PC-mdə belə bir problem var, kompu yandırıram, OS yüklənir normal, amma monitor işıqlanmır, heç bir fiziki müdaxilə kömək eləmir, sadəcə 10-15 dəqiqə sonra monitor işıqlanır. Hər dəfə dəqiq olaraq eyni vaxt gərəkir ki ekran açılsın. Əl vurmadan,öz-özünə işıqlanır. Kiməsə tanış gəlirmi?
Verilmiş cavablar və yazılan şərhlər (19 cavab var)
0
Monitor yəqin ki, LCD-dir, hə? Monitora cərəyan gəlir, ya yox? Düyməsini basanda reaksiya nə olur? Bir az ətraflı yazardın, görək monitorun daxili problemidir, yoxsa ana platadan ona siqnal gəlib çıxmır.
0
Samsung LCD 17-dir. Aha cərəyan gəlir, düyməsində işıq yanıb sönür. Düyməni basıb saxlayanda tam sönür düymə, təkrar basanda yenə yanıb sönür. Ekran isə qapqaradır, no signal və ya başqa nəsə yazılmır, tam qara.
0
LCD LG 19 dursa onlarda belə problemlər olur təmirçiyə göstərin
0
Hmm, onda monitorun daxili problemidir. Ustaya göstərmək lazımdır. Yoxsa özün açıb düzəltmək istəyirsən? 🙂
0
Əlbəttə özüm əlac etmək fikrindəyəm. 🙂 Hələ ki kritik problem deyil, çünki ehtiyat kompüterimdir o PC, açarkən 10-15 dəqiqə gözləmək problem deyil. Görsəm ki ümumiyyətlə açılmır, hə onda radikal addım atmaq qaçılmaz olacaq
2
Monitorun korpusa birləşən yerində bəlkə boşluq var. 15 dəqiqədən sonra naqillər qızır və “şişir”, sonda kontakt baş verir.
0
bax bu çox ağlabatandır, bu mənim də ağlıma gəlmişdi amma kabeli açıb bağladım, çıxarıb saldım hər iki ucdan, amma effekti olmadı, yenə də 10-15 dəqiqə keçdi və özü işıqlandı. Səbəb elə siz deyəndir çox güman, amma kustar üsulla evdə ona necə əlac etmək olar görən 🙂
0
Bəs monitoru korpusdan ayırıb, ayrıca yandıranda?
0
Eyni şey
0
CRT olsaydı deyərdim kondensatordandı ki trubkanı doldurmağa gücü çatmır amma LCD maraqlıdı
0
Qida bloku içəridədir, yoxsa cərəyan kabelinin üstündə? Əgər kabeldədirsə, əvvəl onu söküb baxa bilərsən. “Xolodniy payka” axtarmağa dəyməz məncə, çünki hər dəfə eyni vaxt gözləmək lazım gəlirsə, inanmıram onluq olsun. Göz ilə vid-fasonunu itirmiş (şişmiş və s.) kondensatorları yoxlaya bilərsən. Başqa detalları da yoxlamaq olar, bir sözlə, baxmaq, detalları yoxlamaq lazımdır.
0
Düzü sualı tam başa düşmədim. Qida bloku sistem blokunun içində, üst hissədədir. Həm də problem sırf monitordadır, sistem bloku ilə əlaqəsi yoxdur, monitoru sistem blokundan tam ayırıb ayrıca cərəyana taxanda da eyni şey olur.
1
Uşaqlar, kontakt boşluğu ağlabatan deyil, həm eyni vaxt fasiləsi ilə işləməyinə görə, həm də, orda nə qədər qızışma olur bəyəm ki, kontaktı şişirdib qapasın?:)
Bəs monitor işləyəndən sonra, ani olaraq cərəyandan ayırıb yenidən qoşanda necə olur? Yenə 10-15 dəq sonra işləyir?
0
Kompüteri cərəyandan ayırıb yenidən işə salanda dərhal ekran işıqlanır, normal işləyir. Deməli problem nədirsə, keçiriciliklə,qızma ilə bağlıdır.
1
Aha, demək hansısa detalla bağlıdır. Qızma və nəticədə keçirilik dəyişməsi də ola bilər, kondensatorun tutumunun dəyişməsi, sızması və s. səbəblərdən ola bilər. Demədin amma, qida bloku daxildədir, yoxsa ayrıca (kabeldə)?
0
Aa, yuxarıda yazdığını görmədim, sorry 🙂 Amma mən elə monitorun qida blokunu nəzərdə tutmuşam. Bəzən adapter kimi, kabelin ortasında olur, bəzən isə standart olaraq, monitorun daxilində olur.
0
Standart Samsung LCD 17 monitordur, cərəyan kabeli də sadədir, bir tərəfdə cərəyana qoşulur, bir tərəfdən də monitorun arxa hissəsinə vertikal formada(üzüyuxarı) ikitərəfli şurub ilə bağlanır.
0
Aydındır. Dediyim kimi, söküb baxmaq, yoxlamaq lazımdır. Amma bax da, belə pis çıxmasın, o qədər başın çıxmırsa, açıb nə edəsisən ki?:)
0
Açıb ya düzəldəcəm, ya da birdəfəlik edəcəm. Hər iki hal qeyri müəyyən haldan daha yaxşıdır. 🙂 Təşəkkürlər hamıya effektiv cavablara görə.
Sual verin
Cavab verin