Salam yenə sizi narahat edirəm )
Google Drive haqqında bəzi suallarım olacaq isifadə edənlər kömək etsinlər.
Google Drive a yüklədiyim şəkillər videolar ömürlük orda qalır yoxsa bir müddətdən sonra silinəbilir?
4-5 Gmail hesabım var maili hər hesaba girəndə Google Drive yükləyin yazır məndə yükluyurəm amma kompyuterdə sadəcə bir Drive proqramı olur.Ola bilərki məndə hər hesaba ayrı-ayrı Google Drive proqramı olsun Kompyuterdə?
Verilmiş cavablar və yazılan şərhlər (7 cavab var)
1
Salam
Mən istifadə edirəm.fayıllar silinmir siz silmədikcə.Program bir gmail hesabı ilə işləyir,Google Drive programında hal-hazırda işlətdiyiniz hesabdan çıxıb digər hesabınızı qeyd etsəz yeni əlavə etditiniz hesabı işlədəcəksiz.
0
digər gmail hesabımı açmır axı Program yazılır ki yanlış adres girdiniz.
0
Kompyuterdəki Google Drive papkasındakı fayllar Kompyuterin yaddaşında saxlanılır yoxsa Drive proqramının içində?
2
Salam
Sizin kompyuterdə qalır.Belə təsəvvür edin ki,sizin web`də qovluğunuz var bidə kompyuterinizə Google Drive programı sadəcə arada bu iki qovluğu bir-biri ilə eyniləşdirir(sync).Veb`dəki və ya kompyuterinizdəki qovluğa hər hansı yeni fayl əlavə etsəz,dəyişsəz,silsəz program avtomatik bunu görür və hər iki qovluğu eyniləşdirir.
0
Çox sağolun cavaba görə.Yəniki 5GB Kompyuterdəki yaddaşdan gedir.
Birdəki bir hesabdan digər çıxıb digər hesaba girəndə yenidən başlıyır hər şeyi eyniləşdirməyə (sync).Bu normaldı?
1
Əgər istəmirsizsə kompyuterinizdə yer tutsun onda Google Drive web üzərində istifadə edin bura daxil olun və veb üzərindən işlədin.
Bəli normaldır Google Drive programı sizin ona təyin etdiyiniz qovluğun içində eyniləşdirir.
0
Çox sagolun təşəkkür edirəm.
Sual verin
Cavab verin