Telefon almışam kamerasında ləkə var qaytarmaq istəyirəm, mağaza qaytarmır

Smart electronicsdən 2024 noyabr ayında iphone 15 pro almışam. Təzəlikcə fərqinə vardımki, kameranı 3xdən çox uzaqlaşdıranda ləkə düşür şəkilə. Getdim smart electronicsə, dedilərki sizi anlıyırıq, göndəririk təmirə düzəltsinlər versinlər. İzah etdimki, mənə telefonun arxasının açılması lazım deyil. 1 il qarantiyası var. Düzəldilməsi lazımdı. Çıxartdılar müqaviləni ki, siz imza atmısız. Biz 14 gün ərzində qaytara bilərik. Əgər 14 günü keçibsə təmir. Deyirəmki 14 gün ərzində problem olmadan, rəngini sonradan bəyənməsəm belə 14 gün ərzində qaytara bilərəm. Amma bu faktiki zavod problemidi. Və mən sizdən yeni qutuda telefon almışam. İndi deyirsizki təmir edək. Belə deyim, siz özünüzdə işlənmiş telefon götürürsüz. Mən eyni telefonun bir arxası açılmış gətirim birdə açılmamış. Arada ən azı 800manat fərqlə alacaqsız. Deyir hə. Deyirəm mən zavod probleminə görə niyə 800 azn itirməliyəm bunu satanda? Deyirki məhkəməyə verin. Məhkəmədə sizin imzaladığınız sənədi göstərib deyəcəkki, mağaza haqlıdı təmirə getməlidir. Ordan çıxdım təmirədə vermədim. Qarşıma belə bir video çıxdı. https://www.instagram.com/share/_xyt9cfxo video Türkiyədədir. Sadəcə bizdə belə olub olmadığını biımirəm. Mən alanda imzalatdırdıqları bu sənəd həqiqətən keçərıidirmi? Məhkəməyə versəm uduzaram? Ya udaram? Ümumiyyətlə məhkəməyə vermək olurmu? Bizim qanunlar videodakı kimidir ya fərqlidir? Mən indi nə etməliyəm? Telefonun arxasının açılmasını istəmirəm. Yenisi ilə əvəz etsinlər.


Kateqoriya: Sual . , , , , , , , , , , , , , , . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (2 cavab var)

(09:51, 10/02/2025 ) #79930

Bəli, qanuna görə 14 gün ərzində dəyişdirmək olur. sonrası artıq təmirdir.

https://www.economy.gov.az/az/page/muracietler/sual-cavab/antiinhisar-ve-istehlakci-huquqlari

Amma eyni səhifədə yazır ki, qüsur varsa, dəyişdirmək də tələb edilə bilər. Siz 195-1 nömrəsinə zəng edib sual verin ən yaxşısı. Çünki bizde bu məsələdə qanun çox konkret deyil deyə, hərə istədiyi yerə yozur

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(15:15, 13/06/2025 ) #79969

salam telefon sindirlibsa qaytarmaq olmur

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

Cavablar AI cavab verdi - səsli kitab saytında müəllif hüquqları (34 gün əvvəl)

E. Hacı cavab verdi - səsli kitab saytında müəllif hüquqları (34 gün əvvəl)

evonline.az cavab verdi - Mahni axtariram, azerbaycanin klipi idi. (39 gün əvvəl)

Cənab cavab verdi - Abune kodu - qaz (52 gün əvvəl)

nihatt cavab verdi - Aztelekomun Huawei GPON modeminin login və şifrəsi (69 gün əvvəl)

Mesud cavab verdi - C++ aid məsələ (85 gün əvvəl)

Toofiq cavab verdi - Abune kodu - qaz (86 gün əvvəl)

Toofiq cavab verdi - Mahni axtariram, azerbaycanin klipi idi. (86 gün əvvəl)

selef cavab verdi - gömrük bağlamanı saxladı (104 gün əvvəl)

walkingdead4 cavab verdi - Niqodnilik haqqında yardım ederdiz (120 gün əvvəl)

Devequsu cavab verdi - Niqodnilik haqqında yardım ederdiz (121 gün əvvəl)

E. Hacı cavab verdi - Manual QA vs Wordpress (137 gün əvvəl)

SN cavab verdi - .az domaini whois serveri niyə işləmir? (180 gün əvvəl)

byshako cavab verdi - .az domaini whois serveri niyə işləmir? (182 gün əvvəl)

byshako cavab verdi - .az domaini whois serveri niyə işləmir? (182 gün əvvəl)

Software Developer - 616 xal

E. Hacı - 610 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 434 xal

Maqa - 346 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 23348 sualdan 92%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2026