Salam dostlar..
Mən txt file-dan sualı başlıyan hissədən növbəti sual başlayana qədər hissəni oxumaq istəyirəm..Oxuduqca hər sualı(variantları ilə birlikdə) classa yazacam..
Sualları 3 cür verilə bilər..
Sual formaları
1.Klientin ixtiyari sayda serveri daxil olmasina imkan veren verilenler bazasi nece adlanir?
A) x B) y C) z D) i E) j
2.VB-ni sixmaq üçün yazilmis emrlerden hansi düzgündür?
A) x
B) y
C) z
D) i
E) j
3.Biliklerin semantik sebekeler vasitesile tesvirinde sebekenin intensionali neye uygundur?
A) x B) y C) z
D) i E) j
– – – – – – – – –
Sulları oxuma alqoritmində kömək lazımdı 🙂
Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)
2
Salam
Belə olar ki sualı fayla yazanda hər sual bitəndə sonuna bir və ya bir neçə simvol əlavə edəsiniz məsələn $#2# işarələrini. Hər iki sual arasında bu işarələr olacaq. Sonra bu işarəyə görə mətni ayırıb hər sualı cavabları ilə bir yerdə bir arraya yazmaq olar. Bunun üçün C#-da funksiya möcuddur ayırmaq üçün Məsələn:
Burada siz Split funksiyası ilə ayıranda boşluq simvoluna görə yox $#2# simvollarına görə ayırmalısınız.
Əgər fayla $#2# kimi işarələr əlavə etmək mümkün deyilsə nöqtəyə də görə də ayıra bilərsiniz. Amma fikir verin ki suallarda və variantlarda nöqtə simvolu olmasın əksa halda qarışıqlıq düşəcək.
3
Burda müəyyən razılaşmaya əməl etmək mütləq vacibdir. Əgər bu olmasa onda heç cür sualları ayıra bilmərsiniz. Ya da ki, səhv ayırarsız. Yuxarıda daxil etdiyiniz parça mətnə əsasən deyə bilərəm ki, Sual işarəsi ‘?’ yalnız və yalnız hər sualın sonunda qoyulur. Bu sizə mətni suallara bölməyə imkan verər, əgər razılaşmaya görə başqa yerdə sual işarəsi olmayacaqsa. Bundan əlavə hər sual müvafiq nömrəsi və dərhal sonra nöqtə ‘.’ simvolu ilə başlayır. Yenə əgər nöqtə simvolu başqa yerdə istifadə edilmirsə (misal üçün cavablarda və ya sualın özündə), onda nöqtə simvolunu da sualın başlama yerini təyin etmək üçün istifadə etmək olar. Yada çətin halda nöqtədən sonra ədədin olub – olmadığını müəyyən etməlisiniz.
Beləliklə aşağıdakı alqoritmi təklif edə bilərəm.
Əvvəlcə bütün faylı bir sətirə oxuyursunuz.
Sonra bu sətri nöqtə simvollarına görə alt sətirlərə bölürsünüz.
Daha sonra hər bir alt sətri sual simvoluna görə iki yerə bölürsünüz. Birinci hissə olacaq sual, ikinci hissə olacaq cavab.
Bu alqoritm ancaq yuxarıda sual və nöqtə simvollarının qoyulması ilə bağlı razılaşma olduğu və bu simvolların düzgün qoyuluşu zamanı işə yarayır. Misal üçün əgər hansısa sualın sonunda sual işarəsi unudulubsa onda bəzi sualların mətnində səhvlər olacaq(iki sual birləşəcək).
1
Cavablara görə çox sağolun , təxmini bildim , cəhd eliyəcəm 🙂
Sual verin
Cavab verin