Ebay-dan samsung galaxy s2 almağ istiyirəm, məsləhət görərdiz bu modeli? http://www.ebay.com/ctg/Samsung-Galaxy-S-II-GTI9100-16GB-Noble-black-Unlocked-Smartphone-International-version-/102709718?_refkw=samsung+galaxy+s+2+i9100&_pcatid=801&_pcategid=15032&LH_TopRatedSellers=1&LH_BIN=1&LH_ItemCondition=3&_dmpt=Cell_Phones
Birdəki hansi bankdan plastik kart almag məsləhətdir?Yeni internet banking xidməti olsun həmin bankin.Birdəki paypal-da qeydiyyat olduqdan sonra paypal nə qədər pul cixacaq balansdan? Ebay-da qeydiyyat aparanda unvani az-dilində yazsam bir problem cixmaz ?
Verilmiş cavablar və yazılan şərhlər (2 cavab var)
1
Banklar çoxdur hər hansı birindən əldə edə bilərsiniz. Məsələn bank standart. İbanking də hamısında var demək olar. Visa dəstəkli kart alın sizə bəs edər.
Paypal-a dair saytda 100dən çox yazı var, oxuyun ətraflı. 2$-a yaxın pul çıxır sonra təsdiqdən sonra geri qaytarır. Bir sözlə pulsuz başa gəlir.
Ebayda paypalda ünvanı ingilis əlifbasında yazın (məsələn: Azim Azimzade st, 18/8 bu tipdə, və ya Azim Azimzade kuc., ev 10/6.) Əsas odur ə,ı,ü,ö,ğ,ç,ş kimi hərflərdən istifadə etməyin ki problem çıxmasın.
Galaxy S2 özünə görə əla smartfondur, 2011 modelidir. 2012də daha güclü modellər çıxıb. Sizin tələbiniz nədir bilmirik, ona görə demək olmaz məsləhətdir ya deyil. 2011-ci ilin şəksiz ən güclü smartfonu idi S2, və 2012-də də əla smartfon sayılır birmənalı olaraq. Amma dediyim kimi daha yeniləri çıxıb. S2 qiymətinə S2dən daha məsləhərli yeganə smartfon Galaxy Nexus-dur. Onun da əsas üstünlüyü odur ki Google-a məxsus olduğundan Androidin ilk yenilənməsi məhz Nexus üçün çıxır, sonra digərləri üçün. Bir də NFS də var onda.
S2-də kamera Nexus-dan üstündür. Bir sözlə hərəsinin öz üstünlüyü var. Sadəcə Nexus ümumən daha məsləhətlidir.
0
çoxsagol Allah razi olsun sizdən..
Sual verin
Cavab verin