Salamlar. VÖEN açmaq istədim Adsense ya gorə. ASAN xidmətdə mənə dedilər ki, sadələşdirilmiş vergi 2% mənə düşmür. Mənə gəlir vergisi kimi 20% dedilər. Kimin başina gəlib Adsense yə vergilərə müraciyət etməyə? Nə qədər mənə düzgün dedilər? 20% çoxdur. Əlavə sosial və siğorta 101 mana təşkil edir. 100 dollar pul qazanmişamsa onun hardasa 140 AZN paylamaliyam. Elə çixir mənə 170 AZN cəmi 30 AZN qalacaq???????
Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)
1
Bəli təəssüf ki hazırki qanunvericilik 20% tələb edir, 2% yalnız vətəndaşlara xidmətdə keçərlidir. Digər bütün xidmətlərdə 20%-dir.
Çox bərbad bir qanundur, 2025-də dəyişdirib yenidən 5% etmə ehtimalı var, çünki 20%-lə heç kim işləmək istəmir deyə VÖEN bağlayanlar çoxdur. 2025-in yanvarında xəbər çıxacaq yəqin ki bu məsələdə.
0
Təşəkkur edirəm cavabiniza görə. Həqiqətən, bu qanunun heç bir məntiqi yoxdur. İnaniram ki, 2025 ildə, bu məsələyə baxilacaq.
1
2025-ci il yanvarın 1-dən illik 45min manatadək gəliri olanlar üçün 5% vergi bərpa olunacaq.
0
Yaxşı, nəhayət. Bu ədalətlidir. Təşəkkürlər!!!!!!!!!!!!!!!!