Ümumi proqramlaşdırmaya aid kitab məsləhəti

Mən bəzi alqoritmik məsələləri həll etməkdə çətinlik çəkirəm. Belə ki, proqram yazarkən bu tip prosesləri müasir proqramlaşdırma dillərinin öz funksiyaları vasitəsi ilə həll etdiyim üçün bəzi fərqli məsələlər verildikdə onları çətinliklə həll edirəm. Ona görə, əsasən sıralama və axtarış alqoritmləri haqda ətraflı məlumat və qraflar haqqında ilkin anlayışlar olan başadüşülən dildə (yəni normal izahları olan) və alqoritmlərin izahı ilə yanaşı hər hansı proqramlaşdırma dilində uyğun kod nümunələri olan kitab axtarıram. Azərbaycan dilində belə bir və ya ümumilikdə “programming puzzle”-ların həlli üçün ümumi alqoritm anlayışını formalaşdıran normal mənbə tapmaq mümkündürmü? Mümkündürsə hansılarını məsləhət görərdiniz ? Öncədən təşəkkür.


Yadda saxlama
Kateqoriya: Proqramlaşdırma . , . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (5 cavab var)

(02:13, 21/04/2012 ) #13128

Başqa cavab yazanlar da olacaq yəqin. Qısaca da mən yazım –
Alqoritmin əsası riyazi məntiq və riyaziyyatdır.
Turbo Pascal-da təcrübəniz varmı? Dərin proqramlaşdırma bu tip platforma ilə başlanılmalıdır. Pascala aid misal məsələ kitabı çoxdur, azərbaycanca bilmirəm, amma Türkiyə türkcəsində var. O tip kitablarda riyazi, məntiqi, puzzle, qraf və.s. yönümlü çalışmalar olur, izahı ilə. Bunları həll etdikdən sonra özünüzü digər sistemlərdə bu bilikləri tətbiq etməyə hazır hesab edə bilərsiniz. İndi birbaşa vizual həlləri olan OOP platformalarda işləməyə başlamaq geri salır tələbələri. Şəxsən mən riyazi məsələləri həll etməmiş başlanılan proqramçılığa proqramçılıq kimi baxa bilmirəm, belə olanda bu hardasa kodçuluq, kodlarla işləyən mühəndis və.s. təriflərinə uya bilir, amma proqramçı anlayışının bazasında riyaziyyat, məntiq durur.
İkilik say sistemi, bul funksiyaları, bul cəbri, qraf, zəruri və kafilik və.s. anlayışlar və bölmələr haqda məlumatın olması çox zəruridir.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (02:54, 21/04/2012 ) #13129

    Cavab üçün təşəkkür. Pascal ilə az-çox təcrübəm var. Daha doğrusu proqramlaşdırmanın ilkin anlayışlarını elə Pascal ilə sadə puzzle`ları həll edərək öyrənmişəm. Sizin qeyd etdiyiniz bul cəbri, qraflar və s. ilə əlaqəli türkcə kitab tapmışam. Sadəcə həmin kitabın yazarı da Türkiyədə fəaliyyət göstərən azərbaycanlı olduğu üçün fikirləşdim ki, yəqin bizim dildə də bu tip kitablar kifayət qədər olar.

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(10:59, 21/04/2012 ) #13169

9-cu sinif informatika dərsliyində pascal dilli izah olunur Düzdü kitabda müəyyən qədər səhvlər var ancaq, öyrənməyə nəsə var.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (12:41, 21/04/2012 ) #13182

    Cavabınız üçün təşəkkür. Məndə Pascal ilə bağlı heç bir problem yoxdur. Mənə sadəcə məsələlər və izahları olan kitab lazımdır.

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(22:45, 05/05/2012 ) #14893

Əgər ingilis dilini yaxşı bilirsinizsə Deitelin kitablarını məsləhət görürəm. freebookspot.es saytında istədiyiniz kitabı tapa bilərsiniz.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

E. Hacı cavab verdi - PayPal ilə ödəniş etdikdə 18 faiz tutulmağı normaldır? (4 saat əvvəl)

Software Developer cavab verdi - Qırılmış nömrə nə vaxt tam bağlanır (2 gün əvvəl)

Emil Imanov cavab verdi - Rus dilindən mətni tərcümə etmək (2 gün əvvəl)

Software Developer cavab verdi - Payoneer kartdan pul çıxartdıqda vergi (4 gün əvvəl)

Software Developer cavab verdi - Wise vasitəsilə bank kartına pul köçürmə (8 gün əvvəl)

Software Developer cavab verdi - Rus dilindən mətni tərcümə etmək (8 gün əvvəl)

Cənab cavab verdi - Almanca söz bazası yığmaq (11 gün əvvəl)

rdrobert cavab verdi - Mikrofon süngərinə yazı (12 gün əvvəl)

rdrobert cavab verdi - Yerli virtual olaraq dost tapmaq platforması (12 gün əvvəl)

rdrobert cavab verdi - Almanca söz bazası yığmaq (12 gün əvvəl)

rdrobert cavab verdi - Playstation 4 almaq, Playsation klub açmaq (12 gün əvvəl)

rdrobert cavab verdi - Proqramistin ixtsasi hansidir? (12 gün əvvəl)

Software Developer cavab verdi - Azercell Kabinetim aplikasiyasında İstəSən tarifi haqqında (14 gün əvvəl)

Software Developer cavab verdi - Proqramistin ixtsasi hansidir? (14 gün əvvəl)

byshako cavab verdi - Google Azərbaycan nömrələrini qəbul etmir (24 gün əvvəl)

Software Developer - 615 xal

E. Hacı - 607 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 434 xal

Maqa - 346 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 23238 sualdan 92%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2024