Salamlar.
Bilmək istərdim, Centos serverdə fayl transferi üçün SFTP , TFTP, Apache arasında ən az resurs istifadə edən, ən sürətlisi hansıdır?
SFTP Centos serverin onsuz da özündə var, lakin gərək login parol ilə və ya anonymous qoşulasan.
TFTP isə ən zəif mühitlər üçün belə ideal sayılır.
Apache ilə isə sadəcə olaraq işlədilən şey : link kimi müəyyən faylı götürmək və həmin direktoriyanı .htaccess ilə qorumaq olacaq.
Bütün bunlara əsaslanaraq bir ideal variant təklif etsəniz yaxşı olardı.
Sual verin
Cavab verin