Salamlar. Bəlkə də burada bu sualın cavabı var, lakin tapa bilmədim. Bilmək istəyirəm xaricdən necə visa kart almaq olar? Məsələn Yandeks Dengi buraxır, varımdı həmən plastik kartdan. Birdə bilmək istərdim həmən plastik kartı Paypala qoşub pul qəbul eləmək olar? olarsa paypalda billing adressi hara göstərmək lazımdı? bir də ki, başqa belə visa kartı buraxan saytlar bilirsinizmi? Öncədən təşəkkür edirəm.
Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)
1
Salam. Yoxlamaq lazımdır da, özü də deyirsiniz varımdır. Deməli bircə cəhd etməniz qalır. Billing adress-ə bir rus adresi yazın.
Başqa plastik kart Payoneer var, ən məşhur da odur. Paypaldan pul çəkmək olur Payoneer ilə, amma deyəsən heç də bütün ölkələrdən yox. Burda bir az müəmma var, bəzi ölkələrdən çəkmək olur Payoneer özü rəsmən deyib bunu(məsələn Rusiya), amma xeyli ölkələr də var ki forumlarda yazırlar ki Payoneer kartla almaq olmur pulu. Yəni problem Paypalla bağlıdır.Mən də vaxtilə cəhd etmişdim Payoneer kartımı Paypala qoşum nəsə alınmamışdı. Bu yaxında yenə cəhd etmək fikrim var.
0
Ətraflı cavaba görə təşəkkür edirəm
0
Bir də Payoneer-i Amerika buraxır?
0
Bəli. Sifariş verirsiz, poçtla adınıza kart göndərir 2-3 həftəyə gəlir adi plastik kart, deyəsən Master Card, evdə var məndə, sadəcə istifadə etmirəm qalıb hələ ki
Sual verin
Cavab verin