Saytımın təkmilləşdirilməsi və mobil tətbiq üçün məsləhət lazımdır

Salam, CodeIgniter ilə qurulmuş bir saytım var və əsasən xarici bazardan trafik alıram.Saytı təkmilləşdirib app hazırlanmasını istəyirəm. Saytın təkmilləşdirilməsi üçün bir neçə proqramçı ilə çalışmışam, amma bir çox çətinliklərlə üzləşmişəm.

1. İlk olaraq bir Türkiyəli proqramçı ilə çalışdım, 50% ödənişdən sonra 1 ay bəhanələrlə vaxtımı aldı və yoxa çıxdı. (pulu birbaşa kartına göndərmişdim)
2. Sonra Azərbaycandan bir proqramçı ilə anlaşdım, amma 2 həftəyə hazır edəcəyini dediyi işi 1 aydan çox vaxtda da düzgün tamamlaya bilmədi, xətalar çox oldu.
3. Üçüncü proqramçı bəzi xətaları həll etdi, amma Node.js ilə saytı sıfırdan qurmağı və MySQL-dən PostgreSQL-ə keçməyi təklif etdi. Mobil tətbiqi Flutter ilə hazırlayacağını dedi.

Hal-hazırda qərarsızam, çünki ümumi məbləğ 4000 AZN civarındadır və 50%-ini əvvəlcədən ödəməli olduğumu deyir. Daha əvvəl yaşadığım təcrübələrə görə güvənsizlik hiss edirəm. Sizcə bu razılaşmanı necə qurmalıyım? Nə məsləhət görürsünüz?


Yadda saxlama
Kateqoriya: Sual . , . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (1 cavab var)

(09:37, 23/08/2024 ) #79850

nodejs və ya digər frontend yönümlü platformaya keçidi əsla məsləhət görməzdim. Çünki elə saytları maintain etmək üçün gərək bir də daimi işçiniz də ola. Kaprizli sistemlərdir(package, build, dependency və.s. bir çox həssaslıqları var, hansılar ki, sadə php, python saytlarda zəruri deyillər), gecənin bir vaxtı down olduqda söndür yandır düzəlməsi də çətindir, gərək xüsusi command-lar run ola build ola filan.

codeigniter sadə və yaxşıdır, sadəcə yəqin dəbdən düşüb deyə çətin tapırsınız mütəxəssis. codeigniter 10 ildən çoxdur ki, artıq aktual FW sayılmır.(EllisLab vardı, onlar idi sahibi, sonra onlar imtina etdi sahiblikdən, o gündən də düşüşə keçdi)

məsləhət odur ki, upwork tipli saytlardan tapasınız mütəxəssis.(ən ucuzlardan uzaq durun, orta qiymətə postsovet və ya şərqi avropa kimi ölkələrdən seçin)

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

cavaninsan cavab verdi - Amerika səhmləri (8 gün əvvəl)

Software Developer cavab verdi - Amerika səhmləri (9 gün əvvəl)

SN cavab verdi - Kripto vergi (17 gün əvvəl)

Nicat97 cavab verdi - ilkaddimlar.com-a nə oldu? (24 gün əvvəl)

nicatmemmedli cavab verdi - Proqramlaşdırma - fəlsəfə (28 gün əvvəl)

nicatmemmedli cavab verdi - ilkaddimlar.com-a nə oldu? (28 gün əvvəl)

Software Developer cavab verdi - ilkaddimlar.com-a nə oldu? (38 gün əvvəl)

E. Hacı cavab verdi - Adsense ya görə VÖEN gəlir vergisi 20% istəyirlər (48 gün əvvəl)

Triste cavab verdi - Adsense ya görə VÖEN gəlir vergisi 20% istəyirlər (49 gün əvvəl)

E. Hacı cavab verdi - Adsense ya görə VÖEN gəlir vergisi 20% istəyirlər (49 gün əvvəl)

Triste cavab verdi - Adsense ya görə VÖEN gəlir vergisi 20% istəyirlər (49 gün əvvəl)

E. Hacı cavab verdi - Telefon almışam kamerasında ləkə var qaytarmaq istəyirəm, mağaza qaytarmır (50 gün əvvəl)

Software Developer cavab verdi - Rus dili yatırımı (50 gün əvvəl)

Cənab cavab verdi - Rus dili yatırımı (50 gün əvvəl)

Software Developer cavab verdi - Rus dili yatırımı (50 gün əvvəl)

Software Developer - 615 xal

E. Hacı - 608 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 434 xal

Maqa - 346 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 23309 sualdan 92%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2025