Galaxy S2 haqqında bilməm və etməm gərəkənlər

deməli belə, galaxy s2 işlədənlər mənə nə kimi məlumatlar verə bilər telefon haqqında. daha çox bilinməyən və lazımlı.məsələn, hansı programları, oyunları köçürməyi məsləhət görürsüz. nələri etməyim bu telefonla ? anti virus endirim ? hansı daha yaxşıdı ? qısaca belə şeylər


Yadda saxlama
Kateqoriya: Mobil telefon, smartfon və proqramlar . , , . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (11 cavab var)

(23:44, 05/04/2012 ) #12094

Salam. Məlumat üçün buradan baxa bilərsiz

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(23:45, 05/04/2012 ) #12095

Galaxy S2 telefonun əslində iki növü var. 9100G v 9100. Aralarında əsas fərq səhv etmirəmsə video kartın gücündədir. Birində (yadımdan çıxıb hansı hansıdır.) video kart güclü olduğu üçün telefon daha çox qızır və uyğun olaraq da batareya daha tez işlənir. Digəri isə daha zəifdir və bu cürə problemləri yoxdur. Azərbaycana hal-hazırda gətirilənlər onun zəif variantlarıdır (baxmayaraq ki, qiymət elə əvvəlki qalıb) ona görə də performans heç də youtubedə baxdığınız kimi olmayacaq.

O ki, qaldı antivirus və ya proqramlara. Android linux əməliyyat sistemi üzərində yazılıb, onunçün Virusların necə mövcud olacağını təsəəvvür etmirəm. Kimsə bilirsə desin, varmı belə bir şey?

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (09:34, 06/04/2012 ) #12115

    Galaxy SII dedikdə İ9100 başa düşülür və Azərbaycana da gələn məhz o modeldir, düzgün rəsmi yerdən aldıqda narahatlığa gərək yoxdur, xaricdəki nədirsə, bizə gələn də odur. Təbii ki Dubaydan gətirilən ucuz satılan hər hansı modelləri nəzərdə tutmuram. Mən özüm UK-dən almışam, burdan alınanlarla hər hansı fərqi yoxdur. İ9100G barədə doğru dediniz, bir az fərqli aparat təminatına malikdir, amma o yalnız bəzi regionlar üzrə satışa verildi(Hindistan, Malayziya, Sinqapur), yəni Galaxy SII dediyimiz smartfon i9100-dur, o biri ikinci model kiçik nüsxə ilə satılan modeldir və müqayisədə i9100-dan bir az zəifdir.
    P.S. Azərbaycanda kimdəsə i9100G görməmişəm

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(23:49, 05/04/2012 ) #12098

İstifadə etdiyim app-lardan əsasların məsləhət görə bilərəm: Gesture Search, Flashlight, Evernote, Azerdict, Dropbox… Oyunlar: Asphalt 6, Cut the Rope, Flick Golf, Tip-off, Shine Runner, Six Guns, Temple Run…

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(02:17, 06/04/2012 ) #12109

qəşəng telefondur amma .Sumsung həmişə eroqonomikda uduzduğuna görə bu telefonda həcm etibari ilə böyükdür rəqiblərinə nisbətdə bircə LG`dən savayı -çünki LG mobil deyil stasionar həllər üzrə daha çox ixtisaslaşdışında qafa həmin qafadır ki gedir eyyy. 😀

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (09:14, 06/04/2012 ) #12113

    Aparat dizaynına irad tutulsa hardasa razı olaram, amma böyüklüyü əsla uduzmaq deyil, 180 dərəcə əksinə, udmaqdır. Çünki hazırki tendensiyada smartfonlar məhz böyüməyə doğru gedir. Hibrid model olan Galaxy Note-un inanılmaz uğurlu satışı buna nümunədir, və ya Galaxy Nexus da Galaxy SII-dən böyükdür və çox yaxşı satılır. Son 2012 model Sony Xperia S də xeyli böyüyüb, hətta o da Galaxy S II-dən böyükdür. Eləcə də HTC-nin 2012 modeli HTC One X da SII-dən daha böyükdür. Bir sözlə 2012 modelləri ilə müqayisədə SII artıq kiçik ölçülü model sayılır 🙂 Galaxy SIII və İphone 5 də daha iri olacaq.

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(09:19, 06/04/2012 ) #12114

Salam. Galaxy SII bütün müasir tələblərinizə cavab verən əla bir smartfondur.
Yuxarıda çox faydalı məsləhətlər artıq verilib. Mən də istifadə etdiyim faydalı app-lardan deyim:
Azerdict, Autocad(sadəcə yükləmişəm maraq üçün), Barcode Scanner, Box.net cloud storage(və ya Dropbox), Camera Zoom, Google Docs, Endomondo Pro(idman-qaçış-kalori hesablayıcı), Google Sky, İnstagram, Pixlr-o-matic, Real Football 2012, Smart Tools(Əla app-dır), SoundCloud, SoundHound(səsə uyğun mahnı adını tapan), Shazam(səsə uyğun mahnı adını tapan), Star Chart(astronomik 3D xəritə)
Əslində antivirus elə də lazım deyil, sistem Linux üzərindədir və kifayət qədər təhlükəsizdir, root access də bağlı olduğundan ciddi zərər imkanı yoxdur zərərli proqramlarda. Üstəlik proqramları kənar mənbə yox, Play Store-dan yüklədikdə arxayınlıq daha da artır.
Antivirus proqramları əlavə şeylər təklif edir ki, buna görə bəlkə də onlarla maraqlanmaq olar: itmiş telefondan məsafədən data-nın silinməsi, onun tapılması-yerinin bəlirlənməsi və.s. imkanlar.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(17:48, 06/04/2012 ) #12132

