Bəzi İT Terminlərin tərcüməsi -3

Salam. aşağıdakı sözlərin tərcüməsinə kömək etməyinizi xahiş edirəm.
Obyekt yönümlü proqramlaşdırmaya aid bir məqalə hazırlamaq istəyirəm,
terminləri necə tərcümə etməyi bilmirəm.

İnheritens — Varislik , nəsilvermə ?

base class – ata sinif, əcdad sinif ?

child class – övlad sinif, uşaq sinif ?

Təşəkkürlər.


Yadda saxlama
Kateqoriya: Termin tərcüməsi . . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (5 cavab var)

(16:39, 20/12/2011 ) #5432

Salam.
1. Varislik.
2. Baş sinif.
3. Alt sinif
Ailə terminlərinin İT-də istifadəsi bizim dilə nəsə oturuşmur sanki, fikri daha aydın çatdırmaq əvəzinə, əksinə yayındırır 🙂

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(18:50, 20/12/2011 ) #5433

Baş sinif uyğun tərcüməyə oxşayır, amma alt sinif tərcüməsi üzərində
biraz sual yaranır. İngilis dilində sub hissəciyi var alt mənasında işlənir.
Çoxluq – alt çoxluq. Set – subset v.s.
Yəni alt çoxluq baş çoxluğun hər hansı bir hissəsi mənasını verə bilər.
Ancaq bu halda törəmə sinif ata sinifin bütün həddlərini irsən qəbul edir,
onun alt hissəsi deyil.

Bundan əlavə parent child münasibətləri təkcə siniflərdə deyil bir çox
başqa yerlərdə də var. Misal üçün proseslər: parent process and child process.
Burada baş proses və alt proses işlətsək onda mənadan yayanar.
Müqaisə edin:
parent process, child process – baş proses, alt proses

Məncə parent, child terminlərinə bütün bunları nəzərə alıb bir tərcümə tapmaq lazımdır,
hansı ki, onlar arasında əlaqəni qabarıq şəkildə vurğulasın.
Baş və alt sözlərindən əlaqə dərhal aydın olmur, dolayı yolla bildirilməlidir.
Mən ata və törəmə -yə üstünlük verirəm.
ata sinif, törəmə sinif. ata proses, törəmə proses. ata proses törəmə prosesin sona çatmasını
gözləyir. parent procss waits child process to finish. 🙂

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (19:26, 22/12/2011 ) #5514

    Vikipediada və.s.-də baxdım indi, subclass, child class sinonim kimi işlədilir. http://en.wikipedia.org/wiki/Child_class
    Amma haqlısınız, mənanı daha aydın anlatmaq üçün yerli yerində baş-alt və ata-törəmə işlətmək daha yaxşı

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(17:24, 27/12/2011 ) #5695

ata – törəmə misalı üzərində dayansamda bu da qaneedici deyil. Bizim dildəki tərcümə ilə
digər dillərdəki tərcümə arasında fərq yaranır. Digər dillərdə bu tip məsələlərdə ailə
terminləri işlədilir, hansı dilə hansı söz uyğun gəlirsə. misal üçün ingilis dilində parent – child
process, (valideyn övlad), rus dilində родительный процесс дочерний процесс (valideyn qız).
Bizdə isə ata – oğul ən uyğun gələnidi. ata – törəmə əvəzinə ata – oğul.
ata sinif – oğul sinif, ata prosess – oğul prosess. və ya ata – övlad.
ata sinif – övlad sinif, ata prosess – övlad prosess.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (22:35, 31/12/2012 ) #24792

    Məncə əsas prosses və törəmə prosses variantları üzərində də dayanmaq olar

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

E. Hacı cavab verdi - Elektron servis xidmətləri (10 gün əvvəl)

cavaninsan cavab verdi - Amerika səhmləri (19 gün əvvəl)

Software Developer cavab verdi - Amerika səhmləri (19 gün əvvəl)

SN cavab verdi - Kripto vergi (28 gün əvvəl)

Nicat97 cavab verdi - ilkaddimlar.com-a nə oldu? (35 gün əvvəl)

nicatmemmedli cavab verdi - Proqramlaşdırma - fəlsəfə (39 gün əvvəl)

nicatmemmedli cavab verdi - ilkaddimlar.com-a nə oldu? (39 gün əvvəl)

Software Developer cavab verdi - ilkaddimlar.com-a nə oldu? (49 gün əvvəl)

E. Hacı cavab verdi - Adsense ya görə VÖEN gəlir vergisi 20% istəyirlər (58 gün əvvəl)

Triste cavab verdi - Adsense ya görə VÖEN gəlir vergisi 20% istəyirlər (60 gün əvvəl)

E. Hacı cavab verdi - Adsense ya görə VÖEN gəlir vergisi 20% istəyirlər (60 gün əvvəl)

Triste cavab verdi - Adsense ya görə VÖEN gəlir vergisi 20% istəyirlər (60 gün əvvəl)

E. Hacı cavab verdi - Telefon almışam kamerasında ləkə var qaytarmaq istəyirəm, mağaza qaytarmır (60 gün əvvəl)

Software Developer cavab verdi - Rus dili yatırımı (61 gün əvvəl)

Cənab cavab verdi - Rus dili yatırımı (61 gün əvvəl)

Software Developer - 615 xal

E. Hacı - 608 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 434 xal

Maqa - 346 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 23309 sualdan 92%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2025