Salam! – ikinci dəfədir ki, yazıram, birinci dəfə silinsi, yazdıqlarım. Ctrl-Z ilə qaytarmaq olmadı… 🙂 )))
Kitabxana.net – Milli Virtual Kitabxana sistem zəifləmələri səbəbi ilə köçürüldü güclü – 800GB Ram; Core i7; Linux ƏS – VPS serverə.
Bu vaxt aydınlaşdı ki, server PHP 5.2`ni dəstəkləmir, skript isə PHP 5.2`dir. Skript 2009-cu ildə qurulub və proqrammisti artıq bizim qurumda işləmir, bunlara görə köçürməni özüm etdim. – Hər şey uğurla bitdi. Amma PHP məsələsinə görə sayt tam açmadı.
Bilirəm ki, bunu linux`dan skriptin versiyasın dəyişməklə, təxminən, 20 dəqiqəyə düzəltmək olur. Amma necə?
Bunun üçün Azərbaycan, İngilis, Rus dilində olan dərslik versəniz problemi həll edə bilərəm. Və yaxud bunu düzəltmək üçün həll yolların bura yazsanız Yaxşı olar.
Əvvəlcədən Hər Suala girib baxana Təşəkkürlərimi çatdırıram!
Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)
0
Salam. Bu asan iş deyil düzü, linux terminal əmrləri bilmək tələb edilir. Məsələn burda nümunə var , amma gördüyünüz kimi komandalar çoxdur http://askubuntu.com/questions/116254/how-to-downgrade-from-php-5-4-to-5-3/220086#220086
Ondansa php.ini-də error_reporting-i e_all edin bütün səhvlər çıxsın ekrana, sonra da proqramı debug edərək bütün errorları görmüş olun və deprecated olan bütün error-lardakı funksiyaları yeni php-dəki analoq ilə əvəz edin. Yəni proqram köhnə php-də yığılıb o demək deyil ki təzədə tam yararsızdır, xeyr, əsla. 99% hissəsi normal işləyəcək ən yeni php-də də. 3-4 funksiya ola bilər ki onlar deprecated olub ona görə belə xəta verir. Hətta bəlkə səbəb o da deyil, php.ini-də hansısa ayar səhvidir. Məsələn shorttag disable olur yeni php-lərdə ( ?> bu ), köhnə php-lərdə isə bu enable-dır, ona görə də əksər belə problemlər məhz bu səbəbdən olur, php.ini-dən shorttag-ı enable edən kimi hər şey normal işləyir.
0
Elvin bəy, Məndə bunlar aktivdir, error və bu kimi səhvlər göstərmir.
Sayta girir, amma tam açmır. Bunu özünüz mənim üçün həll edə bilərsizmi?
1
Salam. məncə də errorları yandırıb debug etməyiniz məsləhətdir. Nəinki php nin verisyasını aşağı salmaqdansa. error_reporting-dən başqa php.ini də “display_erros” deyilən dəyişən var ki o da Off olanda errorlar görsənmir.
Sual verin
Cavab verin