Salamlar. Mən bu saytdan çox şey öyrənmişəm. Amma bilmirəm ki azəri kodirovka necə edim. DLE saytda. Sizdən xahiş edirəm aydın şəkildə yazardınız. (Redaktə edilib)
Salamlar. Mən bu saytdan çox şey öyrənmişəm. Amma bilmirəm ki azəri kodirovka necə edim. DLE saytda. Sizdən xahiş edirəm aydın şəkildə yazardınız. (Redaktə edilib)
Verilmiş cavablar və yazılan şərhlər (11 cavab var)
2
Bəlkə, ilk öncə öz “kodirovka”mızı düzəldək və latın qrafikalı Azərbaycan əlifbası ilə yazaq. Bu SMS tipli yazılış məncə bu tip dəyərli sayta uyğun gəlmir. Başa düşdünsə indidən təşəkkür edirəm.
0
Xahiş olunur eyni sualı təkrar verməyin və yuxarıdalı cavabda qeyd edildiyi kimi öz milli hərflərimizdə yazaq. Axı bu haqda sağ tərəfdə sual daxil edilən ərazidə aydın şəkildə yazılıb. Milli hərflərdə yazmaq qaydası hər hansı adi prinsipiallıq və ya əlifba sevgisindən yox, saytın mahiyyətindən irəli gəlir. Məqsəd İT sual-cavab bazası yaratmaqdır və bizə yalnız dil qaydalarında yazılmış sual və cavablar faydalıdır. Ki sabah Google-da kimsə sualı daxil edəndə gəlib cavabını burada tapa bilsin.
0
Eh hər şey yazdız amma bir dənə cavabı yazmadız :((
3
Niyə heç bir problemi olmayan gül kimi wordpress-i qoyub saytı DLE-də yığırsınız ki, belə problemlərlə də qarşılaşırsınız?
0
wordpressdə dlenin temaları kimi full tema var? yox
0
Bilmirəm siz full nəyə deyirsiniz, amma DLE-nin ən azından Azərbaycan saytlarında işlədilən temalarının az qala hamısı gülünc dərəcədə zəifdir. WordPressin isə pulsuz qəşəng temaları var, bir az da pul xərcləsəniz(havayı yaxşı sayt qurmaq mümkün deyil ) mükəmməl peşəkar theme-lar ala bilərsiniz.
0
Nicat bəy, sizdən xahiş olunur saytın uyğun olduğu mövzularda suallar yazasınız. Bu sayt yalnız İT sferaya aid sualları əhatə edir, basketbolun buraya aidyyatı yoxdur.
-1
Nolar o sualı qoyun da ölürəm basketbol üçün bəlkə bilirlər?Bir də ki wordpresslə statik saytlar yığırlar amma mən dinamik sayt yığa bilən CMS istəyirəm.Üordpressdə xəbər yazmaq olur?
1
Xahiş edirik sayta aid olmayan məsələlərdən danışmayasınız. Saytda yalnız İT suallar mümkündür.
Wordpress-də əlbəttə ki dinamik saytlar mümkündür. WordPress özü məhz dinamik sayt qurmaq üçündür, kim istəyər statik qurar bu onun öz işi. DLE-də olan bütün müsbətlər WordPress-də var, amma WordPress-də olanların heç 10-da 1-i DLE-də yoxdur, asandır dəbdir deyə DLE-yə meylli olmayın, keyfiyyətli sayt düzəltmək istəyirsinizsə keyfiyyətli CMS-də işləyin, WordPress də onlardan biri.
0
Mənlə facebookdan əlaqə saxla sənə UTF-8 kordirovkali Datalife sriptini göndərim
1
elsad sənə dostluq göndərdim facebook-da qəbul et
Sual verin
Cavab verin