Kompyuter mühəndisliyi

Kompyuter mühəndisliyi yoxsa Proseslərin Avtomatlaşdırılması mühəndisliyi zehmet olmasa deyərdiniz hansı ixtisası seçim və nəyə görə


Yadda saxlama
Kateqoriya: Sual . , , . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)

(21:47, 09/08/2016 ) #64481

Bir Facebook səhifəsində yazılana görə Proseslərin Avtomatlaşdırması Mühəndisliyində aşağıdakı fənnlər keçilir:
Mühəndislik riyaziyyatı;
Fizika;
Kompüter texnikası və proqramlaşdırma (C++);
Texniki sənədlərin hazırlnması;
Proseslərin avtomatlaşdırılması mühəndisliyinə giriş;
Elektrik təhlükəsizliyin əsasları;
Elektrik mühəndisliyinin əsasları;
Neft və neft-kimya texnologiyalarının əsasları;
Elektrik ölçmə;
Analog elektronika;
Rəqəm elektronika;
Elektromexaniki qurğular;
Idarəetmə nəzəriyyəsi;
Proqramlaşdırılabilən məntiqi kontroller (PLC);
Proseslərin idarə edilməsi;
SCADA;
Siqnalların emal edilməsı+MATLAB;
Sənaye kommunikasıya şəbəkələri və s.
Yəni burda sırf Komputer deyil, Elektronika və s. daxildir.
Ancaq Komputer mühəndisliyində bildiyimə görə əsasən komputer fənnləridir, proqram təminatı, texniki hissələr və s. Amma tam dəqiq bilmirəm komputer mühəndisliyində sırf hansı ixtisaslar keçilir dəqiq araşdırın.
Mən olsam Komputer Mühəndisliyin seçərəm (O vaxt seçirdim elə balım çatmadı 🙂 ) çünki komputer həvəskarıyam siz də baxında Komputer Həvəskarısınızsa Komputer Mühəndisliyi daha yaxşıdır məncə amma bu mənim fikrimdi yəni başqalarının fikri fərqli ola bilər yaxşı olar ki ətraflı hər iki ixtisası araşdırasınız hər iki sahədə işləyən adamlarla məsləhətləşin seçməzdən əvvəl bütün fənnlərinə baxın hər iki ixtisasın sonda düzgün seçimi edin. Məsələn mən ixtisas seçəndə Elektronika yazdım ad elektronika idi elə bildim burdada proqram təminatı zad keçilir sonra gördüm ki fərqlidir yəni proqram təminatı keçildi ancaq çox az keçildi. Ona görə siz də tam ətraflı araşdırıb sonra düzgün qərar verin. Uğurlar sizə! 🙂

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (14:28, 12/08/2016 ) #64551

    Tesekkur edirem etrafli melumatiniza gore amma bu ixtisaslarin hec birine ne proseslerin avtomatlasdirmasina ne deki kompyuter muhendisliyine daxil ola bildim.Amma evezinde Mexanika muhendisliyine duwe bildim.Yenede tewekkurumu bildirirem

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(23:08, 10/08/2016 ) #64512

Proseslərin Avtomatlaşdırılması Mühəndisliyi,hansı ki,zamanında-iki il öncə də bu seçimi etmişdim.Yazacağınız 15 ixtisas içərisində kompyuter mühəndisliyi və ya elmləri də ola bilər,amma,məncə,öncəlik PAM-a verilməlidir.
Gələk niyəsinə:ilk olalaraq bu ixtisasın mütəxəssisinin nə iş gördüyünü və bənzərini edib-etmək istəməyəcəyinizi,yerində olmaq kimi bir düşüncənizi cavablamalısız.İPAM(İstehsalat Proseslərinin Avtomatlaşdırılması) Avtomatlaşdırma və İKT yə ayrıla bilər.Proqramlaşdırılabilən Məntiqi Kontrollerlər C-yə yaxın dillə proqramlaşdırır,yəni İKT tədris olunur.Simensin kontrollerlərini(LOGO,SİMATİC),arduinonu,skada sistemlərini araşdırsaz bu sahənin sizə nə dərəcədə maraqlı olduğunu qərarlaşdıra bilərsiz.İT-nin dünya üzərində son zamanlar aktual olan sahəsi İOT-dir(İnternet of Things-Əşyalanrın interneti).Məsələn Arduino,Rasperry pi və s.Bunlar da Avtomatikaya daha yaxındı,nəinki kompyuter mühəndisliyinə.İndiki dövrdə İT sahəsində rəqabət də çox güclüdü,4 il sonrasında vəziyyət daha kritik olacaq.Eynizamanda sənate sertifikatlarıyla-Oracle,Microsoft,CompTİA-la sertifikat alınmasa belə,biliklərə yiyələnə bilinər.
Onu da deyim ki,kompyuter öz-özlüyünndə bir dünyadı.O dəryanı öyrənməyə başlasan,bitirə bilməzsən.Amma hansı sahədə çox uğurlu ola bilərsən.Hansı ki Azərbaycanı bu sahədə dünyada tanıdanlar var.Və bu sahələ az yaxınlaşanda kompyuter təkcə helpdesllik,format falan olmadığı anlaşılır))

İstər kompyuter sahəsi,istər avtomatlaşdırma günümüzün kifayət qədər aktual ixtisası idi.Bu mənim iki ixtisası qarşı-qarşıya qoyduğumda düşüncələrimdi,hər bir halda uğurlar 🙂

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

Triste cavab verdi - Adsense ya görə VÖEN gəlir vergisi 20% istəyirlər (2 gün əvvəl)

E. Hacı cavab verdi - Adsense ya görə VÖEN gəlir vergisi 20% istəyirlər (2 gün əvvəl)

Triste cavab verdi - Adsense ya görə VÖEN gəlir vergisi 20% istəyirlər (9 gün əvvəl)

Software Developer cavab verdi - Adsense ya görə VÖEN gəlir vergisi 20% istəyirlər (9 gün əvvəl)

Triste cavab verdi - Google Adsense vergi (9 gün əvvəl)

E. Hacı cavab verdi - Xif mn kodu (17 gün əvvəl)

Khagrov cavab verdi - Axtardığım mahnını tapa bilmirəm kömək edin (35 gün əvvəl)

E. Hacı cavab verdi - Dünəndən Kompüterlə Twitter/X və Pinterest -ə girə bilmirəm. (43 gün əvvəl)

orkhanrza cavab verdi - AZ9095də bağlama qalıb (48 gün əvvəl)

Ismayil1997 cavab verdi - İndiki dövrdə İngilis dili müəllimliyi ixtisasını seçməyə dəyər? (56 gün əvvəl)

revan orucov cavab verdi - Bakıda evə 100mbps+ internet verən provayder var? (60 gün əvvəl)

E. Hacı cavab verdi - WordPress sistemli saytda Facebook və İnstagram platformalarına özəl target_blank tənzimlənməsi haqqında... (62 gün əvvəl)

Jurnalist cavab verdi - WordPress sistemli saytda Facebook və İnstagram platformalarına özəl target_blank tənzimlənməsi haqqında... (62 gün əvvəl)

asssa1 cavab verdi - Riyazi proqramlar üçün proqram (64 gün əvvəl)

Aleks cavab verdi - İndiki dövrdə İngilis dili müəllimliyi ixtisasını seçməyə dəyər? (70 gün əvvəl)

Software Developer - 615 xal

E. Hacı - 608 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 434 xal

Maqa - 346 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 23289 sualdan 92%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2024