Salam. Mən Standart MasterCard (Universal) almaq istəyirəm. Mən bu kartdan 90% internetdə alış-veriş etmək və pul çıxartmaq üçün istifadə edəcəm. Amma mənim bu haqda bir neçə sualım olacaq:
1. İnternetdə USD(yəni, dollar) valyutası ilə alış-veriş etməyi və pul çıxartmağı düşünürəm. Əgər mən bu kartı AZN valyutası ilə alsam, problem çıxarmaz?Yəni AZN valyutalı karta USD pul köçürmə falan olur?
2. Bu kartı hansı bankdan alsam daha yaxşı olar? Mən Beynəlxalq Bank, BankStandard və Bank Respublika banklarının arasında qalmışam. Umimiyyətlə bu bank kartları bir-birindən nə ilə fərqlənirlər?
Mən burdan almağı düşünürəm: Link
3. Mən kartı onlayn şəkildə sifariş verərsəm, kartı haradan əldə edəcəm?
Xahiş edirəm bilənlər cavablandırsın. Qabaqcadan hər birinizə Təşəkkür edirəm!
Verilmiş cavablar və yazılan şərhlər (10 cavab var)
1
1. Problem çızmaz, amma çevirmə faizində hər dəfə itiricəksiz. USD kart yaxşıdır bu məqsədçün.
2. Bank Standart deyə bank artıq mövcud deyil. Bank Respublika okeydir, kart şərtləri yaxşıdır.
3. Onlayn sifarişdə təhvil alacağınız filialı seçmək olur, hansı rahatsa seçirsiz onu
0
Cavabınız üçün təşəkkürlər. Bu sualımıda cavablandırsanız sevinərəm.
Mən kartı USD valyutası ilə alsam, o karta necə pul köçürə bilərəm? Milliön, emanat da etmək olur bu əməliyyatları?
0
Birdəki siz ən yaxşı hansı bankları tövsiyyə edərdiniz? 3-4 bankı sıralaya bilərsiniz?
Beynəlxalq bankı tövsiyyə edirsiniz?
1
Onu bankdan soruşmaq lazımdır. Ki milliönlə dollar hesabına pul yatırmaq olurmu və.s.
cash in ilə hamsında olur, amma bəzi banklar ancaq dollar qəbul edir dollar hesaba. yəni öncə başqa yerdə manatı dollara çevirib sonra bankomat və ya milliön ilə dollar daxil etməlisiz. Daha dəqiqini seçəcəyiniz bankdan zəng edib soruşun.
Fiziki müştəriyə ən yaxşı xidmət edən banklar: AccessBank, Bank Respublika, Beynəlxalq – məncə belədir.
Access ilə də maraqlanın yəni.
2
əgər alış verış üçün istəyirsinizsə mütləq dollar karti alın.
Bank respublika
. bank respublikada kart pulsuz olur – əgər depozit qoysanız (minimal depozit 100 dollar)
əgər bu bankdan kart alsanız
kart alanda bu şeylərə diqqət edin – BANKA BIR NƏÇƏ DƏFƏ GEDIB GƏLMƏLI OLMUYASINIZ.
1. bankim.az sayt var (xidmət pulsuzdu)- bank respublikadan aldlqınız kartınıza nəzarət edə bilirsiz.
sözdə deyirlər aktivdir (amma sms gəlmir)
iki dəfə muraciyyet etdim aktiv olunmadı – axirda 144 zeng etdim ondan sonra aktiv etdilər.
2. Əgər internetdən alış veriş edəcəksinizsə – gün ərzində 150 dollara kimi limit var. yəni 151 dollarlıq mal ala bilməyəcəksiniz.
– kart alanda deyin sizə ərizə yazdıracaqlar ki mən limiti qaldırmaq istəyirəm.
– yada ki sizə deyəcəklər 3D security xidmətindən istifadə edin (bu xidmət səhv etmirəmsə pulludu)
əgər sizin kartda pul saxlmaq niyyətiniz yoxdursa. bu sizə elədə vacib deyil – 3D birdəfəlik parol mənim başıma oyun açıb birdəfə! düzdü amma təhlükəlidir!
yenə baxın sizə necə uyğundursa – məsuliyyəti yalnız özünüz daşıyırsız.
– 144 də zəng edərək limiti 1 ayliq qaldırmqda olur (şəxsən mən belə edirəm)
3. sms aktiv etdirin – pul çixanda sms gəlsin (xidmət pulludu ayda 1 azn kartınızdan tutulacaq)
4. banka gedəndə şəxsiyyət vəsiqənizi unutmuyun (üstünüzdə olsun)
5. Əgər təcili kart lazımdırsa 1 iş günə hazırlayırlar 10 azn
0
Salam. Mən kompüter hissələri almaq istəyirəm. Təxmini 700-800$ pul tutacaq. Günlük limit 150$-dır. Limiti məs: 1000$ a kimi qaldırmaq olur? bunu üçün əlavə pul ödəməliyəm?
0
1. 1000 dollara kimi limiti deqiq bilmirem.
144 zeng edib sorusha bilersiz
2. elave pul yox
ayda 1 azn sms pulu ututrlar
1
6. 144 – də zəng edəndə kartın bəzi rəqəmlərini – adınızı, familyanızı – məxfi sözü soruşacaqlar- bu kart alanda bank işçisi sizin istədiyiniz sözü məxfi söz kimi yazacaq.
məxfi sözünüzü unutmayın!
7. kartı götürəndə kartın parolunu özünüz yazacaqsınız 4 rəqəmlı -unutmamaq üçün doğum tarixinizi qeyd etmək yaxşı olar. – yenədə özünüz baxın.
Allah asandlaşdırsın
0
Bank Respublikada depozitsiz kart almaq olur?
Əgər bilirsinizsə, Beynəlxalq bank və Access bank haqqında da məlumat verə bilərsiniz?
0
Beynəlxalq bank -dan almayın
Sual verin
Cavab verin