salam, Azərbaycanda bu programlaşdırma marketinə yaxşı bələd olanlara bir sualım olacaq, cavablandırsanız çox sevinərəm. Bir neçə tələb görən dili öyrənmək istəyirəm ama qərarsızam. Internetdə yüzlərlə vesait tapmaq mümkündü, özbaşına öyrənmək olur ələxsusda ingilis dilini yaxşı bilən biri kimi çətinlik çəkmirəm baxdıgımı qavramaqda ama birdə bu işi kurslarda öyrənmək mümkündü ki – bir iki dənə çox göydən gedən kurslar var (code academy / step it) – sonda sertifikat almaq mümkündü ancaq yüksek mebleğler teleb edirlər. Sualım budu ki, bu kursların sertifikatlarına sahib olmaq işə qəbulda bizə avantaj, üstünlük verərmi? Bu sertifikatların işə qəbulda etibarı nə dərəcədədi? yoxsa heç pul tökməyə dəyməz özbaşına da öyrənsəm əsas bacarıqdımı ?
Verilmiş cavablar və yazılan şərhlər (6 cavab var)
2
Sertifikatın önəmi yoxdur, əsas orada öyrəniləndir. Code Academy haqda məlumatım var, bitirənlər bir qayda olaraq dərhal iş tapırlar, çünki öyrədilən şeylər, tədris sistemi birbaşa işləməyə hazır vəziyyətə gətirmək üzərində qurulub, uzun-uzun nəzəri şeylər üzərində yox.
Qiymət də baha görünə bilər – o halda ki, siz onu müqayisə edirsiz hansısa geydirmə kompüter kursu ilə. Amma müqayisə etdikdə ki, siz işləyəndə o pulu 2-3-4 aya qazanacaqsınız, o halda qiyməti baha deyil.
Fərdi öyrənməyə gəldikdə isə – bu pulsuz başa gələn yol olsa da, hədsiz çətindir.
1. Güclü iradə tələb edir. Pul xərcləmirsiz deyə, sizdən gündəlik nəticə tələb edən yoxdur deyə, özünüzü davamlı motivasiya etmək çox çətindir və əksər hallarda 1 həftədən sonra həvəsdən düşüb dayanırsız.
2. Dayanmasanız davam etsəniz belə, 1-2 həftədən sonra artıq hər şeyi bilirəm hissi yaranır – çünki sintaksisi öyrənirsiz və “inkişaf üçün real tələb nədir, hansı tip projeyə başlayaraq davam edə bilərəm” suallarına cavabınız olmur deyə davam etmək çətin olur və orada da dayanırsız. Əslində isə o mərhələ sadəcə 1-ci sinifdə əlifbanı öyrənib bitirmək mərhələsidir, və hər şey ondan sonra başlayır.
Özünüz öyrənməyə çalışsanız ingilis dilində olan CodeCademy.com, Udemy.com kimi online kurslardan da istifadə edə bilərsiniz. Və ya hər hansı kitabdan. Çünki heç bir bələdçi olmadan öyrənmək mümkün deyil.
Yekun olaraq yazsaq, bu nəticə çıxır:
Asan və effektiv olaraq bu sahəni öyrənmək üçün – Keyfiyyətli kurs.
Çətin və riskli olaraq öyrənmək üçün – Fərdi hazırlıq (video kurs və ya kitab ilə)
Hər iki yolla uğur qazanmaq mümkündür, hər şey sizdən asılıdır.
0
ətraflı cavaba görə çox təşəkkür edirəm. Code academy haqda məni düşundürən bir digər şey bir neçə front-end dillərini çox qısa zamanda öyrədəcəkləri vədidir.Yaxşı tutaq ki HTML di CSS di Javascript di ASP.net bunları öyrənmək asandı və 3-4 aya öyrəndik. Axı C# mən bildiyimə görə 3-4 ayda öyrəniləsi dil deyil, ən az 6-7 ay tələb edir , lap 3-4 aya öyrənsən belə hər hansı bir işə giriş səviyyəsi üçün lazım olan bacarıqlar – müxtelif tipdə qəliz proyekt yaratma, problem hell etme, qoyulan tələbləri koda çevirmək bacarıgı bunları 3/4 aya qazanmaq mümkündümü, nə dərəcədə keyfiyyətli olar bu qədər qısa zamanda bunu öyrənmək? Siz özünüz əgər C# bilirsinizsə, bunu nə qədər vaxta öyrənib proyektlər hazırlayası, C# biliyi tələb edən bir iş vakansiyasına iddia edəsi səviyyəyə çatmısınız?
