Javascript ilə axtarış sistemi

Salam javascriptlə axtaris sistemi necə duzəldə bilərəm? Yoxsa duzəltmek olmur? yəni baza lazimdi yoxsa bazasiz da olar


Yadda saxlama
Kateqoriya: Sual . . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (2 cavab var)

(01:30, 12/03/2014 ) #37724

Salam. Məntiqi yanaşma problemi var məsələdə. Javascript ilə axtarış nəyə lazımdır ki? Yəni sizin məqsəd nədir? Verilənlər bazası ilə işləmək deyirsinisə javascript ilə ajax sorğular göndərib nəticə ala bilərsiniz. Amma sonucda baza ilə backend-də işləyən yenə php və.s. server-side dil olacaq. Javascript isə brauzerdə çalışacaq.
Cache data üzrə filan axtarış isə hə JS ilə mümkündür brauzer daxilində. Bir də Node.js kimi advanced həllər də var ki, serverdə də javascript işlədir, amma o mürəkkəb şeydir artıq və gələcəkdə yəqin ki tanış olacaqsınız.
Hazırda verdiyiniz sualın cavabı isə: yox, javascript brauzer daxilində, artıq yüklənmiş nəticə ilə işləmək üçündür

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(05:12, 19/03/2014 ) #38064

bir az daha dərininə gedək – axtarış sisteminin (google, bing, ducduckgo vəs.) işləyiş prinsipi belədir: robot skriptlər/kodlar daxil olunan saytlarda müxtəlif kateqoriyalar üzrə (birsözlü, ikisözlü, üçsözlü vəs.) indeksləşdirmə apararaq bunu verilənlər bazasına ötürür – bunu ən bəsit formada belə təsvir edək: cavablar.net saytında “nəticə ilə işləmək” sözü cəmi 1 dəfə http://cavablar.net/2014/03/11/javascriptl%C9%99-axtaris-sistemi/ linkində var. onda bazaya ötürülən məlumatın sxemi təxminən belə olacaq

url ——————söz (burda üçsözl) ——- link
cavablar.net—– nəticə ilə işləmək ——–cavablar.net/xyz/

bu sistemin arxa (backend) tərəfidir.

üz tərəfində istifadəçi üçün interfeys yaradılır ki, axtarmaq istədiyi sözü(ləri) daxil eləsin. həmin söz(lər) daxil olunduqdan sonra bazada buna müvafiq olanlar olanlar seçilir və istifadəçiyə (əlbəttə ki, linki ilə) təqdim olunur.

ancaq bu məsələnin ən kobud maketidir. ola bilər ki, istifadəçi “nəticə ilə işləmək” yerinə “nəticə ilə işləmk”/”netice ile islemek” vəs. yazsın – belədə sistemin boş cavab göndərməməsi üçün oxşarlıq alqoritmlərindən istifadə olunur.

yaxud arxa hissədə saytdakı məlumatların hansı dildə olduğunu bildirən sütun əlavə eləməklə (belədə hansısa xüsusi bir sorğu üçün bütün baza yox sadəcə həmin dildə olanlar axtarılar ki, bu da məlumatın emalı prossesini hiperbolik ölçüdə sürətləndirə bilər)
sadəcə sorğu göndərilən dildəki siyahılarda axtarış aparılacaq – bunun üçünsə dil modeli yaratmaq yazımdır. yeri gəlmişkən dil modeli, oxşarlıq alqoritmi üçün zəruridir. xülaseyi kəlam onlarca bu cür detal var – bunlar üçünsə javascript yetərli deyil.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

Triste cavab verdi - Adsense ya görə VÖEN gəlir vergisi 20% istəyirlər (2 gün əvvəl)

E. Hacı cavab verdi - Adsense ya görə VÖEN gəlir vergisi 20% istəyirlər (2 gün əvvəl)

Triste cavab verdi - Adsense ya görə VÖEN gəlir vergisi 20% istəyirlər (9 gün əvvəl)

Software Developer cavab verdi - Adsense ya görə VÖEN gəlir vergisi 20% istəyirlər (9 gün əvvəl)

Triste cavab verdi - Google Adsense vergi (9 gün əvvəl)

E. Hacı cavab verdi - Xif mn kodu (17 gün əvvəl)

Khagrov cavab verdi - Axtardığım mahnını tapa bilmirəm kömək edin (36 gün əvvəl)

E. Hacı cavab verdi - Dünəndən Kompüterlə Twitter/X və Pinterest -ə girə bilmirəm. (43 gün əvvəl)

orkhanrza cavab verdi - AZ9095də bağlama qalıb (48 gün əvvəl)

Ismayil1997 cavab verdi - İndiki dövrdə İngilis dili müəllimliyi ixtisasını seçməyə dəyər? (56 gün əvvəl)

revan orucov cavab verdi - Bakıda evə 100mbps+ internet verən provayder var? (60 gün əvvəl)

E. Hacı cavab verdi - WordPress sistemli saytda Facebook və İnstagram platformalarına özəl target_blank tənzimlənməsi haqqında... (62 gün əvvəl)

Jurnalist cavab verdi - WordPress sistemli saytda Facebook və İnstagram platformalarına özəl target_blank tənzimlənməsi haqqında... (62 gün əvvəl)

asssa1 cavab verdi - Riyazi proqramlar üçün proqram (64 gün əvvəl)

Aleks cavab verdi - İndiki dövrdə İngilis dili müəllimliyi ixtisasını seçməyə dəyər? (70 gün əvvəl)

Software Developer - 615 xal

E. Hacı - 608 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 434 xal

Maqa - 346 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 23289 sualdan 92%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2024