İnternetdə ən çox məlumat olan dillər

Salam. Alman və Rus dilini müqayisə etsək, ən çox informasiya hansı dildədir? Türkcə çox az 1-2% olmalıdır, onlar da çox keyfiyyətli sayılmaz. Əlbəttə, ingilis dilinə heç biri çatmaz o, ayrı.


Yadda saxlama
Kateqoriya: Sual . , , . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)

(00:16, 03/07/2024 ) #79830

Bunu dəqiq demək əlbəttə çətindir. Amma elmi məqalələr və wikipedia üzrə rəqəmlər çox şey deyir.
Mütləq əksər yazılar ingiliscə çıxır.
Məsələ təkcə sayda da deyil, tutaq ki, 7milyon ingiliscə məqalə var, 1 milyon rusca – bu heç də o demək deyil ingiliscə cəmi 7 dəfə çoxdur – yox, 7 milyonun az qala hamısı orijinaldır, rusca olanlar isə sonradan ingiliscədən tərcümə edilib.

elmi məqalələr də həmçinin. orda da lider ingiliscədir, ona yaxın rəqəm çin dilindədir, amma çin dilində məqalələrdə kəmiyyət var keyfiyyət çox aşağıdır, real elmi məqalədən çox sırf müdafiə işi tipli şeylər üçün lazımsız məqalələrdir əksəri.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(02:17, 03/07/2024 ) #79831

Bəli, yaxşı vurğuladınız, təşəkkürlər. Sayca az belə olsa, keyfiyyətli olmalıdır. Misal, adicə keyfiyyətsiz məqaləni yarım buraxırıq. Mən indi bu keyfiyyəti öyrənmək istəyirdim. Maraqlar, şərait Almanca və Ruscayadır. Dediklərinizə də baxanda məntiqli İngiliscə. Almanca – Avropa mədəniyyəti, xəyalı. Rusca – geniş imkanlar, qohumlar, rus dostum. Yerimə düşünsəydiniz…

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (13:18, 03/07/2024 ) #79832

    Azyaşlıdan söhbət gedirsə və konkret bir ölkəyə köçmək söhbəti yoxdursa, o zaman ingiliscədən başqasına gərək yoxdur.
    İngiliscəni dərininə öyrənmək daha yaxşıdır, nəinki onu orta səviyyədə öyrənib ruscaya almancaya keçmək.

    Yenə deyirəm, öyrənməkdə məqsəd nədir hər şey ona bağlıdır.

    Elmdən gedirsə söhbət birmənalı ingilis dili.
    Qlobal səviyyədə mütəxəssis olmaqdan gedirsə söhbət, ingilis dili.

    Rus dilini lokal ehtiyaclar üçün öyrənmək olar. Rusiyaya köçmək, və ya burda rusdilli çevrədə işləmək dostluq etmək, nə bilim Dostoyevskini orijinaldan oxumaq və.s. üçün.
    Belə rus dili qlobal ölçüdə ciddi dil deyil və hazırda heç bir ciddi məzmun yaradılmır.

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(14:59, 03/07/2024 ) #79833

Yetişkindən söhbət gedir və konkret bir ölkəyə (avropaya) köçməyi düşünür. Dinclik axtarır. Hərçənd, bunun (ausbildung) üçün bir az gecikdiyini də düşünür. Qərarsızlıq bu səbəbdəndir. Dəstək də sıfırdır, həmişəki kimi. Ancaq, artıq önəmli deyil.

Əsasən, İngiliscə və Almanca arasında var-gəl edir. İngiliscə öyrənsə orta məktəb müəllimi olaraq qalacaq burada. Və peşman ola bilər. Almancaya yönəlsə çəkinir ki, əməyi boşa gedər və işi baş tutmaz. Yenə peşman ola bilər, ingilis dili kimi yatırımı qaçırtdığı üçün.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

Cənab cavab verdi - İnternetdə ən çox məlumat olan dillər (1 gün əvvəl)

E. Hacı cavab verdi - İnternetdə ən çox məlumat olan dillər (1 gün əvvəl)

Cənab cavab verdi - İnternetdə ən çox məlumat olan dillər (2 gün əvvəl)

E. Hacı cavab verdi - İnternetdə ən çox məlumat olan dillər (2 gün əvvəl)

Software Developer cavab verdi - Sürücülük hüququndan məhrum edilə bilərəmmi? (5 gün əvvəl)

maksimovic cavab verdi - Məktubun alınması (6 gün əvvəl)

byshako cavab verdi - Wp saytına ödəniş əlavə etmək (31 gün əvvəl)

kaef cavab verdi - Komputer Mühəndisliyi yoxsa İnformasiya Texnologiyaları? (33 gün əvvəl)

Devid13 cavab verdi - Gömrükdə saxlanılan bağlama (34 gün əvvəl)

Software Developer cavab verdi - Gömrükdə saxlanılan bağlama (40 gün əvvəl)

Software Developer cavab verdi - Poçtla yoxsa kargo şirkəti ilə sifariş etmək? Hansı daha yaxşıdır? (51 gün əvvəl)

Software Developer cavab verdi - 25 yaşında universitetə girmək məntiqlidir? (51 gün əvvəl)

Software Developer cavab verdi - Kriptovalyuta üçün hansı fəaliyyət növü seçilməlidir? (52 gün əvvəl)

E. Hacı cavab verdi - Ödənişləri VÖEN-ə bağlı bank hesabına almaq məcburidir? (56 gün əvvəl)

E. Hacı cavab verdi - İnformatika muellimi yoxsa sistem administratorluğu? (56 gün əvvəl)

Software Developer - 615 xal

E. Hacı - 608 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 434 xal

Maqa - 346 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 23262 sualdan 92%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2024