Salam. bir dəfə bu problemlə bağlı yazmışdım, amma orada tam həlli verilməmişdi deyə düzəlmədi.
Mən E-machines E-350 model netbuka ubuntu yazmışam.
Həm səs 1 kanallıdı, həm də mikrofon.
Skype- ilə problem yaranır. Səs işləmir.
Alsa mixer-i bir dəfə özüm də bilmədim necə qurdaladım, işləməyə başladı, amma skype ilə danışdıqca mikrofon level-i öz özünə aşağı düşürdü.
İndi isə ümumiyyətlə düzəldə bilmirəm.
Yoxlamadığım forum qalmıyıb.
alsa-info.sh -skriptini də yoxluyub konfiqurasiyasını yazmışam – yenə xeyri yoxdu.
Mümkünsə hər şeyi sifirlayıb başdan qurmağın ardıcıllığını yazardınız.
Əvvəlcədən unlimited təşəkkürlər 🙂
Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)
-1
BƏLKƏ BİR CAVAB VERƏSİZ???
0
Synaptic-i açın(yoxdursa yükləyin), alsa yazın, nə qədər yaşıl ikonlu-install olunmuş paketlər varsa hamısını mark for reinstall edib apply edin
1
bilmirəm niyə -1 oldu yazdığım, amma çox sağolun, ehtiyac yoxdu, özüm tapdım problemi:
əvvəlcə bu kodu daxil etmək lazımdır:
sudo add-apt-repository ppa:ubuntu-audio-dev/ppa; sudo apt-get update;sudo apt-get dist-upgrade; sudo apt-get install linux-sound-base alsa-base alsa-utils gdm ubuntu-desktop linux-image-`uname -r` libasound2; sudo apt-get -y –reinstall install linux-sound-base alsa-base alsa-utils gdm ubuntu-desktop linux-image-`uname -r` libasound2; killall pulseaudio; rm -r ~/.pulse*; sudo usermod -aG `cat /etc/group | grep -e ‘^pulse:’ -e ‘^audio:’ -e ‘^pulse-access:’ -e ‘^pulse-rt:’ -e ‘^video:’ | awk -F: ‘{print $1}’ | tr ‘\n’ ‘,’ | sed ‘s:,$::g’` `whoami`
bundan sonra hər şey sıfırlanır sonra isə reboot edilməlidir.
1
Elə mən yazdığımla demək olar eyni addımlardır. Sadəcə mən asan vizual Synaptic-i təklif etmişdim terminal əvəzinə. dist-upgrade isə bütün default paketləri yenidən yazan əmrdir
Sual verin
Cavab verin