Kriptovalyuta köçürmələrini VÖEN-ə bağlı bank kartına almağım vacibdir?

Kriptovalyutanı pula çevirdikdə ödənişi VÖEN-ə bağlı bank kartıma almağım vacibdir yoxsa hər hansı bank kartına alsam da olar?

Verilmiş cavablar və yazılan şərhlər (1 cavab var)

E. Hacı (2024-05-07 10:24:09)
Bir dəfə nazirlik nümayəndəsi bu haqda danışmışdı. Ki kriptovalyutanın özü bir kapital olaraq qanunvericilikdə yoxdur və kripto varlıq olaraq vergiləndirilməsə belə, onu pula çevirdikdə təbii ki adi ticarətdə olduğu kimi gəlir vergisi ödənməlidir. Buna görə də, bəli, qanuna əsasən VÖEN hesaba köçürmək lazımdır. Bir də ki, köçürməsəz adi hesaba köçürsəniz belə, onsuz da mənbədən asılı olmayaraq 99% ehtimalla bank bloklayacaq əməliyyatı və sizdən VÖEN hesab istəyəcək transfer etmək üçün. Pis tərəfləri də var işin, tutalım 1000 dollar verib kripto almısız, 1500 dollara satmısız, vergini gəlir olan 500-dən yox, tam 1500-dən verməlisiniz, çünki 1000$ xərciniz olmasını "isbat edə" bilməyəcəksiniz, təəssüf ki, burada da boşluqlar var ciddi, xaricdəki xərcləri xərc kimi göstərmək mümkün deyil.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Internet-maqazin vergi ile bagli sual.

Sayt üçün necə VÖEN almaq olar ?

Ticarət məqsədilə gətirilən mallar gömrük rüsumu

Adına Fiziki Vöen Olanların 190 manat alınmasl barəsində suallar?

Online alış verişdə vergi tutulacaq?

Work and travel üçün nə qədər xərc tələb olunur?