Salam,Bir çox saytlara baxıram Flash Template-lər var amma qiymətləri çox bahadır.Həm də Demo-nu görmək olur, bilmək istəyirəm ki,swf faylı yükləyib sonra hər hansı decompiler ilə (Məsələn Sothink ) saytı götürmək olar pulsuz? Olmazsa onda başqa nə cür bu saytları pulsuz əldə etmək olar?
Verilmiş cavablar və yazılan şərhlər (8 cavab var)
1
http://www.youtube.com/watch?v=jpuvTajkB9s
1
Salam. Mümkündür ümumən, amma adi decompile ilə yox, uzun məsələdir. Ordan götürülən swfi decompile etsəniz belə nəticə almayacaqsınız, çünki onlar xeyli müdafiə tədbirləri görüblər. fayllar birbirinin içinə çağırılıb yüklənilir, adları kript olunur, belə dolayı formada metodlar tətbiq edib müdafiə edirlər. Həm də ki mal neçəyə olur olsun müəllif hüquqlarına hörmət etmək lazımdır. necə ki demirsiniz “filan mağazada filan şey satırlar amma çox bahadır, görən onu vitrindən necə götürüb qaçmaq olar” 🙂 hər iki hal eyni şeydir, sadəcə bizdə elektron, intellektual mülkiyyət anlayışları inkişaf etməyib deyə əksəriyyət internetdə kimdənsə nəyisə icazəsiz götürməyi tam notmal bir şey hesab edir.
1
Elvin men swf ni goturub ,decompile de fla formaina salib adobe flash da editleyirem.hec bir problemde olmur
0
Sahin adi swf-ləri olur bəli, özü də bir klik ilə asanlıqla, amma ciddi saytlarda satılan flash template-lərin demo-sunu götürüb decompile etmək adətən nəticə vermir. Bunu necə etdiklərini google-da how to protect swf files yazıb baxa bilərsiniz.
0
Bəli orası düzdür müəllif hüquqlarını tapdalamaq lazım deyil, amma istənilən halda crack keygen-dən istifadə edəndə də pozmuş oluruq ).Yoxsa gərək ümumi proqramlara indiyə qədər 10-15 min dollar pul xərcləyərdim ) . Decompile etmək olur, amma bir məsələ var ki, flashın xəbər bölümünü və digərr bölümləri hansı text-in içindən oxuduğunu tapmaq lazımdır, o bir az problemdir.
1
Crack keygendən də istifadə etməmək lazımdır deməli 🙂 İstər ümumi qiymət 100min olsun, bu bizə haqq qazandırmır. Yəni tədricən də olsa hamı bunu qəbul etməlidir ki başqasının halal məhsulunu qanunsuz yolla istifadə etmək olmaz. Ya baha da olsa almalıyıq, ya pulsuz alternativ tapmalıyıq, ya da istifadə etməməliyik. Düzdür indi buna hamının əməl etməsi real deyil, amma çalışmaq lazımdır. Maraq üçün deyim ki kompüterimdə lisenziyasız proqram və ya əməliyyat sistemi yoxdur. Ya cüzi qiymətə satılanı almışam, ya da pulsuz alternativ istifadə edirəm.
0
He problemdi basdan ayaga
0
Əgər həqiqətən də elədirsə onda Halal Olsun.Amma qiymətlər də od tutub yanır, düzdür yuxarıda dediyiniz kimi bu bizə haqq qazandırmır, amma kefiyyətli proqramlar pulsuz və ya ucuz olmur.Heç olmasa bunu 5-10 dollar etsələr heç crackerlərdə çalışmaz bunu qırmağa, hər istifadəçidən də 10 dollar almaq daha çox pul qazandırar nəinki 200 dollarlıq proqram çıxsın,amma hamı crack işlətsin lisenziya alan olmasın. Amma qiymətlər 100-200 dollar arası dəyişirsə çox təəssüf ki o qədər pul verməyə imkan çatmır.
Sual verin
Cavab verin