Salam.Belə bir sualım var.Mən qonşum ilə eyni wifi şəbəkəsindən istifadə edirəm.Daha doğrusu o mənə istifadə üçün öz wifi şəbəkəsinin şifrəsini verib və mən istifadə edirəm.Onu da bilirəm ki onun hacking-dən yaxşı başı çıxır :D.İndi qorxum odur ki,hər hansı bir yolla mənim fayllarımı ədə keçirə və ya baxa bilər?Mənim notebookuma aid bəzi informasiyaları verim:
Əməliyyat sistemi: Windows 7
Anti virus: Nə dərəcədə effeklidi bilmirəm ama AVAST free antivirus versiyasini işlədirəm
Windowsun öz firewallu da aktivdir
Eyni şəbəkəyə qoşulu komputerlərin 1-1 ilə əlaqəsi olduğunu bilirəm ona görə narahat oldum.Zəhmət olmasa məlumat verərsiz bu haqqda.ama 100% döğru olsun 😀
Əvvəlcədən təşəkkürlər
Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)
1
Salam
Onun göndərdiyi fayılları qəbul etməyin və açmayın.
Şəbəkədə heç bir qovluq paylaşmayın.
Komp.`in şifrəsini güclü edin.(simvol,hərf,rəqəm ibarət uzun şifrə olsun məslən: “(364a:f5+ )
Komp.`də olan digər istifadəçiləri silin vəya onlarada eyni şəkildə güclü şifrə qoyun.
0
Salam.Şəbəkədə olan ayarlarda qovluq paylaşmaqları və ya bu kimi sazlamaları passiv etmişəm.Komputerin şifrəsi çətindi,yalnız 1 user (administrator) saxlamışam.Təhlükəsizlik üçün şəbəkəni yad olaraq qeyd etmişəm.Daha qorxusu yoxdur ki? 😀 indi isə digər sual,Şəbəkədən istifadə edərək qonşu komputerə qoşulmanı özüm necə edə bilərəm?)Zəhmət olmasa keçid (link) məsləhət görün və ya axtarış üçün açar sözü mənə yazın axtarım.Rus,İngilis dillərində dəə olar
0
Qaydalar buna icazə vermir.
0
sadəcə düzgün axtarış kəliməsi istədim,burda yayımlanması deyil
Sual verin
Cavab verin