Hostinglər haqqında məlumat

Salamlar.Xahiş edirım mənə hostinglər haqqında ətraflı məlumat verin zəhmət olmasa. Baxiram ama ferqlerini bilmirem. VPS, VDS, Dedicated server, Root server,Managed server,Reseller bunların fərqi nədi? Etraflı məlumat versəniz sevinərəm.Əvvəlcədən təşəkkür edirəm.


Yadda saxlama
Kateqoriya: Domen, hostinq, server . , , , , . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (6 cavab var)

(00:54, 09/03/2012 ) #10347

Salam. Bu tip məlumatları istənilən hosting saytından əldə edə bilərsiniz. Orada plan və qiymətlər təklif edilir, hər planda da təsvir edilir ki VDS bədir Dedicated nədir, Reseller nədir və.s.
Siz Azərbaycancadan savayı hansı dildə rahat oxuya bilərsiniz deyin, ona uyğun linklər yerləşdirək. Olmasa da qısaca burada yazarıq hərəsi barədə bir az

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (01:18, 09/03/2012 ) #10355

    Azerbaycan dilinden bashqa dili bilmediyim ucun nelumat toplaya bilmedim sualin cavabi haqqinda. Duzdu sualin cavabini yazmaq vaxt teleb edir. Ama en esasi ferqleri,menfi ve musbet cehetleri haqqinda qisaca olaraq m’lumat verseniz kifayet eder. Teshekkur edirem.

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(22:53, 10/03/2012 ) #10439

Qısaca.
Dedicated – tamamilə müstəqil server, bunu aldıqda sizin üçün ayrıca server ayrılır datacenterdə, hər şeyi sizə məxsus olur, istədiyinizi edirsiniz orda.
VDS və ya VPS – Bunlar bir birinə çox oxşardır, Dedicated ilə çox oxşardırlar, bir ciddi fərq var ki, VDS və VPS virtualdırlar, yəni əslində bir neçə VDS bir böyük serverin daxilində yerləşir, amma xüsusi texnologiya vasitəsilə özünü elə aparır ki, sanki Dedicated-dir, hər şey edə bilirsiniz, istədiyinizi yaza bilirsiniz, sanki Dedicated-dir. VDS ilə VPS arasında azacıq fərqlər var, VDS VPSdən daha çox yaxındır Dedicated-ə.

Reseller – Bu artıq server yox, shared hostinq xidmətdiri. Sizə shared hostinq verilir, sadəcə elə bir imkan yaradılır ki, siz özünüz sizə verilən imkanlar çərçivəsində onu bölüb satırsınız. Dedicated, VDS ilə də bölüb sata bilərsiniz. amma orda hər şeyi özünüz qurmalısınız, Resellerdə isə sizə proqram təminatı verilir, sadəcə bölürsünüz satırsınız.

Managed server – Managed Dedicated Server ciddi zəruri idarəetmə proqramları quraşdırılmış(backup, db administration,update,firewall və.s.) Dedicated server növüdür.

Root server – bu ümumişlək termin deyil server satışında, amma mən gördüyüm saytlarda bu termin Dedicated üçün istifadə olunur, dedicated-in başqa bir adıdır, bir sözlə.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (23:02, 10/03/2012 ) #10441

    Elvin root server fikirləşirəm ki dedicated serverin hər tərəfli açıq növüdür ola bilsin o serverdə bütün huquqlar (remote administr. üçün) alan şəxsə aid olur. Serverin sahibi bir növ yəqin ki o serveri fiziki olaraq alırsan icarə haqqı yox data center də yerləşmə haqqı verirsən ..
    Dəqiq bilmirəm mənə belə gəlir sadəcə)

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (23:34, 10/03/2012 ) #10443

    Ruslan ola bilər. Amma məsələn Hetzner datacenterində Root server almanca yazılır tarif adı olaraq, həmin səhifəni Englishə çevirəndə Root server çönüb olur Dedicated server. Başqa datacenter tariflərində isə heç vaxt rast gəlməmişəm Root server paketinə.
    Dedicated server deyiləndə siz deyən privilegiyalar da ora daxil olmalıdır(remote filan), yoxsa onun nəyi dedicated oldu ki, censored dedicated olar o 🙂
    Mən bilən heç bir datacenter dedicated-i 100% nə istəsən et məntiqi ilə satmır və ya icarəyə vermir. Məsələn adicə mass spam göndərilməsi aşkar edildikdə müqaviləni pozmaq ixtiyarları var, çünki İP onların İP-sidir nə də olsa.

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(00:17, 11/03/2012 ) #10444

Söhbəti dərinləşdirmək lazımdlr məncə )) birinci gün vaxt edib bir dəfə danışacam onlarla mənə də maraqlı gəldi root server nədir))

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

Triste cavab verdi - Adsense ya görə VÖEN gəlir vergisi 20% istəyirlər (1 gün əvvəl)

E. Hacı cavab verdi - Adsense ya görə VÖEN gəlir vergisi 20% istəyirlər (1 gün əvvəl)

Triste cavab verdi - Adsense ya görə VÖEN gəlir vergisi 20% istəyirlər (8 gün əvvəl)

Software Developer cavab verdi - Adsense ya görə VÖEN gəlir vergisi 20% istəyirlər (8 gün əvvəl)

Triste cavab verdi - Google Adsense vergi (8 gün əvvəl)

E. Hacı cavab verdi - Xif mn kodu (16 gün əvvəl)

Khagrov cavab verdi - Axtardığım mahnını tapa bilmirəm kömək edin (35 gün əvvəl)

E. Hacı cavab verdi - Dünəndən Kompüterlə Twitter/X və Pinterest -ə girə bilmirəm. (42 gün əvvəl)

orkhanrza cavab verdi - AZ9095də bağlama qalıb (47 gün əvvəl)

Ismayil1997 cavab verdi - İndiki dövrdə İngilis dili müəllimliyi ixtisasını seçməyə dəyər? (55 gün əvvəl)

revan orucov cavab verdi - Bakıda evə 100mbps+ internet verən provayder var? (59 gün əvvəl)

E. Hacı cavab verdi - WordPress sistemli saytda Facebook və İnstagram platformalarına özəl target_blank tənzimlənməsi haqqında... (61 gün əvvəl)

Jurnalist cavab verdi - WordPress sistemli saytda Facebook və İnstagram platformalarına özəl target_blank tənzimlənməsi haqqında... (61 gün əvvəl)

asssa1 cavab verdi - Riyazi proqramlar üçün proqram (63 gün əvvəl)

Aleks cavab verdi - İndiki dövrdə İngilis dili müəllimliyi ixtisasını seçməyə dəyər? (69 gün əvvəl)

Software Developer - 615 xal

E. Hacı - 608 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 434 xal

Maqa - 346 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 23288 sualdan 92%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2024