Saytıma qısa müddətdə və pulsuz müştəri necə cəlb edə bilərəm?

Mən saytımı reklam eləmək istəyirəm. Kim bilər pulsuz və tez bir vaxtda maksimum səviyyədə necə reklam edə bilərəm?


Yadda saxlama
Kateqoriya: Sual . . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)

(21:51, 14/02/2015 ) #53051

Salam mən əvvəl pulsuz sistemdə bir sayt açmışdım fikirləşdim ki necə edim ki adam yığım götürdüm game maker proqramında yalnız 2 səhifəlik bir oyun hazırladım oyun deyəndə 1-ci səhifədə adi oyunlardaki kimi başla, davam et və s. Menyular və şəkillər istifadəçi başlanı basanda ikinci səhifəyə keçirdi və saytım haqqında məlumat gəlirdi oyunu məşhur olan bir neçə sayta xəbər kimi əlavə etdim sayt adminləri şübhələnmədi bundan bu yolnan sayta az da olsa girənlər, qeydiyyatdan keçənlər oldu(bir neçə nəfər), necə deyərlər, “Donuzdan bir tük də qənimətdir”, yəni heç olmuyan yerdə onların girməyidə böyük şeydir siz də belə bir şey edə bilərsiniz bir neçə nəfər də olsa girər saytınıza, facebook qruplarında reklam edə bilərsiniz və s. amma yaxşı reklam etmək üçün pul lazımdır

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (04:54, 15/02/2015 ) #53062

    Sizin yazdığınız yöntəm fırıldaqçılıq yöntəmlərindən biridir. Spam ilə eynidir. Spam bir neçə günlük və ya həftəlik sayt qurduqda qısa vaxtda zorla insanlara lazımsız bir şeyi göstərib sonra durmaq üçün bir seçimdir. Uzun müddətli saytların səyyah (brauzer) fishing siyahısına düşməsinə və bütün müasir səyyahlarda insanların sizin sayta girməsinin qarşısını ala bilər. Bundan əlavə sayta və saytın qurucularına uzun müddət çox pis baxılmağa səbəb olur.
    Pulsuz reklam olmur. Belə bir şey mümkün deyil (tanışlıq məsələləri xaric). Reklam zamanı biriləri (google, facebook və s.) səni tanıdır, sən də qarşılığında nəsə verirsən (nümunədəki saytlarda pul, amma fərqli şeylərin qarşılıqda verildiyi reklam zarılaşmaları da olub).

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(21:21, 15/02/2015 ) #53083

Axtarış sistemlərinə “siteni ekle” və “submit your site” yaz. Çıxan nəticələrin içərisində bu cür xidmət verən saytlara (xüsusiylə google, yandex, yahoo, bing kimi tanınmış sistemlərə) daxil olun və saytınız haqqında məlumatı daxil edin. Mənim Bedava-sitem.com -da bir saytım var. Bu üsulla gündəlik 10000-dən çox ziyarətçisi olur.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

Software Developer - 615 xal

E. Hacı - 607 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 434 xal

Maqa - 346 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 23248 sualdan 92%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2024