öncəliklə hər birinizə çox sağol deyirəm. bildiyiniz kimi android marketdə maraqlı app`lar pullu olduğundan başqa saytlardan endirib yükləməyə məcbur oluram bəzən. onda mənə sorğu gəldi ki, hardasa belədi: siz yalnız android marketdən endirilən oyunları məsələn quraşdıra bilərsiz. oyunu quraşdırmaq üçün ayarları düzəldin. bu sizin təklükəsizliyiniz üçündür. ona görə anti-virus soruşdum. bir də, mən oyun yüklədim, girdikdə sorğu gəldi ki 500 mb nəyisə endir. endirmək istəyəndə telefon donur. operadan falan da yüklədikdə belə probemlər yaşayıram. səbəbin bilən var ?

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (18:26, 06/04/2012 ) #12136

    Marketdən kənar nəsə yükləməyin, məsləhət deyil. Pullu deyəndə ki, mobil applar çox ucuzdur, Windowsu Ms Offisi bəhanə edirlər ki 150-300$-dır, o qədər pulumuz yoxdur filan, onu başa düşdük, bəs mobil app-lar ki 1-2$ olur əsasən, onun niyə qanunsuz yolla kiminsə haqqını tapdamaqla pulsuz variantını axtaraq ki? Məncə almaq daha sərfəli olar, həm də telefonunuzun təhlükəsizliyi zəmanət altında olar.
    Qaldı 500MB-a, heç bir problem olmamalıdır Galaxy SII-də. Siz marketdən endirdiyiniz app-da elə donma olur? Wi-fi ilə cəhd edirsiniz ya 3G ilə?

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(18:59, 06/04/2012 ) #12138

belə deyim, mən asphalt 6`nı yüklədim və oyuna girəndə gameloft reklamı keçdikdən sonra bu sözlər yazılır: the game requires additional data (501 mb) to run on your phone. do you want to launch the download now ? qəbul edirəm tel qaralır daha sonra isə oyun durduruldu yazır. wi-fi internetə girirəm

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(21:14, 06/04/2012 ) #12142

yoxladım, android markekdən endirdiklərimdə heç bir problem olmadı ama

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

E. Hacı cavab verdi - Adsense ya görə VÖEN gəlir vergisi 20% istəyirlər (1 dəqiqə əvvəl)

Triste cavab verdi - Adsense ya görə VÖEN gəlir vergisi 20% istəyirlər (6 gün əvvəl)

Software Developer cavab verdi - Adsense ya görə VÖEN gəlir vergisi 20% istəyirlər (6 gün əvvəl)

Triste cavab verdi - Google Adsense vergi (6 gün əvvəl)

E. Hacı cavab verdi - Xif mn kodu (14 gün əvvəl)

Khagrov cavab verdi - Axtardığım mahnını tapa bilmirəm kömək edin (33 gün əvvəl)

E. Hacı cavab verdi - Dünəndən Kompüterlə Twitter/X və Pinterest -ə girə bilmirəm. (40 gün əvvəl)

orkhanrza cavab verdi - AZ9095də bağlama qalıb (45 gün əvvəl)

Ismayil1997 cavab verdi - İndiki dövrdə İngilis dili müəllimliyi ixtisasını seçməyə dəyər? (54 gün əvvəl)

revan orucov cavab verdi - Bakıda evə 100mbps+ internet verən provayder var? (58 gün əvvəl)

E. Hacı cavab verdi - WordPress sistemli saytda Facebook və İnstagram platformalarına özəl target_blank tənzimlənməsi haqqında... (59 gün əvvəl)

Jurnalist cavab verdi - WordPress sistemli saytda Facebook və İnstagram platformalarına özəl target_blank tənzimlənməsi haqqında... (60 gün əvvəl)

asssa1 cavab verdi - Riyazi proqramlar üçün proqram (61 gün əvvəl)

Aleks cavab verdi - İndiki dövrdə İngilis dili müəllimliyi ixtisasını seçməyə dəyər? (68 gün əvvəl)

E. Hacı cavab verdi - İndiki dövrdə İngilis dili müəllimliyi ixtisasını seçməyə dəyər? (68 gün əvvəl)

Software Developer - 615 xal

E. Hacı - 608 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 434 xal

Maqa - 346 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 23288 sualdan 92%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2024