Milli və Muasir,Gənçlər üçün Nəzərdə tutulmuş Sosial Şəbəkəyə Ehdiyyac varmı?

Salam.Milli və Muasir,Gənçlər üçün Nəzərdə tutulmuş Sosial Şəbəkəyə Ehdiyyac varmı?

Moderatorların sizin problemlərinizi daha tez aradan qaldırdıgı bir sosial şəbəkəyə.

Sizi bloka atmayan bir sosial şəbəkəyə.

Şəxsi məlumatlarınızı Heç bir halda heçkəsə açmayan bir sosial şəbəkəyə.

Muasir texnologiyaya,Galaxy-lərinizə,İphone-larinizə tam uyğun olan sosial şəbəkəyə.

Səhifə reklamlarının olmadığı bir şəbəkəyə ehdiyyacınız bir internet istifadəçisi kimi varmı?

Bu sualı verməkdə məqsədimiz bir cavab almaqdır.Aldığımız cavabdan aslı olaraq istəklərinizə uyğun bir sosial şəbəkə yaradmağa dəyərmi?! deyə sualmıza cavab tapmağa çalışırıq.

Cavablandırdığınız üçün minnətdaram.


Yadda saxlama
Kateqoriya: Sual . , , , . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (11 cavab var)

(10:57, 13/11/2013 ) #33954

Salam. Xeyr, yoxdur, bunu əminliklə deyə bilərəm. Bazarın sosial şəbəkəyə ehtiyacı yoxdur, nəinki tək tək istifadəçilərin. Sosial şəbəkə artıq doymuş bir layihə tipidir. Bu andan sonra hansısa funksional əlavə edib bazarda fbya qalib gəlmək hər hansı yerli layihənin imkanı daxilində deyil. Çünki 1.insanlar artıq fbda dir, onları ordan çəkmək mümkünsüzə yaxin, komfortu pozmamaq istəyinə görə. 2. Fb funksiyasında veb sayt Azərbaycanda heç kimin qurma imkanı yoxdur. Çünki milyonlarla dollar və yüzlərlə güclü kadr lazımdır buna. Yüngülvari skriptler ancaq parodiya ola bilər. Uğur qazanmaq o halda mümkün olardı ki 1. Fb hələ bura girmədən və ya qadağan edildikdə bazarı tutmaq (öz ölkəsində vk və baidu kimi) 2. Yeni nəsil bir layihə yaratmaq. Yəni sosial şəbəkə necə öz dövründə chat tanışlıq saytlarından təkamül edib yeni forma alaraq yeni tip kimi inkişaf etdisə, bu da elə. Elə bir layihə düşünmək ki postsosial şəbəkə erasına qədəm qoysun, o isə etiraf edək ki adətən amerikadan çıxır, bizdən çıxması üçün mühiti IKT mühiti yoxdur. Hər kəs hansı layihəyə başlama istəyində sərbəstdir, amma məncə yerli bazarda olan böyük boşluqlardan yararlanıb maraqlı layihələr qurmaq yaxşı olardı, nəinki heç kimə lazım olmayan yeni və fərqli sosial şəbəkə.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (02:35, 15/11/2013 ) #33985

    Fikir Bildirdiyiniz üçün Təşəkkür edirəm.Ama onuda nəzərinizə çatdırımki biz heç kimi kopyalamağa çalışmır və onlardan ilham almırıq.Ən Əsasda FaceBook-adlanan Bazardan.Onlarla eyni Tipdə,yani eyni kateqoriyada olmağımız onlara qarşı olmağımız demek də deyil.Sadəcə orada və digər Sosial şəbəkələrin bacarmadığlarını reallaşdırmağa çalışırıq.
    Məsələn:
    Userlər-də yaranan problemləri və sualları 24/7 sürətli cavablandırma və aradan qaldırma.
    Tamami ilə Azərbaycan dilində olan Text+Foto kontentlər.Ancaq keyfiyyətli paylaşımlar edən Profillərə Fərqlənmə nişanı.Ən Əsas məsələ SÜRƏTLİ İŞLƏMƏ.Krosplatformalılıq (Smartfonlarda,Planşetlərdə,Pc-də)
    Facebook,OK,Google+-Kopyası olmayan bir proektdir.
    Şit lazım olmayan bəzəkli funksiyalarla dolu deyil.
    Asan və Gözəl interfeysə malik
    Rus,İngilis,Azəri dilinin Dəstəklənməsi.
    Fikrimizdə Proekti reallaşdırdıqdan sonra Android Əməliyyat sistemi üçün Öz brauzerimizi də İstifadəyə verəcəyik.
    Sosial az və digər proektlərə gəldikdə isə,o PHPfox adlanan bir sistem üzərində qurulan sosial şəbəkədir.Bir zaman bizimdə qarşımıza çıxmışdı o sistem.Çoxda sürətli olmadığı üçün bəyənməmişdik.Şəxsən onu deyə bilərəmki Aşağıda adı çəkilən heç bir “sosial şəbəkə” Düzgün reklam mövqeyi seçməyib,Bu mənim fikrimdir.
    Bakı Şəh.Də 100 dən çox restoran var,Hamsı eyni kateqoriyadır ama çox fərqlidirlər.Yenədə fikir bildirənlərə öz minnətdarlığımı bildirirəm.

