Salam mənə məsləhət lazımdı xaiş edirəm. mənim adsensemin valyutası Euro-du. Youtube isə USD- (dollar) dı. həm saytdan həmdə youtubedən qazandığım pul adsensemə gəlir. adsensenin özündə euro göstərir. sualım odurki Bank standard euro ilə çek göndərim yoxsa dollar? ayarlarda hansını seçim hansında bank standard az faiz çıxır? yəni hansı sərfəlidi?
Verilmiş cavablar və yazılan şərhlər (8 cavab var)
0
Sizə çek təəssüf ki euro ilə gələcək və siz bunu dəyişə bilməyəksiniz. bu zonaya euro göndərir. Daha doğrusu yeni razılaşmaya əsasən elədir, əvvəllər özümüz seçə bilirdik səhv etmirəmsə və default dollar gəlirdi. Amma euro ilə göstərməyə başlayandan başladılar euro göndərməyə.
Bank Standartda euro çekinin minimal komissiyası 30 euro, minimal girov 50 euro-dur.
Dollar isə 5$ və 20$-dır. Gördüyünüz kimi fərq kəskindir və euro çox sərfəsizdir. 100 euroluq çekin sizə cəmi 70 euro-su çatır. Hələ üstəlik çeki verərkən 50 euro da verməlisiniz girov kimi.
Amma bəlkə mən bilmirəm bu imkan var sizdə, əgər varsa heç bir halda euro seçməyin.
0
Mövzu mənim üçün də maraqlıdır və təqibindəyəm.
Bir də bu, yuxarıdakı suala cavab deyil, amma, bilərsiniz deyə, qeyd edirəm. Zəhmət olmasa, aşağıdakı linkdəki mövzuya münasibətinizi bilmək istərdim…
http://cavablar.net/2013/10/13/youtube-adsense-modelind%C9%99n-az%C9%99rbaycanda-faydalanmaq-haqqinda-2/
0
AG Bank heç bir komissiyasız nəğdləşdirir çeki. hər halda mənimçün belə edib. özü də 1 həftəyə.
0
Çox maraqlıdır, bəlkə də operator naşı olub səhv edib.:) Komissiyasız elə əməliyyat sadəcə mümkün deyil. Mütləq maraqlanaram ag bank ilə. Amma komissiya da gərək normal ola da. Əvvəllər unibank ən idealının edirdi. Bir iki həftəyə, 1-2$ komissiya ilə. Amma indi hər çekə 100$ istəyirlər, fantastik filmlərə baxıblar yəqin. Təsəvvür 100$ lıq cek verirsiniz onlara, və “raşot” olub gəlirsiniz evə 🙂
0
mesaj getmir məndə biri mesaj atsin cvbida bura yazsin xaiş https://www.facebook.com/AGBank
0
Dollarla sec ceki 20 $ pul qoyacaqsan ve dollar ceke gore 1 % minimum 5 dollar
Evroya gore ise 50 evro qoymali olacaqsan 2 % kesinti minimum 30 evro
Yeni Dollar serf eliyir
0
Bank standartda sertelr beledi hem evro hemde dollar ceki vermishem
0
təşəkkürlər!
Sual verin
Cavab verin