Salam Dostlar. Sizce saytın 24 saat ərzindəki aktivliyini daha dəqiq hansı üsullarla öyrənmək olar? (host-un keyfiyyətini araşdırmaq məqsədilə)
Haşiyə:Xeyli müddət əvvəl yerli şirkətlərin birindən 10GB-lık hosting paketi (Aylıq trafik: limitsiz) alaraq Front page-lə işlənmiş bir sayt yerləşdirmişdik. Saytda günlərlə yenilənmə olmayanda belə (yeni məlumatların əlavə edilməsi mənasında) gündəlik orta hesabla 25-30 istifadçi sayta baş çəkirdi. Yüngülvari yenilənmə olduqda isə istifadəçi sayı 150-200 arasında dəyişirdi və getdikcədə artım müşahidə edilirdi.
Lakin bir müddət sonra 10 GB-yerin bizim üçün hədən artıq çox olduğundan qənaət etmək qərarına gəldik.Həmin host şirkətində isə 10GB-dan aşağı paketlər olmadığından host şirkətini dəyişməli olduq. Bu dəfə AdaNet-i (indi AlfaNet) seçdik. İllik ödəniş etməklə 100 MB-lıq host aldıq.(Daxili tafik limitsiz, xarici trafik aylıq: 80 GB) Front Page-de olan köhnə arxivi subdomaine-ataraq,əsas domendeki saytı WP sistemlə qurduq.
Əvvəlki host şirkətinin xidmətlərindən istifadə edərkən,saytdakı linklerin sayının heç 100-ə çatmamasına baxmayaraq, istifadəçilərin gündəlik sayında cidi artım hiss edilirdi,amma, AdaNet hostuna keçdikdən sonra saytın təkcə Google-da indexlənmiş mindən artıq linki olmasına rəğmən, istifadəçi artımında ciddi durğunluq müşahidə edilir…
Bu günlərdə isə təsadüfən bir saytda AdaNet-in hosting xidmətində ciddi keyfiyyət probleminin olduğu barədə yazılanları oxuduqdan sonra, rastlaşdığımız problemin (istifadəçilərn artım tempindəki durğunluq) məhz yalnız bu şirkətdən aldığımız hostinqdən qaynaqlandığı barədə şübhələrimiz daha da artmağa başlayıb.
Cavablar.net ailəsində AdaNet hostinqindən istifadə edən oldumu? Mövzu ətrafında fikir və tövsiyələrinizi bilmək istərdik. Öncədən təşəkkürlər.
Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)
0
Salam. Bəli mən də Adanetdə 3-4 il öncə hostinq işlətdim, 1-2 aydan sonra müqaviləni pozdum pulu geri aldım, akkount öz özünə suspend olurdu, hack olurdu hostinq bütöv halda və.s.
Qaldı siz trafik və disk sahəsini qənaət etmək filan barədə yazdıqlarınıza, düzü təəccübləndim bir az buna, indi əcnəbi hostinq firmaları 100-150GB disk, məhdudiyyətsiz trafiki qəpik-quruşa verir, ehtiyac da yoxdur bu tip qənaətə və ya analitikaya. Məsələn site5.com keyfiyyətli və orta ucuz qiymətə malik servisdir, ordan faydalana bilərsiniz. Və ya elə godaddy özü də normaldır.
Qaldı ümumi analitikaya, Google Analytics tam bəs edər sizə, orda lazım olan hər şey var.
Site linklərinin indeksasiyasına gəldikdə isə WP quruluşu yaxşıdır, Google onu başa düşər, daha tez və daha effektiv indeksasiya üçün isə WordPress-də Google Sitemaps pluginini quraşdırın, o özü Google-a müntəzəm XML verilənlərini göndərəcək və linklərinin tam indeklənmiş olacaq daim yenilənən formada.
0
Öncə cavabınıza görə təkrar təşəkkürlər,Admin. Xarici host şirkətlərini seçməməyimiz hər hansı problem çixanda ingilisdilli insanlara problemi dəqiqliyi ilə və tez bir zamanda çatdırıla bilinməməsi kimi səbəblərdən irəli gəlir. Yəni,yerli şirkətdə hər hansı problem çıxanda,elə,o an telefon açıb məsələni ətraflı anlada bilirsən.Amma düşünün ki,bu Amerikadakı bir tərəfdaşında baş verirsə,bu zaman yüksək səviyyəli ingiliscəsi olan bir işçinin olması mütləqdir ki,ingilisə məsələni izah edə bilsin.
İllik müqaviləni pozduğunuz zaman AdaNet-den pulların geri qaytarılmasında hər hansı maneçilik oldumu,yəni işlətmədiyiniz ayların pulunu qəpiyinədək ödədilərmi?
Yerli host şirkətlərindən tövsiyə edəcəyiniz şirkətlər varmı mi,yüksək keyfiyyəti ilə seşilsinlər?
0
Əcnəbi və keyfiyyətli host seçdikdə o dediyiniz problemlər də minimum səviyyəyə enir, ona görə də dil problemi də önəmsiz olur. Həm də inanmıram ki burda ciddi dil problemi yarana bilər, çünki texniki problemlərin əsas
terminləri bütün dillərdə eynidir.
İllik müqaviləni pozduqda qalan müddətin pulunu qəpiyinədək və saytın son halının backupunu arxiv fayl şəklində qaytardılar. Həm də özləri təklif kimi dedi problemi müzakirə edərkən, ki xidmətdən imtina edə bilərsiniz, pulu qaytararıq.
Azərbaycanda tövsiyyə edəcəyim hostinq sahilhost.com ola bilər, bu sahədə kifayət qədər təcrübələri var və serverləri keyfiyyətli datacenterdə yerləşir. Özüm işlətməmişəm ordan, amma bildiyim qədərilə yaxşı xidmətdir.
1
Saytın hər zaman aktiv olduğunu up-time deyilən terminlə nəzərə alırlar. Hostgator-da saytlar üçün up-time adətən 99.8 % olur. Bu çox gözəl göstəricidir
Sual verin
Cavab verin