Hamıya Salam. İlk öncə hörmətli Admindən üzr istəyirəm ki İT-dən bir az qırağa çıxacam.Mən özüm GTA Editləmişəm.Tamam full vəziyyətdədi. Şəkillərinə baxmaq üçün: http://www.facebook.com/media/set/?set=a.111864965569943.21862.111863065570133 Bu linkdən istifadə edin.
Nəysə Sualım belə olacaq. Bu GTA-dan mən necə pul qazana bilərəm Disk yerlərinə satışla? Əgər belədisə necə razılaşma aparmaq lazımdır. Mümkünsə məsləhət verərdiz
Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)
4
GTA özü originalda pullu proqram-oyundur deyilmi? Əgər elədirsə o halda sizin onu editləyib satmaq hüququnuz yoxdur, gərək rəsmi icazə ola GTA-nın istehsalçı şirkətindən. Və bundan başqa da disk istehsal edib satmaq üçün disk istehsal mərkəzlərindən biri ilə də müqavilə bağlamalısınız və onlar istehsal edib satdıqca sizin faizinizi verməlidir. Bir sözlə uzun prosedurdur. Bəlkə internet üzərindən elektron satmaq daha rahat olar nəinki belə
1
Bəs GTA Yasamal nə bilim GTA Şəki,GTA Xırdalan bunlar disklərini necə satışa çıxarır?
4
Azərbaycan Respublikasının müvafiq normativ hüquqi aktlarında göstərilməsinə baxmayaraq, müəllif hüquqlarına hörmət sıfıra bərabər olduğundan ona görə də, tez-tez müəllif hüquqları kobud şəkildə pozulur. Admin məsələyə çox gözəl yanaşıb. Rəsmi istehsalçının icazəsi olmadan oyuna dəyişiklik etmək, habelə onun satışını təşkil etmək qanunsuzdur. Sizin dediyiniz “GTA Yasamal” , “GTA Şəki” və s. hər biri qanunsuz və icazəsiz şəkildə modifikasiya olunaraq pirat yolla “su qiymətinə” satışa çıxarılan disklərdir. Əslində müvafiq hüquq mühafizə orqanları bununla bağlı tədbir görməli və elə diskləri bazardan çıxarmalıdırlar, ancaq qeyd etdiyim kimi, bizdə müəllif hüquqları ilə bağlı qanunlar “ölü” qanunlardır…
Sual verin
Cavab verin