Salam. Dostum “Qaz təchizatının satışı” üzrə test imtahanından keçdi. Dərs başlayanda bildiriş gələcək. Xəritəni açdıq, gedib-gəlməyə Sumqayıtdan uzaq düşür. Necə gedilir yolu, nəqliyyatı da bilmirik. Sizcə oxumağa dəyərmi? Kurs bitəndən sonra maaşı da dəqiq deyil. Bu mövularda nəsə bilən varsa yazsa, minnətdar olarıq. Təşəkkürlər!
Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)
0
Müddəti nə qədərdir tədrisin? bəlkə elə orda kira ev tutub qalsın, baha da olmaz, üstəlik gündə 3 saatdan çox yola sərf etməz.
0
Kurs 3 aylıqdır (3 ay ayrıca praktikası rahat yerdədir). Tədrisdən sonra iş təklifinə tam zəmanət vermirlər, vakansiya məsələsidi. Keçdiyi halda, oxumaqdan imtina etsə bir daha “Socar”-a müracət edə bilməz.
Elə 3 saatdan çox yola, 6 aylıq müddətə görə az qalır imtina edə. Münasib kira tapsa, siz deyən məntiqlidir.
Dil də bilir. Bir ara xaricə də getmək istəmişdi, indi nəsə “Socar”-ı seçib.
1
bir yerdən başlamaq irəliləmək lazımdır. maddi olaraq bu kira filan məsələsini qarşılaya bilsə, karyerası üçün çox yaxşı addımdır bu. Mütləq işlə təmin etməlidirlər deyə bir hədəf olmamalıdır. Onlar təmin etməsə belə, öyrəndikləri sayəsinə sonrakı iş axtarışı xeyli effektiv olacaq.
Sual verin
Cavab verin