“Adobe” olmadan qrafik dizayner olmaq..

Salam olsun hamıya. Bir maralı sualım var. Demək mən ikinci bir peşə kimi həm də çox həvəsində olduğumdan qrafik dizayn sahəsində öyrənmək istəyirəm. Məsələ budur ki,mən linux istifadəçisi kimi gimp və inkspace proqramlarından istifadə etməkdə davam edirəm. Çəkdiyim əmək və zaman etibarilə bu proqramlarla püxtələşməyə davam etsəm qrafik dizayn sahəsində populyar “Adobe” məhsulları olmadan iş tapa bilərəmmi yoxsa reallıq “Adobe”siz mümkün olmurmu bu sahədə?
Fikirləriniz mənimçün çox vacibdi təbii ki.


Yadda saxlama
Kateqoriya: Sual . , , . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (1 cavab var)

(10:41, 25/11/2024 ) #79878

Adobe olmadan iş tapma ehtimalı var əlbəttə, sadəcə şans qat-qat azalmış olur.
Yəni tutaq ki, vakansiyalara baxanda Adobe istəyən 100 vakansiya varsa, istəməyən 5-10 vakansiya olmuş olacaq.

Nisbətən şans çoxalmış olar o halda ki, sırf Figma və Canva üzərində ixtisaslaşasınız və onlar üzrə vakansiyalara baş vurasınız. Vakansiyalara hərdən baxın və real olaraq görmüş olun bu 2 proqrama olan tələbi. O halda bir az kömək olar sizə seçimlərinizdə.
Hər ikisi veb ilə də işləyir deyə Linux ilə problem də qalmır.

Gimp və Inkspace ilə istədiyiniz nəticəni almaq mümkündür, bəli, sadəcə bu sizin öz şəxsi layihələrinizdə işinizə yarayar, iş yerlərində isə bu 2 proqramı işlədən müəssisə tapa bilməyəcəksiniz.

Hazırda bir çox agentlik var ki, əksər işləri Canva, Figma və bir az da süni intellekt köməyilə edirlər.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

Cənab cavab verdi - Almaniyaya köçməyə dəyər? (1 saat əvvəl)

E. Hacı cavab verdi - Almaniyaya köçməyə dəyər? (3 saat əvvəl)

E. Hacı cavab verdi - "Adobe" olmadan qrafik dizayner olmaq.. (4 saat əvvəl)

E. Hacı cavab verdi - Voenim varmi? (4 saat əvvəl)

Triste cavab verdi - Adsense ya görə VÖEN gəlir vergisi 20% istəyirlər (3 gün əvvəl)

E. Hacı cavab verdi - Adsense ya görə VÖEN gəlir vergisi 20% istəyirlər (3 gün əvvəl)

Triste cavab verdi - Adsense ya görə VÖEN gəlir vergisi 20% istəyirlər (10 gün əvvəl)

Software Developer cavab verdi - Adsense ya görə VÖEN gəlir vergisi 20% istəyirlər (10 gün əvvəl)

Triste cavab verdi - Google Adsense vergi (10 gün əvvəl)

E. Hacı cavab verdi - Xif mn kodu (18 gün əvvəl)

Khagrov cavab verdi - Axtardığım mahnını tapa bilmirəm kömək edin (36 gün əvvəl)

E. Hacı cavab verdi - Dünəndən Kompüterlə Twitter/X və Pinterest -ə girə bilmirəm. (44 gün əvvəl)

orkhanrza cavab verdi - AZ9095də bağlama qalıb (49 gün əvvəl)

Ismayil1997 cavab verdi - İndiki dövrdə İngilis dili müəllimliyi ixtisasını seçməyə dəyər? (57 gün əvvəl)

revan orucov cavab verdi - Bakıda evə 100mbps+ internet verən provayder var? (61 gün əvvəl)

Software Developer - 615 xal

E. Hacı - 608 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 434 xal

Maqa - 346 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 23290 sualdan 92%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2024