Salam.
Apple Macbook Pro,Toshiba Satelite və Sony Vaio bu notebooklardan hansı daha məsləhətlidir? və nəyə görə? Cavablarınız çox maraqlıdı indidən təşəkkürlər.
Salam.
Apple Macbook Pro,Toshiba Satelite və Sony Vaio bu notebooklardan hansı daha məsləhətlidir? və nəyə görə? Cavablarınız çox maraqlıdı indidən təşəkkürlər.
Verilmiş cavablar və yazılan şərhlər (16 cavab var)
2
Salam. Əlbətdəki Apple nömrə 1-dir, əyər Mac işlətməyi bacarırsızsa və qiyməti sizi qane edirsə. Toshiba də çox gözəl markadır, mən də Toshiba Sattelite işlədirəm. Amma Sony barəsində hələki mübət fikir eşitməmişəm, bəlkə də bizim bazarda məsləhətli Sony markası tapmaq çətindir.
2
Sırf aparat olaraq keyfiyyətli məhsul istəyirsinizsə, Asus alın, digərləri ondan geri qalır, o cümlədən də Mac. Mac-ı bir səbəbə görə ala bilərsiz, o da Vindovs yox, Mac sistemi işlətmək istəsəniz. Digər hallarda Mac almaq mənasızdır, çünki çox bahadır.
Ümumi ad kimi götürdükdə isə həm satellite-lar, həm Vaio-lar çox populyar seriyalardır. Konkret model soruşsanız daha uyğun olar məncə, nə çox Satellite.
-1
məndə satellite işlədmişəm amma indi dell inspiron işlədirəm dell daha yaxşıdır toshibanin adı yüksəkdir
məncə daha məsləhətlisi dell inspiron du
0
Çox sagolun dolğun cavablara görə.
Mənədə çox vaxt Toshibanı tərifliyiblər.
Görək başqaları nə deyir 🙂
0
Elvin Hacı Asus işledənlər var evdə heçdə razı deyillər həm görunuş baxımından həmdə işləm baxımından.
0
Alehandro kimsə işlədə bilmirsə və ya Dubay sborkası alırsa bu onun problemidir, istər aparat keyfiyyəti, istərsə də istifadəçi məmnuniyyəti baxımından Asus dünya lideridir. Mən özüm Asus işlətmirəm, Acer işlədirəm, sadəcə faktları deyirəm.
Görünüş baxımından isə Asus çox gözəldir. http://usa.asus.com/Notebooks/ baxın burda menyunu gəzin, görün nə cür görünüşlü notebooklar var.
Toshibaya gəldikdə isə 2 il işlətmişəm, əla markadır, keyfiyyətinə də söz yox.
1
Alehandro Mrofeo ilə raziyam, Asusun reytinqinin belə yüksək olmasını hələ də anlamıram. Hələ Asus işlədənlərdən müsbət bir fikir eşitməmişəm. Asus işlədən tanıdıqlarımın hələ heç biri razı qalmayınlar, hər dəfə nə isə problemləri olur. Toshiba, DELL və ACER bunların üçü əjdahadır.
0
Elvin Hacı-nın sözündə həqiqət var, mən də noutbuk almaq istəyəndə statistika ilə maraqlandım, ən az problem çıxan Markalarda birinci yerdə ASUS idi, həm də ona görə ASUS almağa qərar vermişəm, lakin maraqlıdır niyə görə Dubaydan gələn noutbuklar yaxşı deyil ? Bizim dükanlar ordan alıb satışa qoymurlar ki ? Ucuz olduğuna görə mənim də fikrim var idi ki, ordan alım.Bilmək olar siz ASUS-u hardan almısız ?
0
Ümumiyyətlə Dubaydan almaq mənada demədim, elə kompüterlər olur ki onları birbaşa Çində və ya Dubayda “levıy” yığıb gətirib satırlar. Dubayda satılan qanuni kompüterlə birbaşa US-dən gətirilən kompüterin fərqi barədə isə düzü bir şey deyə bilmərəm, məlumatlı deyiləm, hər halda çox güman ki birbaşa US-dən gətirilən daha keyfiyyətli olar. Çünki regionlara uyğun olaraq fərqli zavodlarda yığılır, avadanlıqlarda da fərqlər ola bilər.
1
Asus çox keyfiyyətli,performanslı notebooklar buraxır.5-6 tanışım var işledir hətta biri bu yaxınlarda Asus ZendBook aldı maraqlan səndə əladır.Toshiba və Acer heç baxma deyərdim.Mac və Sony arasında seçim et.Mac`larda windows olmur bunu diqqətə al.Əgər windows istifadə edirsənsə Sony al,sən Asus modelleri ilədə maraqlan.
0
Bütün yazılanları diqqətlə oxuyuram.Cavablarınızçün təşəkkürlər.
Elvin bəlkədə düz deyirsən sən ama məndə biraz işlətmişəm nəsə gözumdən düşdüsə onu işlətmək heç ürəyimcə olmur).
Mən Windows işlədirəm onunçün Apple yə uyğunlaşmaq çətin olacaq.HP Pavilon işlədən var? o necədi görəsən.
1
var mən HP pavilion dv6 3035er.Biraz qızır ama belə problem olmayıb 1ildən çoxdur işlədirəm.
0
HP məsləhət deyil. Video kartlarında çoxsunda problem olur. Tez qızır. Azərbaycandan alacaqsansa sıralanmaya görə DELL-TOSHİBA-ACER.
0
hp pavilion g6 əladır 2 ildir işlədirəm nəinki təmir heç üindoüs da yazmamışam qızma problemi də yoxdur
1
Salam. Bu 3 marka arasından Sony Vaio almağınız məsləhətdir. Mən ilk Vaio-nu 2006-cı ildə da almışdım, daha sonra 2 il əvvəl yene Vaio aldım. Hər iki laptop hələ də heç bir problemsiz işləyir. MacBook-u Machintosh sistemi istifadə etməyəcəksinizsə almağa gərək yoxdur. Ona Windows yazmaq mümkün olsa da, işləyən zaman klavyaturanın narahat olduğunu görəcəksiniz. Başqa bir model olaraq bu yaxınlarda maraqlandığım, keyfiyyət-qiymət nisbəti çox uyğun olan model olaraq Dell İnspiron N5110 seriyasını məsləhət görə bilərəm. Bu modellər FreeDos sistemi ilə satışa çıxarıldıqlarına görə ucuz başa gəlirlər, amma Bakıdakı satış mərkəzində Windows və gərəkli bir çox proqramlar yüklənmiş olaraq satılırlar.
0
Dell İnspiron və Toshiba Satelite hələki öndədilər )
Sual verin
Cavab verin