salam.php-də kömək lazımdır.bele bir şey etmək istiyirəm ama alınmır.məsələn sayta,öz serverimə şəkil video və ya hər hansı bir file əlavə etdim,istifadeçiilərin bu faylı yükləməkləri üçün YÜKLƏ yazısı əlavə etmək istiyirəm.anlayışım olmadığı üçün edə bilmirəm.tutalım ,fayllar exapmle.com/yukle/files/ qovluğunda olacag.buna uyğun kodlaşdırmanı yaza bilərsiniz?
P.S. admin,facebook-la daxil olduqda bu sehv baş verir
Verilmiş cavablar və yazılan şərhlər (6 cavab var)
2
Salam. Təkidlə məsləhət görərdim ki, anlayışınız olmadan kod işi ilə məşğul olmayasınız. Bir neçə gün sərf edin, təməl bilikləri öyrənin, sonra hər şey daha asan olsun, çətinliyiniz ciddi suallarda olsun, daha belə başlanğıcdaca yox. Sualınızın cavabı:
0
təşəkkür cavabınız üçün amma belə demirdim.bunu bilirdim.mənə lazımdır ki, YÜKLƏ yazısına kliklədikdə əlavə səhifə açılmadan faylın hansı qovluqda yazılması (yadda saxlanılması) tələb olunsun
0
Oruc bəy, bu elə odur da. Bununla əksər faylları yüklədikdə qovluq pəncərəsi çıxacaq. Sadəcə elə tip fayllar var ki, onlar brauzerdə açıla bilir deyə(pdf, jpg, txt kimi) brauzer onları açır birbaşa, daha qovluq seçimi çıxmır, onları da siz deyən kimi etməkçün sağ düyməylə save link as seçimi etməlidir istifadəçilər.
Yox əgər bütün fayl tipləri üçün yükləmə baş verməsini istəyirsinizsə, bunun həlli bir az uzundur. Ya apache .htaccess ilə ya da php header ilə etmək olar bunu. Əgər bu iki həlldən hansısa lazımdırsa deyin, yazım.
0
hmm mən də deyirem niyə alınmır.Çunki siz o kodu yazmamışdan qabaq yoxlamışdım belə bir kod üzrə şəkil tipli fayllar üçün,ona görə alınmırmış.Zəhmət olmasa .htacces və ya php header usulluları hansı yaxşıdırsa onu başa salarsınız.
1
Header ilə həll edərkən belə bir şey etmək olar. Linkə download.php?file=filan_fayl.tipi yazırsınız, download.php faylının içi isə təxminən belə olur:
Ətraflı buradan baxın
P.S. Bu kodda sadəcə işlək metod verilib, təhlükəsizlik məsələləri üçün GET dəyişənini emal etməlisiniz. (Məsələn /, \, ‘ kimi simvoldan təmizləmək olar və.s.)
0
tesekkur buna uygun uygunlashdirdm,ama sildim sonra)esas tehlukesizlikdi.istifadechilerin mausla ishleyerler)
Sual verin
Cavab verin