Binalarda Komendat Pulu

Salam. Bu ayın axırı Bakıdan 140min manat civarında mənzil almaq istəyirəm. Bir neçə məsləhətinizə ehtimacım var:
1) Həzi Aslanov, Qara Qarayev və ya 9.mkr-a baxıram. 9mk-u tərifləyirlər, ona görə ki, tıxacsız yerdi və digər bölgələrə daha rahat getmək olar. Gələcəkdə Bakıdakı xəstəxanalara, inistutlara və lazım gəldikdə bölgələrə gedilməsi münasib olan hansı məkandan ev almağımı məsləhət görürsüz?
2) Yeni tikililərin daha yaxşı olduğunu söyləyirlər, amma qaz-işıq-su kimi kommunal xidmətlərdən əlavə “kommendat” pulu deyə ödənişlər də alırlar. Deyirlər hətta bəzi yeni tikililərdə bu pul ayda 200 manatacan çıxır, bu doğrudurmu? Əgər mən o evi kupça ilə tam şəkildə alsam yenə də bu məbləği hər ay ödəməliyəm? Köhnə tikililərdə də kommendat pulu varmı? Yeni tikililərdən bu pul gələcəkdə ləğv olacaqmı?
3) Ev alarkən o binadakı qonşuları da danışdırıb o bina haqqında qonşulardan da məlumat almağı fikirləşirəm, çox güman daha düzünü ( eyib tərəfləri) onlar söyləyəcəklər. Başqa tövsiyyəniz də varmı?
4) Evi kupça ilə “asan xidmətdə” öz adıma keçirtsəm tam şəkildə başqa problem qalmır ki? Hər hansısa təhlükə varsa xahiş edirəm deyin indidəndən nəzərə alım. Məsələn maşın alarkən onun cəriməsini yoxlatmalısan, elə maşın var cəriməsi özündən bahadı. Elə maşın var mator nömrəsi saxtadı:) Evlərdə də belə bir hal ola bilərmi? Bayaq oxudum bəzi təzə tikililərdə kommendat pulu yığanlar çek vermir, o binanı sahibi başqa adama satanda təzə sahibindən də gəlib köhnə kommendat puluna çoxlu borc yığıldığını deyirlər. Və ya ola bilərmi ki, kimsə harasa evi zaloq qoyub, sonra onu sata? Kupça ilə bağlı ev alarkən əlavə nəsə də problem qala bilərsə xahiş edirəm yazın indidən nəzərə alıb ayıq olum


Kateqoriya: Sual . , , , , . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)

(22:14, 03/01/2020 ) #76980

Qısaca məlumat verim sizə yaxın qohumum 200 min manatlıq ev aldı yasamal rayonunda yalan olmasın 2-3 ay ancaq axtarışda oldu, bu günki dövrdə çox risklidi yeni mənzil almaq, alsazsa tanışlıqla alın mütləq. Xərclərə gəldikdə isə bəli yeni tikililər çox xərclidi 70-80 manata yaxın aylıq qarajsız bina xərci var.

Əraziyə gəldikdə isə həzi aslanov çox qarışıqlıq ərazidi, fikrimcə ən gözəl seçim qara qarayevdir

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (23:32, 03/01/2020 ) #76982

    Çox sağ olun cavab üçün. O tanışınız aldığı 200minlik evdə 70-80 manatdır? Mən oxudum ki, bəzi evlərdən otaq sayına, bəzisindən isə kvadrata görə pul yığırlar.

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (23:54, 04/01/2020 ) #76990

      50 manat ödəyirlər, 40 manat da yeraltı qaraj qiymətidir.

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(16:18, 05/01/2020 ) #76992

Bəs qaraj pulunu ancaq maşını olanlar ödəyir yoxsa hər kəs?

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

Cavablar AI cavab verdi - səsli kitab saytında müəllif hüquqları (34 gün əvvəl)

E. Hacı cavab verdi - səsli kitab saytında müəllif hüquqları (34 gün əvvəl)

evonline.az cavab verdi - Mahni axtariram, azerbaycanin klipi idi. (39 gün əvvəl)

Cənab cavab verdi - Abune kodu - qaz (52 gün əvvəl)

nihatt cavab verdi - Aztelekomun Huawei GPON modeminin login və şifrəsi (69 gün əvvəl)

Mesud cavab verdi - C++ aid məsələ (85 gün əvvəl)

Toofiq cavab verdi - Abune kodu - qaz (86 gün əvvəl)

Toofiq cavab verdi - Mahni axtariram, azerbaycanin klipi idi. (86 gün əvvəl)

selef cavab verdi - gömrük bağlamanı saxladı (104 gün əvvəl)

walkingdead4 cavab verdi - Niqodnilik haqqında yardım ederdiz (120 gün əvvəl)

Devequsu cavab verdi - Niqodnilik haqqında yardım ederdiz (121 gün əvvəl)

E. Hacı cavab verdi - Manual QA vs Wordpress (137 gün əvvəl)

SN cavab verdi - .az domaini whois serveri niyə işləmir? (181 gün əvvəl)

byshako cavab verdi - .az domaini whois serveri niyə işləmir? (182 gün əvvəl)

byshako cavab verdi - .az domaini whois serveri niyə işləmir? (182 gün əvvəl)

Software Developer - 616 xal

E. Hacı - 610 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 434 xal

Maqa - 346 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 23348 sualdan 92%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2026