Veb lahiyə ideyaları

Salam dostlar. Uzun müddətdi pul qazana biləcəyim bir lahiyə hazırlamağ fikrindəyəm.Saysız hesabsız fikirlər gəlir ağlıma (Multi portal,Texnalogiya portalı,Xəbərlər,Film və s.) Onlayn alış veriş saytı gəlib ağlıma.Daha doğrusu Facebook üzərindən satışla məşğul olan bir tanışımın təklifidi bu.Saytdakı satışdardan əldə olunan qazancdan 50 % təklif eliyir.Amma əmin deyiləm belə bir saytdan insanlar nəysə sifariş verəcək ya yox.Digər yandan fikirləşirəm belə bir sayt qurub bu işlə məşğul olanlar üçün yeni bazar açmağ olar görəsən.Yəni tutaq saytı hazırladım.Hərə özünə hesab açıb öz mallarını yerləşdirir və satır.Məncə mümkündü.Bəs burda mən nədən pul qazanacam? bu lahiyə olduğca ideal görünür.Sadəcə biraz təkmilləşdirməy olarmı ?


Yadda saxlama
Kateqoriya: Sual . . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (10 cavab var)

(20:57, 01/05/2014 ) #40399

Reklam və satılan malın pulunun neçəsə faizi

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (22:08, 01/05/2014 ) #40400

    Reklam dedikdə nə cür reklam ola bilərki elə saytda.Nədənsə bu lahiyə ağlıma batdı.Deyəsən elə bunu hazırlayacam..

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(22:16, 01/05/2014 ) #40403

Siz əsas Layihəni fikirləşin. Pulu qazanacaqsınız.
Təbiiki əziyyət çəksəniz.
Texnalogiya Portalı yaxşı olar məncə.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(22:25, 01/05/2014 ) #40404

Pul gətirən modelllər saysız hesabsızdır, bir neçəsini özünüz saydınız. Amma bunları sadəcə saymaqla pul gəlmir, birini seçib hərəkət etmək lazımdır. Hərəkət olandan sonra pul da olacaq, dərhal yox, səbr etdikdə.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (22:28, 01/05/2014 ) #40406

    satış saytını qursam 5-6 ay ərzində qazanca keçə bilərəm ?

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (22:34, 01/05/2014 ) #40407

      Baxır nə satırsız və necə satırsız. Özünüz düşünün, Bakı şəhərində hər dükan açan pul qazana bilirmi? Xeyr. eləsi var qazanır, eləsi də var ziyana işləyir və qapadır. İnternet platforma da real ilə eynidir bu baxımdan.
      Saytın funksionallığı, dizaynı, adı və.s. hər biri nə dərəcədə uğurludur bundan çox şey asılı.
      Nə satacaqsınız bundan çox şey asılı.
      Reklam strategiyasınını necə seçəcəksiniz buna nə qədər pul xərcləyəcəksiz bundan da çox şey asılı.
      Öncədən ay il demək olmaz bu işdə, bunu siz özünüz strategiyanızda müəyyən etməlisiniz.
      Elə edə bilərsiniz ki 1 ay ziyana işləyib gələn aydan ayda 100$ qazanasız, elə də edə bilərsizni ki 1 il ziyana işləyib sonra ayda 10 min qazanasız.
      Biznes sadə iş deyil, ki öncədən müddət və rəqəm demək olsun. Ona görə də mən konkret cavab vermədim

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(22:45, 01/05/2014 ) #40408

Mən belə planlaşdırıram ki saytda məhsulları istifadiçilər yerləşdirsin.Və ya məsələni birazda irəliyə aparıb şirkətləri bura cəlb eləməy olar.Facebookda shopping səhifələri çoxdu.Onları cəlb eləməy olar.Sayt sadəcə satıcıyla müştəri arasında körpü rolu oynayacaq.Belə fikirləşirəm satıcılardan kommisiya və ya aylıq abunə haqqı almaqdan başqa qazanc gəlmir ağlıma

