Tutaq ki, bizim hard disk 160 GB-dır, RAM isə (fiziki yaddaş) 1 GB.
Prosessorun sürəti isə 2.4 GHz.
Proqramın ölçüsü isə 5 Mb. Biz proqramı yükləyəndə əməliyyatlar sistemi
onu hadr diskdən RAM -a yükləyir, daha sonra isə proqramın icrası başlayır.
Proqram prosessor tərəfindən icra olunur və proqramın məlumatları üzərində prosessorun apardığı bütün dəyişiklər RAM-da yadda saxlanır.
Prosessor ilə RAM sistem şini vastəsilə bir-biri ilə birləşir və onlar arasında məlumat mübadiləsi sistem şini ilə həyata keçirilir.
Prosessor RAM-a yüklənmiş proqramı birdəfiyə icra edə bilməz. O
proqramı ancaq xırda-xırda hissələrlə RAM-dan götürüb icra edir.
Bu xırda ölçü proseesorun arxitekturasından asılı olaraq 2, 4 və ya 8 bayt olabilər, başqa sözlə 16, 32 və ya 64 bit.
Bundan asılı olaraq müvafiq arxitekturalı kompüterə yüklənmiş
sistem və ya proqram 16, 32 və ya 64 bitlik adlanır.
Yəni prosessorun birdəfəyə emal edə biləcəyi məlumatın ölçüsü.
Əlavə məlumat üçün onu da qeyd edim ki, prosessorun daxilində də bir neçə dənə kiçik ölçülü yaddaş obyektləri var, buna registr deyirlər.
Məlumatlar sistem şinindən alınaraq məhs prosessorun registrlərinə
yerləşdirilir , daha sonra prosessor bu məlumatı emal edir və RAM-a
yazmaq üçün sistem şininə ötürür.
Bu reqistrlərində ölçüləri müvafiq olaraq 16, 32 və ya 64 bit olur.
128 və daha artıq da ola bilər.
Əlavə 2.
Prosessorun registrlərini (onları assembler dilində adətən eax, ebx, ecx
v.s. adlandırırlar) qətiyyən Windows -un reqistrləri ilə qarışdırmaq
olmaz.
Windows -un reqistrləri hard diskdə olan fayllardır. Windows -un hansısa
faylları bu cür adlandırması assembleri örgənən bir çox proqramçılarda
çaşqınlıq yaradır.
Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır
Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)
Bu bir qədər, arxitektura məsələsidir.

1
Əgər sualı “32 yoxsa 64 bit..” kimi qoysaydınız. Deyərdim ki:
1. 32 bit Windows (həmişəki adi) 7-ci versiya 3Gb-dan yuxarı RAM dəstəkləmir.
2. 64 bit Windows-da işləyən hər programı tapmaq olmur (problem 5-10% hallarda yaranır)
Son məsləhətim: Kompyuterdə 4Gb-a kimi RAM varınızdırsa 1Gb-nı qurban verin, 32bit Windows 7 qurun 😉
0
32bit Windows = x86 Windows
cox sagol qardash aydin izahata gore.bunu axtarırdım sizdən tapdım.teshekkurler.
Sual verin
Cavab verin