Elektron olimpiada

Salam dostlar, bir həvəskar proqramçı kimi boş vaxtlarımda e-olimp.com-da olan məsələlərin kodlaşdırılması ilə məşğul olurdum. Son zamanlar sayt yeni ünvana (e-olymp.com) daşınır, ya nədəndirsə (hər halda saytın təkmilləşdirilməyə ehtiyacı var, bu isə təqdirəlayiqdir), kod göndərən zaman problemlər yaşanır, yeni istifadəçini qeydiyyatdan keçir, amma login olmur, həddindən artıq gec test olunur (halbuki Queue-də növbəsində mən elə də uzaq da görünmürəm), bəzən test olunub, "Kompilyasiya xətası" verir, bir neçə saat sonra həll 100% olaraq qəbul olunur və s. Ümid edirəm ki, sayt yeni ünvana tam keçib qutardıqdan sonra bütün problemlər aradan qaldırılacaq, amma bu sayt bəziləri kimi məni də yüngül desəm "narkoman" edib :) Sual: Bu tip başqa bir sayt bilirsinizmi?! Tələblər: 1) Kompilyator kimi heç olmazsa, mütləq şəkildə C# (C Sharp), Delphi, Free Pascal olsun. 2) Dil olaraq heç olmazsa, RUS dili olsun ki, sual aydın olsun, Türk ya Azərbaycan dili olsa, lap əla!!! İngilis dili demirəm, yəqin ki, olacaq, mütləq deyil ingilis dili... Vaxt: Suala cavablandırmağa vaxt məhdudiyyəti qoyulmur :)

Verilmiş cavablar və yazılan şərhlər (6 cavab var)

rasul99 (2016-02-02 15:22:45)
Salam.informatika.edu.az saytı var.Sizin tәlәblәrinizә tamamilә cavab verir.

Ammar (2015-05-12 11:24:44)
Onda ən məsləhətlisi http://www.codechef.com/ - dur. Yarışda bir çox ölkələrdən iştirak edən var.Ancaq ingilis dilindədir. Tərcümə edəsi olacaqsan.

Mehman Elxanoglu (2015-05-11 23:49:36)
İngiliscədən əlavə üstəlik kod dili də fərqlidir, HTML?!

Mehman Elxanoglu (2015-05-11 23:42:51)
Cavaba təşəkkür edirəm, ancaq mən ixtisasca riyaziyyatçı olduğuma görə alqoritmikamı inkişaf etdirmək üçün boş vaxtlarımda həvəskar proqramçı kimi bu işlə məşğul oluram. Bəlkə də məsləhət gördüyünüz layihə gənclər, tələbələr üçün maraqlı görünə bilər. Lütfən bunu tənqid kimi etməyin, qeyd etdiyiniz sayt yaşıma görə mənə bir az qeyri-ciddi göründü, üstəlik tələblərimə də uyğun gəlmir. Yenə heç olmazsa, dillərin hər hansı biri olsaydı, azacıq gəzişib, bəyənə bilərdim, həvəskar proqramçı yox, professional koder olsaydım, hətta orada qeyd olunan dilləri də öyrənə bilərdim, təssüf ki, proqramçılıqla həvəskar bir şəkildə məşğul oluram. Ancaq əziyyətinizə görə təşəkkürlər...

Baxisli Ilham (2015-05-11 17:21:49)
codeacademy.com tәәsüf ingiliscәdi

Ammar (2015-05-11 13:48:02)
Proqramlaşdırmanı öyrənmək üçün daha maraqlı təklifim var, amma yuxarıda adlarını sadaladığın proqramlama dilləri yoxdur. https://codecombat.com/ Oyun saytıdır. Bu saytla Python, JavaScript, CoffeeScript, Clojure, Lua və İo haqqında təsəvvürün ola bilər. Gic-gic oyunlardansa bu daha məsləhətlidir. ;)

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Sayt yaratmaq

Internet-maqazin vergi ile bagli sual.

C# Dilində Azərbaycanda Proqramlama kursu var?

Microsoft Office Word Android

Flash veb şablon

Pulsuz gözəl sayt açmaq üçün nəyi bilmək lazımdır?