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (15:36, 02/05/2014 ) #40428

    Niyə olmazki reklam istifadəçilər sayta yalnız ehtiyacı olan şey üçün girəcək axtarıb tapıb alacaq çıxacaq digər şeylərə baxmayacaq amma digər şeylər reklam olunsa istifadəçilər ala bilərlər məsələn siz saytın istifadəçilərinə yerləşdirdikləri əşyaları ilk səhifədə reklam etməyi təklif edə bilərsiniz reklam üçün də əlavə pul ala bilərsiniz və yaxudda belədə ola bilər əvvəldən istifadəçidən heç bir pul almırsınız və istifadəçilərə əşyanı reklam etməyi təklifedirsiniz amma bir şərtləki reklam üçün əvvəlcədən pul almırsız satılandan sonra alırsız alırsız reklam müddətinə görə məsələn 1 günlük reklama görə malın qiymətinin n % i qədəri düzdür mal satılmayada bilər ancaq belə olsa istifadəçilər əvvəlcədən heç bir şey ödəmədiklərinə görə rahatlıqla reklam edə biləcəklər

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(08:39, 02/05/2014 ) #40413

Ən yaxşısı google adsense yoluyla pul qazanın.cavablar.net tərzdə keyfiyyətli bir sayt açın, saytın mövzusuna gəlincə – məsələn: oyun saytı olabilər. vəya xanımlara yönəlik moda saytı. ziyarətçisi nə qədər çox olarsa bir o qədərdə qazancınız bol olar. bu yoldan 1000, 2000$ 10000$ belə qazananlar var. əlbətdə ki bunun üçün səbirli olub doğru iş görmək lazımdı. film, mp3 buna bənzər saytlardan uzaq durun. başqasına aid müəllif hüquqlarıyla əlaqədər saytları adsense dəstəkləmir! google`də “adsense nedir” yazın çox məlumat çıxacaq.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (11:30, 02/05/2014 ) #40418

    Problem odur ki adsense-də ilk baxışdan hər şey əla görünür, əmələ gələndə isə aşkara çıxır ki Azərbaycanda veb saytların azı 95%-i adsense qaydalarını pozur və ona qoşulsalar az müddətə ban edilərlər. Yəni bizdə o təfəkkür inkişaf etməyib ki pirat olmaz, başqasından xəbər oğurlamaq olmaz, qanuna zidd materiallar dərc etmək olmaz və.s.

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

Rsad Ncfli cavab verdi - Payonner 2024 ilə bağlı sual (13 saat əvvəl)

Software Developer cavab verdi - Payonner 2024 ilə bağlı sual (13 saat əvvəl)

Rsad Ncfli cavab verdi - Payonner 2024 ilə bağlı sual (13 saat əvvəl)

Software Developer cavab verdi - Payonner 2024 ilə bağlı sual (13 saat əvvəl)

Mehemmed002 cavab verdi - Xaricdən alınan məhsul gömrük bəyannamə (8 gün əvvəl)

Cənab cavab verdi - 0-dan alman dili öyrənmək (8 gün əvvəl)

rdrobert cavab verdi - Pulsuz text-to-speech proqramı (9 gün əvvəl)

rdrobert cavab verdi - X-də (Twitter) premium abunəliklə bağlı çətinlik (9 gün əvvəl)

rdrobert cavab verdi - Data analitika (9 gün əvvəl)

rdrobert cavab verdi - IMEI qeydiyyatı (9 gün əvvəl)

rdrobert cavab verdi - Stipendiyalar semestr(aylara) görə necə qruplasdırılır (9 gün əvvəl)

rdrobert cavab verdi - 0-dan alman dili öyrənmək (9 gün əvvəl)

rdrobert cavab verdi - Masaüstü kompüter yığılması (9 gün əvvəl)

selef cavab verdi - Maşın sürmək üçün boş ərazi (17 gün əvvəl)

Software Developer cavab verdi - Haqqımda məhkəməyə verilən iddia ərizəsi elektron məhkəmə sisteminə düşürmü? (25 gün əvvəl)

Software Developer - 615 xal

E. Hacı - 607 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 434 xal

Maqa - 346 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 23218 sualdan 92%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2024