0
Burada təməl yanlış odur ki, hər hansı kursdan tam bişmiş nəyisə öyrətməyi gözləmək. Bu mümkün deyil. Kurs iki il də olsa bəs etməyəcək. Bişmek üçün real işdə işləmək lazımdır. Düzgün öyrədən kurs düzgün fundamenti qurur. Elə bir fundament ki sonrasını özünüz davam edə biləsiniz, hər şey sizə aydın ola ki nəyi bilirsiz nəyi bilmirsiz. Dərhal iş tapmağa gəldikdə isə təbii ki bu işlər ‘junior’ səviyyəli işlər olur , senior səviyyəli işə keçmək isə artıq onun junior ştatda necə işləməsindən inkişaf etməsindən asılı olur. Junior vakansiyalar çox olur. C# və ya python ya Java olsun fərq etməz. Qısa müddətdə senior olmaq mumkun deyil. Bu yalnız iş prosesində formalaşır.
2
Özüörgənənlər çoxdu, onlara – “самоучка” deyirlər. Bu üsul xüsusi fərdi keyfiyyətlərə sahib olanda daha səmərəli olur. Mən şəxsən özünörgənməyi daha üstün tuturam. Çoox çətindi, amma ciddi çətinliklə üz-üzə qalanda əgər iradən, özünətələbin güclüdürsə öz patensialını tədriclə dərk edirsən. Problem isə odur ki, bu səni ətraf aləmdən bir qədər izolə edir. Ancaq öz şəxsi təcrübəmdən demək istəyirəm ki, bu yola məcbur olanda getmək lazımdır. Heçnə keyfiyyətli hazırlığı əvəz edə bilməz. Sözün əsl mənasında “yaxşı” müəllimi heçnə əvəz eləməz. Çünki müəllim öz təcrübəsinə əsaslanıb sizə mümkün qədər praktik yolla təlim verməyə çalışacaq.
Sərbəst hazırlaşası olsaz bir-iki məsləhət verim.
1) Az-çox sintaksis örgənəndən sonra mürəkkəb bir layihə üzərində çalışın. Deyək ki bir oyun proqramı qurun.
2) Yeni örgəndiyiniz kodu sadəcə oxudum başa düşdüm ilə kifayətlənməyin, tam sıfırdan ağ vərəqdən özünüz yazmağa çalışın. Misal üçün mən wxwidgets framevorkunu örgənəndə Hello world proqram kodunu (tam mətni keçiddəki səhfənin axırında) ən azı 5-6 dəfə əzbərdən yazmışdım.
0
mən STEP İT dən deyə bilərəmki proqramlaşdırma sahəsində mənim gözümdə hal-hazırki vəziyət qane edici deyil səbəb 1, 2 ay getdim yoxladım yola ver getsindi RUS sektorunu deyə bilmərəm Azərbaycan sektorunda bu belədi. Bir neçə şirkətdə işləyən proqramçı yazarlar tanıyıramki onlarda bu fikirləri bölüşürlər mənlə. Lakin İT sahəsində nahaq söz deyə bilmərəm yaxşı savadlı İT sahəsində Müəllimlər var. Birdə qiymətlərdə hədsiz yüksəkdi STEP İT -də 2 il 5 ay təhsildi hər ay 280 azn 29 aydan hesablasaq 8120 azn edir. Anlayıram şəxsi özəl şirkətdir ancaq maliyə cəhətdən vəziyət sadə vətandaşa gedib burda oxumaqa imkan yaratmır.
0
Ən yaxşısı özün öyrən, mən şəxsən özüm öyrənmişəm və bəlkə də kursdakılardan daha çox bilirəm, özün öyrənəndə təcrübə daha çox olur, ordan burdan axtarırsan, çoxlu səhvlərlə üzləşirsən və bütün bunlar da təcrübədir, birdə gərək elə iş sahəsi seçəsən ki, sənə sırf proqramlaşdırma ilə bağlı işlər verilsin, belə olduğu halda məcbur olub axtarmalı olursan və öyrənirsən, boş qalanda o qədər də alınmır. Əlbətdəki qərar sənindi, uğurlar.
Sual verin
Cavab verin