Salam. Dizayn xidməti ilə məşğul oluram. Vöen İyul ayında açmışam. bu ayın 20-nə qədər bəzi vergiləri ödəməliyəm. Bunlar DSMF (pensiya) və İcbari Tibbi sığortadır. Sualım budur ki, bu ikisindən başqa aylıq ödəməli olduğum vergilər var? və digər sualım isə, bunu necə ödəyə bilərəm? Yolunu izah edən olsa sevinərəm. Nə qədər ödəniş etməliyəm? bu standartdır? ya fəaliyyət növünə görə dəyişir?
Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)
0
İyul ayında açmısınızsa vergi gələn rüb ödəməlsiniz axı. Çünki iyulda ödənən vergi aprel,may,iyun üçündür.
Digər vergilərə gəldikdə isə, təctübəli mühasib ilə anlaşın o etsin sizin üçün bu işləri, çətin olacaq özünüz etmək.
Açdığınız VÖEN MMC-dirsə çox mürəkkəb olur hər şey, fiziki şəxsdirsə, nisbətən asan olur, amma yenə də unudacağınız məqamlar ola bilər.
1. Hər ay – DMSF – aylıq olur hər ay bitəndən sonra ödəyirsiz, minimum əməkhaqqının 25%-i. Yəni hazırda 345/4 = təxminən 87 manat aylıq.
2. Hər ay – Tibbi sığorta da təxminən 15 manat aylıq edir( minimum əməkhaqqının 4%-i).
3. Hər 3 ayda bir – Vergi isə 3 aydan bir ödənir(yanvar, aprel, iyul, oktyabr) və gəlirin 20%-dir. Rəsmi xərciniz varsa daxil olan puldan çıxırsınız(kiməsə qaimə ilə ödəniş etmisinizsə, o pulun vergisini ödəmirsiniz təbii ki).
Məsələn 3 aya 10min pul daxil olub, 4000 ödəmisiz sizə kömək edən şəxs və şirkətlərə – bu zaman yerdə qalan 6minin 20%ni ödəyirsiniz vergi kimi, 1200 manat.
Və ya 3 işçiniz olarsa, vergi 20% yox 5% olur.
Şirkətlərə yox, yalnız əhaliyə xidmət göstərsəniz, hətta 2% vergi mümkündür(sadələşmiş).
Gördüyünüz kimi xırda detallar çoxdur.
0
Detallı izaha görə çox sağolun. DSMF və İTB özüm ödədim. ABB app-dən. 86,65 DSMF, 13.80 ITS. Sadəcə olaraq, hal-hazırda hesabıma oturub, oturmadığına necə baxacağımı bilmirəm. Deyə bilərsiniz hardan baxa bilərəm? Birdəki, mən əgər avqust ayında ödəniş almıyacamsa, DSMF və İTB ödəməliyəm? və ya iyul ayında göndərdiyim qaimənin yarısını iyul ayında hesabıma göndəriblər. sentyabrda işi bitirdikdə digər yarısını göndərəcəklər. lakin qaimə göndərməyəcəm. Çünki ümumi məbləğin qaiməsini mən iyul ayında göndərmişəm. Bu zaman sentyabr ayında da DSMF və İTB ödəməliyəm? bank hesablma ödəniş daxil olacaq. amma qaimə verməyəcəm.
Düz deyirsiniz. Sadəcə freelancer olduğum üçün. Aldığım məbləğ o qədər böyük deyil, 100 azn mühasibə verməyi alındıra bilmirəm. Ona görə özüm öyrənib etməyə çalışıram.
Xərclər göstərmək istəmirəm. Çünki köçürmə ilə heçnə almamışam. Bu zaman vergini necə ödəməliyəm? və ya hesabat verməliyəmsə necə verməliyəm? nümunəni hardan tapa bilərəm? Zəhmət olmasa izah edə bilərsiniz?
1
Vergilərin elektron panelində görünməlidir müvafiq ödənişlərin hər biri. Bir neçə günə oturur normalda.
Vergilərin YENİ adlandırdıqları sistemdə sol menyu var büdcə ilə hesablaşmalar adında. Orda hər 3 ödənişlər üzrə borc varsa görünür. Yoxdursa sıfır yazır.
mən əgər avqust ayında ödəniş almıyacamsa, DSMF və İTB ödəməliyəm?
Sığorta – adından da göründüyü kimi fərdin həyatda olduğu müddətdə tibbi sığortası üçündür, gəlir ilə hər hansı bir əlaqəsi yoxdur, həyat ilə əlaqəsi var.
DSMF – bu da eyni şey, fərdin gələcəkdə özünə təqaüd yığması üçün toplanan fonddur.
Yəni bunları hər ay ödəmək lazımdır, gəlirlə əlaqəsi yoxdur.
Qaimə və iki hissəli ödəməyə gəldikdə isə, yaxşı olar peşəkarla məsləhətləşəsiniz, amma praktika belə edirlər – faktiki pul nə vaxt gəlibsə bank hesabına, vergi bəyannaməsində də o tarixə uyğun hesabat verirlər. Qaimənin tarixi burda çox rol oynamamış olur. Qaimə sadəcə pulun mənbəyini göstərən sənəddir.
Xərclər göstərmək istəmirəm
O zaman hesaba daxil olan pul gəlir hesab edilir və onun vergisi ödənilir.
Bəyannamə https://new.e-taxes.gov.az/ saytından ödənilir. Help bölmələri var video filanla izahlar var.
Sual verin
Cavab verin