqlənibsə, bunu “Tamamlandı” və ya “Təsdiqləndi” kimi statusla görməlisiniz. Əgər hələ də təsdiqlənməyibsə, “İşlənir” və ya “Gözləyir” kimi bir status görməlisiniz. 2)Aliexpress hesabınıza daxil olun və sifariş tarixini və vəziyyətini yoxlayın. Əgər ödənişiniz təsdiqlənibsə, sifariş statusu “Ödənib” kimi göstərilməlidir.
0
Aliexpress kart ilə ödənişi qəbul etmədi ona görə paypal ilə ödədim. Paypal-a girdim baxdım ödənişin statusuna baxmaq olmur. Aliexpressdə ödəniş etdiyim dəqiqədən etibarən ödənildi kimi göstərirdi.
Bu təsdiqlənmə başqa təsdiqlənmədi. Aliexpress-ə paypal-a baxmaqnan bilmək olmur.
4 gün sonra bankdan soruşdum dedilər təsdiqlənib.
Sual verin
Cavab verin