Salam Dostlar. Proqlamlaşdırma sahəsini öyrənmək istəyirəm. Nə məsləhət görə bilərsiz? Nələrdən başlamalıyam? Proqramlaşdırmada, hansı proqramlardan istifadə etmək olar? Bilirəm ki, HTML, PHP, C++, Java və s. kimi proqramlar var. Və bunları öyrənmək lazımdı. Və bunları hansı proqramlarda tətbiq edirlər? Mənə ətraflı, məlumatlar lazımdı. Öncədən Təşəkkür
Verilmiş cavablar və yazılan şərhlər (9 cavab var)
-1
Mence siz java ile baslasaz yaxsi olar.men umumiyyetle yenilere Java tovsiye edirem esas temeldendir ve daha sadedir.
3
İndi yeni başlayanlar üçün Python məsləhət görülür. Bizim vaxtı Paskal məsləhət görülürdü.
Java, C++, PHP -ni örgənmək yaxşıdı, çünki birbaşa iş tapmaq məsələsinə görə. Amma yeni başlayanlara bu dilləri örgənmək asan deyil, xüsusən də Java – tamamilə obyekt yönümlü proqramlaşdırma əsaslı dili.
Məsləhətdir ki, əvvəl daha sadə sintaksisə malik dili örgənəsiz, alqoritmlərlə, operatorlarla v.s. tanış olasız, sonra peşəkar dillərə keçmək olar.
Sizə yeni istifadəyə verilmiş Azərbaycan dili əsaslı “Əsrin” proqramlaşdırma dilini də nəzərdən keçirməyi məsləhət görürəm. Qrammatikası C++ dilinə yaxın tərtib edildiyindən sonradan C ailəsi dillərinə keçid də asanlaşır. Daha ətraflı məluimatı dilin rəsmi veb səhifəsindən əldə edə bilərsiniz – esrin.org
0
Men Java-da hec bir cetinlik gormurem
-1
proqrmlaşdırmanın növləri də var da..var, veb proqramlaşdırma,var proqram-falan düzəltmək üçün proqramlaşdırma..Mən ən birinci veb proqramlaşdırmadan başlamağı tövsiyə edərdim..Onda da ardıcıllıq belə olardı:
HTML, CSS, J.SCRİPT, PHP, Və bir-iki başqası..
0
Ən birinci PHPdı. Necə axı sautı java ilə bütöv qurmaq olmaz axı. PHP-SQL baza nəm php funksiyalar. Əsas bunlardı. Bunlardan sonra JavaScript yaxşısı. Belə baxanda Php javadan asandı. Amma məntiqdi. Bunu əla dərk etsən Javanı zadıda rahat öyrənəcən.
0
düzünu desəm, özüm hələ HTML & CSS’i bilirəm, amma W3 schools’da bu ardıcıllıqla yazılmışdı deyə, belə yazdım..
0
Bilirsən qaqa olar xaricilərdi. Olarda çox inkişaf edib virtual aləm. Ola bilsinki orda mütləq elədi. Amma bizdə az-netdə öncə PHP dı. Bunu kifayət qədər bilincə javayı üje rahat başa düşürsən.
0
hə..ola bilər..amma yəqin ki, java deyərkən, java script də, elə
0
hə javascript 😀
Sual verin
Cavab verin