Salamlar. Evvela Azerbaycan herfleri ile yaza bilmediyim uchun onceden uzr isteyirem. Birinci sualim da ele bundan ibaret olacaq. Ubuntu 12.10 da dillerin daxil olunmasi ve dil secimini deyishmek ucun melumat almaq isteyirdim. Ikinci sualim ise ondan ibaretdir ki, Skype oz saytindan yukleyirem error verir. Bu problemin helli yolu nededir. Teshekurler.
Verilmiş cavablar və yazılan şərhlər (25 cavab var)
0
Birinci sualın həllini tapdım. Zəhmət olmasa skype məsələsinə nəzər yetirərdiz.
0
Salamlar. Terminalda bu komandaları yığın:
(şifrə tələb olunduqda account-unuz üçün tərtib etdiyiniz şifrəni yazın)
sudo add-apt-repository “deb http://archive.canonical.com/ $(lsb_release -sc) partner”
sudo apt-get update && sudo apt-get install skype
Hazırdır.
0
Salam. Bir az geniş məlumat verərdiz zəhmət olmasa. Ubuntuda yeniyəm. Terminal dedikdə nəyi nəzərdə tutursuz?
0
Terminal – Command Line -dır. (Windows-dakı CMD kimi)
Buna daxil olmaqçun Ubuntu -nun logo -suna klik edib (axtarış) orada terminal yazıb tapa bilərsiniz və ya bir başa control alt və t -düymələrini basmaqla birbaşa terminalı aça bilərsiniz.
0
Yükləyə bilmədim. Aşağıdakı linki verdi.
http://reviewhubs.com/linuxtips/2012/04/how-to-install-latest-skype-in-ubuntu-12-04-precise-pangolin.html
Mümkünürsə step-by-step izahı yazardız. Nəyi necə etməli. Öncədən təşəkkürlər.
0
ctrl+alt+T terminala siz verdiyiniz commandlari yazdim amma nəticə unable göstərir. Məndə hal hazırda Ubuntu windows 7 ile eyni zamanda yüklənib. Bunun təsiri ola bilərmi?
0
Xeyir, bunun təsiri olmamalıdır. Siz search -da update manager -axtarıb tapın, bütün update-ləri install edin, sonra yoxlayın.
*Komputer mütləq internetə qoşulu olmalıdır.
Komandaları ola bilsin səhv yazmısız, buradan copy + paste edin terminala.
step step izaha isə buradan baxa bilərsiniz.
0
Siz dediyiniz kimi etdim amma yenə də alınmadı. Yükləmək istədikdə belə yazır.
0
ubuntunun öz soft magazinendə var skype. axtarış verib tapın
0
Etdim amma yenə də yüklənmədi. Yuxarıdakı linkdəki yazını verir
0
salamlar buyurun
skype-in ubuntuda qurulması
0
Verdiyiniz link Service Temporarily Unavailable göstərir.
0
Əgər sizdə açırsa həmin link zəhmət olmasa droboxda bir dokumentdə orda yazılanları paylaşardız baxardım.
0
sistemi update et. sonra yoxla
0
Sistemi update etdim. Hamısını
0
salam sayt niyə işləmədi bilmirəm amma siz bu kodları yoxlayın mən yoxladım skype quruldu məndə
0
Sizin yazdıqlarınız məndə də alındı lakin bunları etdikdən sonra yenidən skype yükləmək istədim alınmadı. Kompda skype programı olmadığı halda terminala skype yazdıqda bunlar gəlir. BUnları silib yenidən yazmalıyam skype yoxsa necə? Əgər silməliyəmsə necə etməli olduğumuzu izah edərdiz zəhmət olmasa.
0
Skype-ın öz saytından deb faylı yükləyin alınmalıdır http://www.skype.com/ru/download-skype/skype-for-computer/
Əslində yuxarıda deyilənlərin hər biri alınmalı idi, nədənsə alınmır sizdə. Bəlkə də nəsə yarımçıq install gedib ya nəsə.
0
Ikinci əmri, yəni sudo dpkg -i skype yazdıqdan sonra parol tələb edir, lakin parolu yazmaq üçün heç bir knopka aktiv olunmur. Bu şəkildəki kimi
Yarımçaq gedən installı necə silim?
0
umumiyyetle unix ve linux emeliyyat sistemlerinde tehlukesizlik sebebinden parolun yazilmasini gormursuz. orda hech ne bash verir siz parolu yazarken.. ama parol yazilir..
Yeni: sizden parol teleb edildiyinde parolu yazin ve enter duymesini basin neticeni orada mutleq goreceksiz.
0
Yüklənmə nədənsə getmir sona qədər. 0 newly installed verir. Yaddaşından skpe necə silə bilərəm ki, tam silinsin yenidən yazım???
0
Yükləmə verdikdən sonra beə yazır.
0
sizde ne prosessordu komuterde?
0
Intel Core i5
0
Skype-ın saytından 64 bitlik skype-ı (deb formatında) endirin və yazın. Sizin prosessor 64 bitlikdir və ona uyğun proqramlar yazılmalıdır. 32 bitlik də yazmaq mümkündür, amma onu terminal ilə əlavə əmrlər verib həll etmək olur.
Sual verin
Cavab verin