Play Marketdə olan bəzi proqramların avtomatik update olmaması

Salam dostlar, bu yaxınlarda City Guide özünün 8.1.441 versiyasını Play Marketdə yükləmə üçün yerləşdirdi. Update etdikdən sonra obyekt axtarışı ilə bağlı problemlər olduğuna görə yenidən 7.8.352 SP2 və ya 7.8.353 versiyasına qayıtmalı oldum, ancaq problem bundadır ki, 7.8 yazdıqdan sonra update olduğunu söyləyir ki, bu da normaldır. Amma istərdim ki, update avtomatik edilməsin, bu mümkündürmü?!

Sual 2: Free Trial City Guide 7.8.352 SP2 (Nixmanın crack versiyasını istəmirəm!) haradan yükləyə bilərəm?
Sual 3: 7.8.352 yoxsa 7.8.352 SP2 – bunlardan hansı ən son versiyadır?
Sual 4: 7.8.353 yoxsa 7.8.352 SP2 – bəs bunlardan hansı ən son versiyadır?


Yadda saxlama
Kateqoriya: Sual . , , , , , , , , , , , . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (10 cavab var)

(21:59, 22/04/2014 ) #39948

avtomatik uptade Play store ayarlardan duzeltmek olarki sizin isteyinize bagli olsun butun updateler.kohne versiyalara qayitmaq ise men bilen komputerden play storu acib etmek mumkundur

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (23:34, 22/04/2014 ) #39958

    ReMu, mən də bunu necəsini soruşuram elə bil 😉
    Mümkünsə, necəsini izah edərdiniz…

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(10:11, 23/04/2014 ) #39961

Salam. Avtomobil üçün deyirsiz yəqin ki. Mən şəxsən Caspian Navtel işlədirəm Cityguide üzərində qurulan.(lisenziya almışam, cracked yox 🙂 ), daha update nə çıxır nə çıxmır qəti qayğılanmıram o haqda, hər şeyi onlar edir və yeni versiya xəritə olanda alert çıxır.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (21:04, 23/04/2014 ) #39985

    Salam, avtomobil üçün deyirəm, mən də Sizin kimi lisenziya almışam, fəqət lisenziyanı telefon üçün almışam, evə gəldikdə WiFi açıq olur deyə yenilənir, xəritənin update-dən danışmıram, məsələ bundadır ki, ruslar proqramın 8.1.441 versiyasını çıxarıb, az-çox istifadə etdim, ancaq ən yaralı yerimiz olan Azərbaycan şriftləri ilə bağlı problemlər olduğundan axtarış bərbad günə düşdü, hətta heç tərkibində “ü, ö, ğ, ı, ə, ç, ş” kimi hərflər olmayan obyektləri də tapmaqda proqramın yeni 8.1.441 versiyası çətinlik çəkirdi. Məsələn, Armada çay evi axtarısıyam bütün republika boyu, A yazıram, ardınca R yazıram, ilk onluqda ya da on beşlikdə siyahılanır həmin çay evi, amma M yazan kimi heç nə tapa bilmir. Caspian Navtelə yazdım, dedilər bilirik, 8.2də aradan qaldırmağı düşünürük, o da Allah bilir nə vaxt çıxacaq.
    Xəritə ilə şükür ki, heç bir problem yoxdur, 8.1.441 versiyasında xəritənin fayl formatını dəyişiblər, 7.x versiyada bu *.cgmap idisə, 8.x versiyasında artıq *.cgnet olub, proqram rəsmilərinin dediyinə görə yeni genişlənməli xəritə faylları sistemdən az resurs “yeyir”, yoxlamışam, düz də deyirlər, lakin axtarışla bağlı CİDDİ problemlər olduğundan məcburən stabil olan 7.8.352 SP2 qayıtdım. Bax belə 😉

