Salam. İnternet Klub üçün TP-Link (TD-8816) modem istifadə edirəm. İstifadəçilər torrentdən istifadə edəndə sürət aşağı düşür və digərlərinə maneə yaradırlar. Deməklə də mümkün deyil. Amma nə olursa olsun heç kəs torrentdən əl çəkmir. Uzun sözün qısası Modemdə hansısa port bağlama işi ilə və ya hansısa vasitədən istifadə etməklə bu torrent yükləməyə qadağa qoymaq olarmı? Daha əlverişli variantı modemdən bağlamaq imkanıdır məncə. Amma necə bağlamaq lazım olduğunu bilmirəm. Bu yolda kömək etməyinizi xahiş edirəm.
Öncədən təşəkkürlər.
Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)
Salam. Torrent təzə yaranan vaxtı 6889/6969 və bir neçə başqa port istifadə edirdir. Amma hal hazırda torrent-klientlər çox “bic” olduğuna görə, tək modemnən onları qadağa etmək olmur. Bəziləri umumiiyetle 80-ci portla işləyir. Ona görə 2 məsləhət görə bilərəm: 1) modem və LAN arasında bir dənə fireüall qoymaq (kerio ve ya isa) və oradan qadağa etmək 2) workstation kompüterlərində bütün buna aid proqramları silmək və yenilərini qadağa etmək. yani useri ancaq brauserden başqa heçnəyə dostup verməmək).
P.S. Sırf bu modemlərlə rastlaşmamışam, ola bilsin daha asan öz yolları var.
0
Diqqətinizə görə minnətdaram ama fayervolsuz bunu etmək istəmirəm. Ümid edirəm bunun başqa yolları ilə bağlı digər dostlarımız da kömək edəcək…
1
Eger Torrent programlarin ishlemeisni istemirsinizse, o zaman sadece olaraq client kompyuterlerden torrent programlari uninstall etmeniz en sade cixis yoludur mence.
torrent programlari silin. Internetde klubdaki kompyuterlerde istifadecileirn program yazma iznleri varsa o zaman userleri Administartor qruppasindan cixardin ki, oz bashina program filan yazmasinlar.
Sual verin
Cavab verin