Salam. Qəribə səslənə bilər, amma mənə bu suala növbəti 30-40 il üçün cavab lazımdır.
(Sırf Azərbaycanda orta məktəb müəllimliyi maraqlıdır)
Deyək ki, Həvəs var, Bacarıq var.
Tərəddüdlü qaldığım məqam isə dünyada gedən proseslər, hazırda Amerika iqdisadiyyatının zəifləməsi, Çinin güclənməsi və s.dir. Belə nəzəriyyələr irəli sürürlər ki, Amerika belə davam etsə, dünyada ingilis dilinin hegomonluğu da bitəcək.
Sizcə, elə ola bilərmi və olsa, Azərbaycanda ingilis dilinə zərbə vura bilərmi bu?
(Bu arada, saytın lap çoxdankı istifadəçilərindənəm və dirənib sualıma cavab axtaranda siz yadıma düşdüz. Saytı hələ də aktiv görmək məni sevindirdi)
Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)
0
Belə proseslər qısa zamanda olmur.
Dünyada ingilis dili hegemoniyası ən azı yaxın 100 ildə bitə bilməz – bunun dünyada gücün kimin əlində olması ilə əlaqəsi yoxdur.
Bu tip proseslər legacy prinsipindən asılıdır deyə çox ləng gedir.
Yəni formalaşmış əlaqələr, sistemlərin iş prinsipi, elmi-texniki sferanın terminləri, ədəbiyyatı və dili bütün bunların dəyişməsi hətta hamı birləşərək gəlin dəyişək desə belə mümkün deyil.
Tutalım sabah Çin super hegemon oldu, Amerika oldu cücə ölkə – bu halda ingilis dilinə heç nə olası deyil, Çin məcbur qalıb ingilis dilində yaymalı olacaq öz mesajını, informasiyanı və.s.
Öz dilini yaymaq və qlobal dil etmək dövlətlərin uzun müddətli planı olur. Əsrlər çəkir.
Rusiyanın etdiyi kimi istisna var əlbəttə – işğal edib 15 ölkəni dünyadan təcrid edib məcburi zorlama ortaq dil yaratmaq – o da gördüyümüz kimi, 100% effekt vermədi, işğal bitən kimi tullandı kənara, ingiis dili ön plana keçdi, çünki beynəlxalq dil bir dənə ola bilər, iki dənə yox.
0
cavabınız üçün teşekkürler, çox sağ olun
0
Beli