İndiki dövrdə İngilis dili müəllimliyi ixtisasını seçməyə dəyər?

Salam. Qəribə səslənə bilər, amma mənə bu suala növbəti 30-40 il üçün cavab lazımdır.
(Sırf Azərbaycanda orta məktəb müəllimliyi maraqlıdır)
Deyək ki, Həvəs var, Bacarıq var.
Tərəddüdlü qaldığım məqam isə dünyada gedən proseslər, hazırda Amerika iqdisadiyyatının zəifləməsi, Çinin güclənməsi və s.dir. Belə nəzəriyyələr irəli sürürlər ki, Amerika belə davam etsə, dünyada ingilis dilinin hegomonluğu da bitəcək.
Sizcə, elə ola bilərmi və olsa, Azərbaycanda ingilis dilinə zərbə vura bilərmi bu?
(Bu arada, saytın lap çoxdankı istifadəçilərindənəm və dirənib sualıma cavab axtaranda siz yadıma düşdüz. Saytı hələ də aktiv görmək məni sevindirdi)


Yadda saxlama
Kateqoriya: Sual . , , . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)

(15:26, 14/09/2024 ) #79860

Belə proseslər qısa zamanda olmur.

Dünyada ingilis dili hegemoniyası ən azı yaxın 100 ildə bitə bilməz – bunun dünyada gücün kimin əlində olması ilə əlaqəsi yoxdur.
Bu tip proseslər legacy prinsipindən asılıdır deyə çox ləng gedir.

Yəni formalaşmış əlaqələr, sistemlərin iş prinsipi, elmi-texniki sferanın terminləri, ədəbiyyatı və dili bütün bunların dəyişməsi hətta hamı birləşərək gəlin dəyişək desə belə mümkün deyil.

Tutalım sabah Çin super hegemon oldu, Amerika oldu cücə ölkə – bu halda ingilis dilinə heç nə olası deyil, Çin məcbur qalıb ingilis dilində yaymalı olacaq öz mesajını, informasiyanı və.s.

Öz dilini yaymaq və qlobal dil etmək dövlətlərin uzun müddətli planı olur. Əsrlər çəkir.

Rusiyanın etdiyi kimi istisna var əlbəttə – işğal edib 15 ölkəni dünyadan təcrid edib məcburi zorlama ortaq dil yaratmaq – o da gördüyümüz kimi, 100% effekt vermədi, işğal bitən kimi tullandı kənara, ingiis dili ön plana keçdi, çünki beynəlxalq dil bir dənə ola bilər, iki dənə yox.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (19:06, 14/09/2024 ) #79861

    cavabınız üçün teşekkürler, çox sağ olun

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(20:22, 28/09/2024 ) #79867

Beli

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

E. Hacı cavab verdi - Proqramlaşdırma - fəlsəfə (14 saat əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (1 gün əvvəl)

Cənab cavab verdi - kurs diplomu ilə işləyə bilərəm? (2 gün əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (5 gün əvvəl)

E. Hacı cavab verdi - Proqramlaşdırma - fəlsəfə (5 gün əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (5 gün əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (7 gün əvvəl)

E. Hacı cavab verdi - Proqramlaşdırma - fəlsəfə (7 gün əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (8 gün əvvəl)

Aysu2009 cavab verdi - Azərbaycan əsgər mahnısının sözlərini ingilis dilinə tərcümə etmək (9 gün əvvəl)

Aysu2009 cavab verdi - Atestat almaq üçün ne etmeliyem? (9 gün əvvəl)

Aysu2009 cavab verdi - Azərbaycan əsgər mahnısının sözlərini ingilis dilinə tərcümə etmək (9 gün əvvəl)

Software Developer cavab verdi - Xamaya başqa nə deyirlər? 6 hərflidir (14 gün əvvəl)

Erol34 cavab verdi - Xamaya başqa nə deyirlər? 6 hərflidir (14 gün əvvəl)

Software Developer cavab verdi - Xamaya başqa nə deyirlər? 6 hərflidir (15 gün əvvəl)

Software Developer - 615 xal

E. Hacı - 608 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 434 xal

Maqa - 346 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 23295 sualdan 92%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2024