Salamlar. Sualım ondan ibarətdir ki, bilmək istəyirəm .az domenini necə qeydiyyat edirlər və hansı qiymətə başa gəlir, ilkin ödəniş nə qədərdir, aylıq və ya illik nə qədər vermək lazımdır. Bir sözlə hara getmək və ya müraciət etmək lazımdır. Diqqətiniz üçün təşəkkür edirəm.
Verilmiş cavablar və yazılan şərhlər (5 cavab var)
5
Bəşir Səfəroğlu küçəsi 172 ünvanında yerləşir ofis. Şənbə-bazar və bayram günlərini çıxmaq şərtilə hər gün işləyir. İş vaxtını dəqiq deyə bilmərəm 🙂 Gedəndə özünlə şəxsiyyət vəsiqəsini aparmalısan. Amma getməmişdən əvvəl blank doldurub maillərinə göndərməlisən, təsdiq cavabı gəldikdən sonra getməlisən. Qiymətə gəldikdə isə illik 40 manat. Elə əvvəlcədən ödəniş də 40 manatdır. http://nt.az/regaz.txt – bu blankı doldurub [email protected] e-mail ünvanına göndərməlisən əvvəlcə.
3
.az domainin özü 20 AZN, 20 AZN 1illik texniki xidmət haqqı. İlk olaraq 40 AZN edir, ilin sonunda artıranda 40 yox, 20 AZN verirsən. NT şirkəti qeydiyyatdan keçirir. http://nt.az/reg_domens.shtml
1
Ətraflı məlumat verdiniz və bunuda öyrənmiş oldum. Hər ikinizə təşəkkür edirəm.
ola bilsinki unvana gedende ofisi tapa bilmeyesen balaca bir yerdi ))) NEON computers var orada onun arxasindadi (1ci defe edende basima gelib)
1
Hal-hazırda rəsmi olaraq online.az saytı vasitəsilə .az domen qeydiyyatı onlayn aparılır.
Qeydiyyat qiyməti 40AZN , artırılma qiyməti 20AZN təşkil edir.
Sual verin
Cavab verin