Galaxy S İ9000 aldım originallığına şübhəm var.

Əziz dostlar Bir yaxınımın vasitəsi ilə Ebay.com ( http://www.ebay.com/itm/270871664296 ) saytından “Galaxy S I9000” Telefonu sifariş verdim,Telefonu açanda əvvəllər fikir verməmişdim, sonra fikir verdim ki Telefon açıldıqda İ9000 deyil İ9000T yazılır (həmçinin telefonun arxasindada I9000T yazilib),ve indi telefonun orginallıgına biraz şübhəm var.Sizin fikrinizce bu telefon orginaldırmı?
Həmçinin Telefon : “GTA-3″ ,”Real Racing 2” kimi oyunlari Full yükləmədən sonra açılmir (Telefon ya restart olur yada Ekran yeniden başlanır).Halbuki Oyunların infosunda bu telefonun dəstəklədiyi yazılır.
Xahiş edirəm Dəyərli fikirlərinizi əsirgəməyin.


Yadda saxlama
Kateqoriya: Mobil telefon, smartfon və proqramlar . . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)

(05:00, 08/01/2012 ) #6540

Salam. Yeni telefonunuz mübarəkdir, və öncəliklə onu bildirmək istəyirəm ki, telefonunuzun originallığı ilə bağlı şübhəniz olmasın, originaldır.
Bütün dünyada mobil telefonlar müxtəlif regionlar ve kontraktlı operatorlarla satışları üçün müxtəlif cür adlandırıla bilir. Samsung Galaxy S modelinin beynəlxalq (international) modeli I9000 adlanır. Azərbaycan və Azərbaycan kimi operatorlarla istehsalçının bir başa əlaqəsi olmayan ölkələrdə mobil telefonların beynəlxalq versiyaları satışa çıxarılır.
Müxtəlif ölkə, region, operatorlarda isə adlar fərqli ola bilir. Məsələn Galaxy S modeli Braziliyada I9000B, Koreyada I9000K, Kanada da Virgin Mobile operatoru ilə I9000M adı ilə satışa çıxarılıb. Sizim aldığınız telefon da lokal satıldığı ölkə adı ilə olub. Mənim bildiyim və maraqlandığım qədərilə I9000T modeli Meksika və Avstraliyada satışa çıxarılan modeldir, və ya başqa ölkə, region da ola bilər. Əgər sırf bunu dəqiq öyrənmək istəyirsinizdə ebay satıcıaının telefonunuzu göndərdiyi ölkəyə baxın və ya özündən soruşun.
Model adlarındakı fərq isə yalnız regional satış bazarını nəzərdə tutur, I9000 modeli isə sizin aldığınız I9000T modeli arasında heç bir fərq yoxdu. Buna görə narahat olmayın.
O saydığınız oyunlar isə özləri çox ağır oyunlardı, cihazdan yüksək göstəricilər tələb edir. Marketdə telefona uyğun yazmağı oyunun heç bir mərhələsində, yerində problem çıxartmayacağı anlamına gəlmir.
Başqa Galaxy S istifadə edən tanışlarınız varsa onların telefonlarında həmin oyunların tam düzgün işləyib işləməməsini yoxlayın. Əgər onlarda normal işləyirsə bu ən pis halda sizin telefonun proqramında (ROM) problem olduğu deməkdir. Bunu isə asanlıqla özünüz ya biraz başı çıxan tanışınız yeniləyib problemi həll edə bilər.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(05:10, 08/01/2012 ) #6541

Çox Yardımçı oldunuz Qardaş .Minnətdaram,Teşəkkür edirəm Ətraflı cavabınıza görə.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(03:20, 14/01/2012 ) #6867

Ümumiyyətlə belə oyunları yüklədikdən sonra task manager-də bütün proqramları bağlamalısız, ram-ı təmizləməlisiz. Və bundan sonra oyun açılacaq və siz oynaya biləcəksiz. Bir də marketdə olan oyunlar 100% işləyir. Amma pirat versiyasını yazanda bəzən oyunun datası sizin telefonunuzla düz gəlmir və oyun bağlanır. Həmçinin belə oyunlarda oyun açııdıqdan sonra birinci dəfə 500 mb-dan çox olan datanı internetdən yükləməlisiniz. Bunu yalnız wifi ilə etmək mümkündür)

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(03:29, 24/01/2012 ) #7338

Diqqətinizə göre çox təşəkkür edirəm,Kies vasitəsi ilə Android versianı yüksəltdim( 2.3.3 Gingerbread ) ,Telefon hal-hazırda super işləyir.Artıq oyun yükləməkdə tərəddüt etmirəm.Çox Sağolun Təbiiki Sizin Cavablarınızın Rolu böyük oldu.Bir daha Təşəkkür edirem,Çox Sağolun.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

Triste cavab verdi - Adsense ya görə VÖEN gəlir vergisi 20% istəyirlər (4 saat əvvəl)

E. Hacı cavab verdi - Adsense ya görə VÖEN gəlir vergisi 20% istəyirlər (17 saat əvvəl)

Triste cavab verdi - Adsense ya görə VÖEN gəlir vergisi 20% istəyirlər (7 gün əvvəl)

Software Developer cavab verdi - Adsense ya görə VÖEN gəlir vergisi 20% istəyirlər (7 gün əvvəl)

Triste cavab verdi - Google Adsense vergi (7 gün əvvəl)

E. Hacı cavab verdi - Xif mn kodu (15 gün əvvəl)

Khagrov cavab verdi - Axtardığım mahnını tapa bilmirəm kömək edin (34 gün əvvəl)

E. Hacı cavab verdi - Dünəndən Kompüterlə Twitter/X və Pinterest -ə girə bilmirəm. (41 gün əvvəl)

orkhanrza cavab verdi - AZ9095də bağlama qalıb (46 gün əvvəl)

Ismayil1997 cavab verdi - İndiki dövrdə İngilis dili müəllimliyi ixtisasını seçməyə dəyər? (54 gün əvvəl)

revan orucov cavab verdi - Bakıda evə 100mbps+ internet verən provayder var? (58 gün əvvəl)

E. Hacı cavab verdi - WordPress sistemli saytda Facebook və İnstagram platformalarına özəl target_blank tənzimlənməsi haqqında... (60 gün əvvəl)

Jurnalist cavab verdi - WordPress sistemli saytda Facebook və İnstagram platformalarına özəl target_blank tənzimlənməsi haqqında... (60 gün əvvəl)

asssa1 cavab verdi - Riyazi proqramlar üçün proqram (62 gün əvvəl)

Aleks cavab verdi - İndiki dövrdə İngilis dili müəllimliyi ixtisasını seçməyə dəyər? (68 gün əvvəl)

Software Developer - 615 xal

E. Hacı - 608 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 434 xal

Maqa - 346 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 23288 sualdan 92%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2024