Hər kəsə salam! Mən bu yaxınlarda ebaydan yeni planşet aldım. HTC Flyer. Amma planşetin versiyası çox köhnədir. Eşitdiyimə görə ən son çıxan sistem 4.1 olmalıydı. Planşetin öz menyusundan update edirəm amma 2.27-yə qədər qalxır. İndi bunu necə 4.1-ə gətirə bilərəm?
Verilmiş cavablar və yazılan şərhlər (5 cavab var)
2
Salam
Əgər hansısa versiyadan yuxarı versiya təklif etmirsə demək indi işlətdiyiniz ən stabil işləyəndir.
Əlbəttə yükləyə bilərsiz 4.xx ama stabil işləmiyəcək.
4.xx tələb etdiyi minumum götəricilər plaşetdə olmadığı üçün və ya başqa səbəbədən rəsmi yenilənmə gəlmiyib,rəsmi yenilənmədən başqa özünüz 4.xx versiyası yükləməyinizi məsləhət görmürəm.
2
Salam. Flyer üçün nə 4.0 nə də 4.1 mövcud deyil. Hətta Cyanogen kimi müstəqil versiya buraxanlarda da bu model üçün İCS və JB yoxdur.
Amma bu modelçün 3.2 mövcuddur, check edəndə gəlməlidir, maraqlıdır sizdə niyə gəlmir.
0
Hmm ola bilər. Aydındır hər şey. Bəs axı bəzi oyunlar olur ki, 4.0 versiyasını tələb edir. Deməli həmin oyunlar, məndə açılmayacaq?
1
Bəli eynən, deməli o sizdə açılmayacaq.
0
Məlumata görə çox sağ olun. Bu arada planşeti 3.2 etdim 😀
Sual verin
Cavab verin