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (11:22, 15/11/2013 ) #33988

      Sizə uğurlar. Amma sonra demədi deməyin, bir neçə ay sonra ruhdan düşüb proyekti bağlayanda. Hər bir halda əgər istəklisinizsə bu sizə yaxşı təcrübə verəcək növbəti proyektləriniz üçün, amma əsla bu proyekt tutmaz, bu işin içində olan adam kimi əminəm. Əsas məsələ texniki faktor deyil bu işdə, əsas faktor insan faktorudur ki bunu sayt işə düşəndən sonra görəcəksiniz nəyi nəzərdə tuturam. Phpfox a gəldikdə isə xeyr, o proyektlərin çoxu social engine-də idi sürəti fbdan geri qalmırdı. Amma içlərində sıfırdan yazılan da var idi və çox sürətli idi. Sürət ya funksionallıq ikinci dərəcəli məsələdir. Əsas olan insan faktorudur insanların psixologiyasıdır ki, bunu dəyişməkçün milyonlar xərclənməlidir, marketing olmalıdır və hətta bu xərcləmə belə uğur qarantisi deyil.

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (16:11, 15/11/2013 ) #33999

    Bəs Park.Az Haqda nə deyə bilərsiniz?

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (16:49, 15/11/2013 ) #34001

      Parkaz neçə illərdir ki var. Mən xatırlayan beş ildir ki var. Tam unikaldır yerli miqyasda. Tutmuş saymaq olarmı? Məncə əsla yox. Ancaq spam yayıb trafik qazanmaqla məşğuldurlar

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (16:14, 15/11/2013 ) #34000

    Sizə çox aydın fikir bildirdiyiniz üçün minnətdaram.

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (17:07, 15/11/2013 ) #34002

    Şəxsi bir sual vermək olarmı?

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(16:39, 13/11/2013 ) #33960

sosial,az saytini misal getirek. ugur qazana bilmedi

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (21:31, 13/11/2013 ) #33969

    Nəinki o, yalliaz,sirraz,yerliaz,mydayaz, hemsinifaz, mydreamaz, edunetaz və.s. başqa saysız hesabsız cəhdlər. Bunların içində bəzilərinin unikal yanaşmaları, yenilik etmə cəhdləri vardı. Təbii ki faydasız. Balaca qayıq ilə nəhəng gəmiyə necə qalib gəlmək olar bunu düşünmədən işə girişmək yersiz.

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(17:04, 13/11/2013 ) #33961

Bir vaxtlar hamı (əksər proqramçılar) belə işlər görmək istəyirdi. Bilirəm ki siz də Fb, twitter, google plus kimi sosial şəbəkələrdən ilham alıb bunları etmək istəyirsiz. Mən heç bu işin texniki tərəflərini demir, siz özünüz bunu edə biləcəyinizdən əminsiz? Elvin qardaşın dediyi kimi siz hazırda var olan sosial şəbəkələrdən fərqli nəsə etməlisiniz.

Hər bir halda sizə uğurlar 🙂

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (02:42, 15/11/2013 ) #33986

    Çox sağolun Bacardığımızı bütün gücümüzlə edəcəyik,Bacarmadıqlarımızı etməyə komək edən xaricdə dostlarımız var.Freelancer-lər.

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

Triste cavab verdi - Adsense ya görə VÖEN gəlir vergisi 20% istəyirlər (1 gün əvvəl)

E. Hacı cavab verdi - Adsense ya görə VÖEN gəlir vergisi 20% istəyirlər (2 gün əvvəl)

Triste cavab verdi - Adsense ya görə VÖEN gəlir vergisi 20% istəyirlər (8 gün əvvəl)

Software Developer cavab verdi - Adsense ya görə VÖEN gəlir vergisi 20% istəyirlər (8 gün əvvəl)

Triste cavab verdi - Google Adsense vergi (8 gün əvvəl)

E. Hacı cavab verdi - Xif mn kodu (16 gün əvvəl)

Khagrov cavab verdi - Axtardığım mahnını tapa bilmirəm kömək edin (35 gün əvvəl)

E. Hacı cavab verdi - Dünəndən Kompüterlə Twitter/X və Pinterest -ə girə bilmirəm. (42 gün əvvəl)

orkhanrza cavab verdi - AZ9095də bağlama qalıb (47 gün əvvəl)

Ismayil1997 cavab verdi - İndiki dövrdə İngilis dili müəllimliyi ixtisasını seçməyə dəyər? (56 gün əvvəl)

revan orucov cavab verdi - Bakıda evə 100mbps+ internet verən provayder var? (60 gün əvvəl)

E. Hacı cavab verdi - WordPress sistemli saytda Facebook və İnstagram platformalarına özəl target_blank tənzimlənməsi haqqında... (62 gün əvvəl)

Jurnalist cavab verdi - WordPress sistemli saytda Facebook və İnstagram platformalarına özəl target_blank tənzimlənməsi haqqında... (62 gün əvvəl)

asssa1 cavab verdi - Riyazi proqramlar üçün proqram (64 gün əvvəl)

Aleks cavab verdi - İndiki dövrdə İngilis dili müəllimliyi ixtisasını seçməyə dəyər? (70 gün əvvəl)

Software Developer - 615 xal

E. Hacı - 608 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 434 xal

Maqa - 346 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 23289 sualdan 92%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2024