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (21:31, 23/04/2014 ) #39993

      Əsas odur ki həll olsun 🙂
      Mənə bircə çatmayan məqam isə auto update oldu. Məndə də smartfondadır elə və auto update var və mən də wifi Ilə qoşuluram smartfonda günün yarısını. Məndə cityguide heç vaxt auto update filan olmur. Çünki play marketdən yazılma deyil məndə, elə bir il əvvəl caspian navteldə nə yazdılarsa odur. Tam qane edir deyə update məni maraqlandırmayıb heç. Bircə xəritə update önəmlidir, onu da yazdıq yuxarıda

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (00:27, 24/04/2014 ) #40027

      Sözün düzü siftə məndə də Caspian Navtel nə yazmışdısa o idi (səhv etmirəmsə, 7.7 ya 7.2 yazmışdılar), evə gəldim, proqram update istədi, etdim 7.8.352.
      Sonra telefonu bir neçə dəfə Data wipe etməli oldum deyə özüm Play Marketdən yazıb, evdə aktivləşdirdim proqramı… Ola bilər ki, bu səbəbdən olsun autoupdate 🙂

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (00:23, 28/04/2014 ) #40252

      Problemin həllini tapdım, LangPack.rsr faylını dəyişdirdim, vəssalam, istəyənlər buradan həmin faylı endirə bilərlər.

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(14:43, 23/04/2014 ) #39972

play store ye daxil olandan sonra setting bolmesinde ‘auto update’ var. onu ‘never ‘ etseniz melumat gelecek ki, yeni versiya var amma update olmayacaq.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (21:09, 23/04/2014 ) #39988

    Never etsəm, bütün proqramlar auto update olmayacaq, konkret proqramı autoupdate etməmək olur?!

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(22:26, 25/04/2014 ) #40138

never etseninz ve telefonun nastroykadan ‘clear data’ etmeseniz beli hek vaxt auto update olmayacaq. amma ‘clear data’ bassaniz evvelki halina qayidacaq ve wifi a qowulan kimi avtomatik update olacaq. men telefondan bilrem ki beledi

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

E. Hacı cavab verdi - Xif mn kodu (4 gün əvvəl)

Khagrov cavab verdi - Axtardığım mahnını tapa bilmirəm kömək edin (23 gün əvvəl)

E. Hacı cavab verdi - Dünəndən Kompüterlə Twitter/X və Pinterest -ə girə bilmirəm. (30 gün əvvəl)

orkhanrza cavab verdi - AZ9095də bağlama qalıb (35 gün əvvəl)

Ismayil1997 cavab verdi - İndiki dövrdə İngilis dili müəllimliyi ixtisasını seçməyə dəyər? (44 gün əvvəl)

revan orucov cavab verdi - Bakıda evə 100mbps+ internet verən provayder var? (48 gün əvvəl)

E. Hacı cavab verdi - WordPress sistemli saytda Facebook və İnstagram platformalarına özəl target_blank tənzimlənməsi haqqında... (50 gün əvvəl)

Jurnalist cavab verdi - WordPress sistemli saytda Facebook və İnstagram platformalarına özəl target_blank tənzimlənməsi haqqında... (50 gün əvvəl)

asssa1 cavab verdi - Riyazi proqramlar üçün proqram (51 gün əvvəl)

Aleks cavab verdi - İndiki dövrdə İngilis dili müəllimliyi ixtisasını seçməyə dəyər? (58 gün əvvəl)

E. Hacı cavab verdi - İndiki dövrdə İngilis dili müəllimliyi ixtisasını seçməyə dəyər? (58 gün əvvəl)

Software Developer cavab verdi - Patreon , Ko-fi , Buy Me A Coffee , Kickstarter kimi saytlardan gələn pula görə vergi tutulur? (58 gün əvvəl)

E. Hacı cavab verdi - Riyazi proqramlar üçün proqram (59 gün əvvəl)

Software Developer cavab verdi - Kursda xaricdə təhsil imkanı nece yaranır? (59 gün əvvəl)

darkpixel cavab verdi - Patreon , Ko-fi , Buy Me A Coffee , Kickstarter kimi saytlardan gələn pula görə vergi tutulur? (59 gün əvvəl)

Software Developer - 615 xal

E. Hacı - 608 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 434 xal

Maqa - 346 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 23287 sualdan 92%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2024